Sual (61) : Salam aleykum. 10 nefer qurani cem sekilde (xor halda) oxusa ve vacib secde ayesinde dirlikde oxusalar onu esiden adam 1 defe secde etmelidi yoxsa 10 defe? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bir dəfə səcdə etmək kifayətdir.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (62) : SaLaM icqi icen adama salam vermemey gunah sayilir?. . qeza namaz qilana iqdida edib vacib namazimi qila bilerem?.
Ad: RehmaN, Ölkə: Aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
1. Salam vermək öz həddində vacib deyil. Amma biri sizə salam versə salamın cavabı vacibdir. 
2. Əgər yəqin olaraq vaxtında yerinə yetirmədiyi qəza namazı varsa, eləcə də ədalət və qiraətinin səhihliyi aydın olsa, onun arxasında camaat namazı qıla bilərsiniz.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (63) : SaLaM toyuqu 2defe basdirmag gunahdi bala cixardmagcin
Ad: , Ölkə: Aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (64) : Salam. 1) Yasin surəsinin başlığı yazılan bir sep klonu sinədən taxmaq olarmı? Belə ki ərəb dilində yazılıb. Həmin hərflər bədənə dəstamazsız şəkildə dəyməsi icazəlidirmi? Həmçinim belə klonla ayaq yoluna girmək icazəli sayılırmı? 2) kokokolanı almaq, satmaq, ortada vasitəçi olmaq icazəlidirmi? 3) Əgər paltarın bir yerinə nəcis düşübsə amma bədənə keçmirsə dəstamazı o şəkildə alıb sonra paltarı dəyişsə dəstamaz səhihdirmi? Yəni həmin paltarın nəcis yeri quruyubsa bədənı dəysə belə keçmirsə bədənə səhihdirmi dəstamaz?
Ad: Ali, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Ondan istifadə etməyin öz-özlüyündə işkalı yoxdur, lakin hər bir surətdə ona dəstəmazsız toxunmaq səhih deyildir. Amma əgər hər hansı bir vasitə ilə bədənin ona toxunmasının qarşısını alsanız, iradı yoxdur. Onunla ayaqyoluna getmək, əgər ona hörmətsizlik sayılmazsa, iradı yoxdur.
2. Əgər onun mənfəətlərinin sionistlərə aid olduğunu və ya İslam və müsəlmanlarla dümənçilik yolunda xərclənib-xərclənmədiyini bilməsəniz, iradı yoxdur. 
3. Sualda qeyd olunanlara əsasən, dəstəmaz düzgündür.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq   
Sual (65) : salam eleykum.. men cahil vaxdimda haram iwder elemiwem boynumda bir coxunun haqqi var vezifem werietde nedir hallasmaq ucun mene ruzi lazimdi
Ad: azerbaycan, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər bir surətdə, keçmiş günahlara görə tövbə və istiğfar etməlisiniz. Əgər boynunuzda "həqqun-nas" (insanların haqqı) varsa, ödəməlisiniz. Həmçinin boynunuzda namaz və oruc kimi "həqqullah" (Allahın haqqı) varsa, yerinə yetirməlisiniz.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (66) : Əgər bir məhəllədə bütün sakinlərinin çoxu kiçik mərtəbəli və sadə evlərdə yaşayırlarsa, həmin məhəllədə ətrafdakı evlərdən hündür bina tikməyin şəri baxımdan hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Əgər adətdən kənar olsa, yaxud başqalarına zərər vurmaq olsa və ya başqalarının şəxsi ərazilərinə girmək hesab olsa, onların razılığı olmadan icazəli deyil.
http://sual.nuraz1.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (67) : Salam aleykum. 1. Uzerinde insan sekili olan teqvimi mescidden asmaq, hemin teqvimle uzbeuz namaz qilmaq mekruhdur? 2. Iqtida eden secdede cox qala bilmediyinden her defe pisnamazdan tez qalxir secdeden bu namazi bati eder? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
1. Sualda qeyd olunanlara əsasən, məkruhdur.
2. Əgər bu işi məcbur olmadan yerinə yetiribsə, günah etmişdir, lakin namaz səhihdir. Amma əgər məcburiyyət üzündən olubsa, günah da etməmişdir.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (68) : Salam aleykum| Men and icmiwem ki,zeruret olmadan daniwmayacagam,amma emel etmirem,alinmir,bu zaman gunahkar hiss edirem ozumu,gun erzinde narahat oluram Qezalarimda 15 ilden coxdur,birde ustune bunun orucunu nece tutaram,feqir doyurmaga da pulum yoxdur
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər andın xüsusi siğəsi oxunmayıbsa, heç bir vəzifəniz yoxdur. And, Allah-Taalanın müqəddəs zatından başqasına deyilməyən (məsələn, Allah və Tanrı kimi) adlarından birinə içilməlidir.
Andın xüsusi siğəsi aşağıdakı kimi ola bilər. Məsələn insan desin: "Allah üçün bu işi görməyimə and içirəm".
Andın bir neçə şərti vardır:
1. And içən şəxs, gərək büluğ həddinə çatsın və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. Deməli, uşaq, dəli, məst və məcbur olunan şəxsin and içməsi düzgün deyildir. Həmçinin əsəbi halda, ixtiyarsız və qəsdsiz and içsə, düz deyildir.
2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş gərək vacib, ya müstəhəbb olmasın. Əgər mübah işi tərk edəcəyinə, ya yerinə yetirəcəyinə and içsə, onu tərk etmək və ya əmələ gətirmək əql sahiblərinin nəzərində üstünlüyə malik olarsa, yaxud onun özü üçün dünyəvi məsləhəti olarsa, andı səhihdir.
3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn; "Allah", "Tanrı". Yaxud yalnız Allaha məxsus olan sifət və ya fe`llərlə (işlərlə) Allahı yad etsin, məsələn asimanları və yeri yaradan kəsə and olsun deyə and içsin. Və ya elə bir ada and içsin ki, o ad Allahdan başqasına da deyilər, amma o ad, o qədər Allaha deyilib ki, nə vaxt bir şəxs o adı desə, ancaq onun müqəddəs zatı nəzərə gəlir. Məsələn; "Xaliq" və "Raziq" adına and içsə, səhihdir. Hətta elə bir ada and içsə ki, yalnız and içmə məqamında Allahın zatını xatırlayarsa, (Səmi və Bəsir kimi) andı səhihdir.
4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. Həmçinin danışmaq gücünə qadir olmayan bir şəxs, əgər onu yazıb, qəlbində də qəsd edərsə, kifayətdir. Hətta əgər danışmağa qadir olsa belə, andı yazarsa, ehtiyat-vacibə görə ona əməl etməlidir.
5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, amma, sonradan mümkün olsa, kifayətdir. Əgər and içdiyi zaman mümkün olub, sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozular. Həmçinin əgər anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa, hökm eynidir. Əgər bu acizlik onun ixtiyarı ilə olsa, yaxud öz ixtiyarı ilə olmasa da, qadir olduğu zamandan təxirə salmaqda üzrü olmasa, günah edib və kəffarə də vacibdir.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (69) : ассаламу алейкум! егер ана ялан данышырса ве мен анамын хаглы олмадыгы ялан данышдыгы бир ишде башгасынын хаглы олдугуна емин олдугда анама онун хаглы олмадыгыны дейенде анам мене сен меним гелбими гырдын сенин ибадетинин хейри йохду сен меним геллбими гырараг кунах едирсен дейиб менден разы олмадыгыны дейир! бу не деречеде догрудур. мен садече АЛЛАХА хатир хаггы дейирем ки дигер терефе хагсызлыг етмейим!
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Ata və ana övladı haqqında mərhəmət üzündən narahatçılıq keçirirsə, belə halda onların narahatçılığına bais olan işi - hətta bu işi ona qadağan etməsələr belə - görmək haramdır.Həmçinin övladlara ata və anaları ilə fikirlərinin doğru olmadığı təqdirdə mübahisə etmək olar. Amma mübahisə edərkən nəzakət və ədəb qaydalarını saxlamaq lazımdır. Yəni onların üzünə qayıtmamaq, səsini onlar üçün ucaltmamaq və sərt (kəskin) sözlərdən çəkinməlidir.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (70) : Salamun eleykum .sullma gore uzur isdeyirem.subay oxlan ve ya qlz xeyallnan kecire biler ki aile quranan sora oz heyat yoldawmnan allahln icaze veridiyi kimi lezetler alacam? ama imenli hanslsa bir insanl duwmesin ele desin oz heyat yoldwmnan . Yada niwanLl olan insanlar kebinleri olsa oz niwansln fikirinden kecire biler ki aile quranan sora allahln icaze veridiyi lezetleri edecem ? Bu iw haramdl .?haram olmasa da bu xeyalar ruha tesir edirimi?
Ad: Sadiq, Ölkə: Abdullayev, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Günahla nəticələnməzsə, icazəlidir. Ehtiyat etmək daha yaxşıdır.

Go to TOP