Sual (71) :
Məsum imamların (ə) mövludları, vəhdət bayramları və məbəs bayramında təşkil olunan şadlıq mərasimlərində oxumaq, Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək və zikrlə yanaşı olan əl çalmağın hökmü nədir? Əgər bu bayramlar məscid, dövlət idarə və müəssisələrinin, yaxud hüseyniyyələrin namazxanaları kimi ibadət yerlərində təşkil olunsa, hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, bayram şənliklərində, yaxud adamları həvəsləndirmək və s. kimi hallarda adi və normal qaydada əl çalmağın öz-özlüyündə eybi yoxdur. Lakin yaxşı olar ki, dini məclislərin fəzası, xüsusilə məscid, hüseyniyyə və namazxanalarda keçirilən mərasimlər salavat və təkbir zikr etməklə nuraniləşsin ki, insan onlardan savab əldə edə bilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Qadınlar üçün onlara məxsus olan şadlıq mərasimlərində, məsələn, ad günləri və toy mərasimlərində əl çalmaq çaizdirmi? Caiz olduğunu fərz etdikdə əgər onun səsi məclisdən kənara çıxsa və naməhrəm kişilər onu eşitsə, hökmü nədir?
Ad: Oktay, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Oktay, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Normal (adi) qaydada əl çalmaq heç bir fəsada səbəb olmazsa, hətta naməhrəmlər onun səsini eşitsə belə işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Yallı və bu kimi ümumi şəkildə icra olunan digər milli rəqslərin hökmü nədir?
Ad: Zabil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zabil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yallı rəqsi də digər rəqslərin hökmündədir. Deməli, əgər şəhvəti təhrik edəcək şəkildə olsa, yaxud ləhv alətlərindən istifadə etməklə və ləhv surətində olsa, yaxud öz ardınca fəsad gətirsə, haramdır, bundan qeyri hallarda isə işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
Toy mərasimlərində əsa (çəlik) ilə döyüş nümayiş etdirmək caizdirmi? Əgər onlar musiqi alətləri ilə təşkil edilərsə, hökmü nədir?
Ad: Edalet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Edalet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əyləncəli idman oyunları surətində olsa və insanın canına təhlükə qorxusu olmazsa, öz-özlüyündə bunun işkalı yoxdur. Lakin musiqi alətlərindən ləhv və tərb gətirən surətdə istifadə etmək heç bir vəchlə caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
Kişilərin onlara məhrəm olan qadınlar qarşısında, qadınların da onlara məhrəm olan kişilər qarşısında rəqs etməsinin hökmü nədir – istər bu məhrəmlik səbəbi olsun, istərsə də nəsəbi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Haram olan rəqsdə kişi ilə qadın arasında, eləcə də məhrəmin və ya naməhrəmin qarşısında olmasının fərqi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Rəqs öyrətmə mərkəzlərinin yaradılmasının hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Rəqs öyrətmə mərkəzlərinin yaradılması və yayılması islami dövlətin hədəfləri ilə ziddir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
Müməyyiz uşağın – istər oğlan olsun, istərsə də qız – qadınların və ya kişilərin məclislərində rəqs etməsinin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həddi-büluğa çatmayan uşağın – istər oğlan olsun, istərsə də qız – heç bir təklifi yoxdur, lakin həddi-büluğa çatanların onu rəqs etməyə sövq etmələri layiq (yaxşı iş) deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Kəndlərdə musiqi alətlərindən istifadə olunmaqla təşkil olunan toy mərasimlərində qadınların kişilərin qarşısında rəqs etmələrinin hökmü nədir? Onun qarşısında bizim vəzifəmiz nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qadınların naməhrəm qarşısında rəqs etməsi, həmçinin, fəsada səbəb olan, şəhvətin təhrik olunmasına gətirib çıxaran hər bir rəqs haramdır. Musiqi alətlərindən istifadə olunması və onlara qulaq asılması da əgər ləhv və mütrib şəklində olarsa, haramdır. Bu kimi hallarda mükəlləflərin vəzifəsi nəhy əz münkər etməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Ərli bir qadın toy mərasimlərində ərinin xəbəri olmadan naməhrəmlərin qarşısında rəqs edir. O, bu əməli bir neçə dəfə təkrar etmişdir, ərinin ona etdiyi əmr be məruf və nəhy əz münkərin də təsiri yoxdur. Onun vəzifəsi nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qadının naməhrəm kişi qarşısında rəqs etməsi mütləq şəkildə haramdır. Ərinin icazəsi olmadan evdən çıxması da öz-özlüyündə haramdır və bu iş onun naşizəliyinə və nəfəqə haqqından məhrum olmasına səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
Övladların toy mərasimlərində rəqs etmək, hərçənd ataların və ya anaların vasitəsilə, öz övladlarının toy mərasimlərində olsa belə, caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər haram rəqs növündən olarsa, haramdır, hətta ata və anaların vasitəsilə, öz övladlarının toy məclislərində olsa belə.