Sual (81) : Qadının öz əri üçün, yaxud kişinin öz arvadı üçün rəqs etməsi haramdırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qadının öz əri üçün, yaxud əksinə rəqs etməsi haram bir işə mürtəkib olmaqla yanaşı olmazsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Kişinin kişi üçün və qadının qadın üçün rəqs etməsinin hökmü nədir? Əgər toy mərasiminə getmək ictimai adətlərə ehtiram qoymaq xatirinə olarsa, onda rəqsin varlığına ehtimal verildiyinə görə şərən işkallı olurmu?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda əgər rəqs şəhvətin təhrik olunmasına səbəb olarsa, yaxud haram bir işə, fəsada gətirib çıxararsa, haramdır. Lakin rəqs edilməsi ehtimalı verilən toy mərasimlərində iştirak etməyin özü, haram işə mürtəkib olan şəxsin təsdiqlənməsi ünvanı ilə olmazsa və harama düşməyə də səbəb olmazsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Kişilərin cəm şəkildə rəqs etməsinin hökmü nədir? Televiziyada və ondan başqa yerlərdə kiçik yaşlı qızların rəqs etməsini müşahidə etməyin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər rəqs şəhvətin təhrik olunmasına səbəb olarsa, yaxud başqa bir haram işə gətirib çıxararsa, haramdır. Amma əgər ona baxmaq günahkar şəxsin təsdiqlənməsinə, onun günaha daha da cürətlənməsinə səbəb olmazsa və ya öz ardınca fəsad gətirməzsə, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Kişinin kişi və qadının qadın üçün, eləcə də kişinin qadınlar arasında və qadının kişilər arasında yerli (məhəlli) rəqs etməsinin hökmü nədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər şəhvəti təhrik edərsə, yaxud haram bir işə səbəb olarsa, yaxud fəsada gətirib çıxararsa (tərəttüb), yaxud da qadın naməhrəm kişilərin arasında rəqs edərsə, haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Qadınlara məxsus olan məclislərdə musiqi ahəngi olmadan rəqs etmək halaldır, yoxsa haram? Haram olduğu təqdirdə iştirakçıların həmin məclisi tərk etməsi vacibdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Rəqs ümumi halda şəhvəti təhrik edən, yaxud haram bir işə səbəb olan və ya öz ardınca fəsad gətirən tərzdə olsa, haramdır və o məclisi haram işə etiraz ünvanı ilə tərk etmək əgər nəhy əz münkər nümunəsi olarsa, vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Toy mərasimlərində yerli rəqslər caizdirmi? Bu məclislərdə iştirak etməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər rəqs şəhvətin təhrik olunmasına səbəb olsa, yaxud öz ardınca haram bir iş kətirsə, yaxud fəsada səbəb olsa, caiz deyil. Rəqs məclislərində iştirak etmək də əgər başqalarının haram işini təsdiqləmək hesab edilsə, yaxud haram bir işlə nəticələnsə, caiz deyil. Bundan qeyri hallarda eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Haram işləri ehtiva edən lent yazılarını çoxaltmaq müqabilində əmək haqqı almaq caizdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qulaq asılması haram olan hər bir səsin lent yazısının çoxaldılması və onun müqabilində əmək haqqı almaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Hansı alətlər ləhv hesab olunur və onlardan istifadə etmək heç bir vəchlə caiz deyil?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Adətən, ləhv və ləəbdə istifadə olunan və halal mənfəətə malik olmayan alətlər (ləhv hesab olunur).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Musiqi alətlərindən hesab olunan səntur düzəltmək və onunla, iş ünvanı ilə qazanc əldə etmək caizdirmi? Səntur düzəltmə sənayesinin inkişafı və təkmilləşdirilməsi, camaatı onunla çalmağa sövqləndirmək məqsədi ilə ümumi əmlakdan istifadə etmək və onlara kömək etmək caizdirmi? Klassik musiqini dirçəltmək və yaymaq məqsədi ilə (İranın) klassik şərq musiqisini öyrətmək caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Milli, inqilabi, yaxud hər hansı bir halal və faydalı işi icra etmək məqsədi ilə musiqi çalğı alətlərindən istifadə etməyin, tərb və günah, ləhv məclislərinə münasib olan ləhv həddinə çatmayınca işkalı yoxdur. Həmçinin, qeyd olunan məqsədlər üçün musiqi, onu öyrətmək, öyrənmək və musiqi alətləri düzəltməyin öz-özlüyündə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Məktəblərdə musiqi dərnəklərinin üzvü olan şagirdlərin istifadə etdiyi musiqi alətlərinin hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Camaat arasında halal işlərdə istifadəyə qabiliyyəti olan müştərək alətlərdən istifadə etməkdə halal məqsədlər üçün və ləhv olmayan şəkildə işlədilməsi caizdir, lakin camaat arasında ləhvə məxsus alətlər hesab olunanlara gəldikdə isə, onlardan istifadə edilməsi caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP