Sual (1211) : Namazı qəsdən tərk edən, yaxud onu yüngül sayan şəxsin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
İslam şəriətində beşlik təşkil edən gündəlik vacib namazlar çox mühüm vacibatlardandır; namaz dinin rüknüdür; onu tərk etmək, yaxud yüngül saymaq şəriət nöqteyi-nəzərindən haramdır, əzaba düçarolma səbəbidir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (1212) : Qadın naməhrəm kişinin reybə və ləzzət qəsdi ilə ona baxdığı yerdə və ya üz və əllərində zinət ola-ola, onları örtmədən namaz qılarsa, namazının hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Namazının eybi yoxdur. Lakin ehtiyat vacib budur ki, özünü naməhrəmin gözü qarşısında qərar verməsin.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1213) : Qadının namazda örtüyü elə olmalıdır ki, heç bir tərəfdən bədəni görünməsin? Namazda əl və üzdəki zinət əşyalarını və bəzəkləri naməhrəm olmayan yerdə örtmək lazımdırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Namazda üz, əllər biləyə kimi və ayaqlar bükülən yerə kimi istisna olmaqla, tamam bədəni dörd tərəfdən örtmək lazımdır. Bəzək əşyaları paltarın üstündə olarsa namaz üçün eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1214) : Aylı gecələrdə namazı təxirə salmaq sizin nəzərinizcə necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Aylı və aysız gecələrin fərqi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (1215) : Nə üçün şiələr zöhrlə əsr, habelə məğriblə işa namazlarını bir yerdə qılırlar, amma digər müsəlmanlar bu namazları ayrı şəkildə - beş vaxtda qılır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Namazları ayrılıqda qılmaq bizim nəzərimizcə də müstəhəb və sünnətdir. Lakin onları birlikdə qılmaq da caizdir. Hətta əhli-sünnə hədislərində də bunu caizliyinə sübut vardır. Buna görə də bunları bir qılmaq rüxsətdir (icazədir) və ayrı qılmaq fəzilətdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP