Sual (61) :
Musiqi alətləri işlədilən məclislərdə təkcə yemək yeməkdən ötrü iştirak etmək düzgündürmü?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Əgər haram işləri yerinə yetirməkdən ötrü istifadə olunan avadanlıqlar yığışdırılıbsa, yemək yeməkdən ötrü iştirak etməyin maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) :
Musiqiyə qulaq asmağın hökmü nədir? Musiqinin növləri arasında bir fərq varmı?
Ad: Huseyn asiqi, Ölkə: azerb, Müctəhid: Ayətullah Safi
Ad: Huseyn asiqi, Ölkə: azerb, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Bizim fikrimizcə insanı coşdurucu alətlərdən ifa edilən bütün musiqilər haramdır və onların heç bir növü icazəli deyil. Vallahul- alim.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (63) :
Seyyiduş-şühəda əzadarlığında təbildən istifadə etmək caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Kef və işrət alətlərindən istifadə etmək haramdır. amma təbil və onun kimi alətlər bunlardan deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) :
Gənclərdən bəziləri açıq-saçıq şəkillərə baxır və öz işlərinə gülünc bəhanələr gətirirlər, onun hökmü nədir? Əgər bu şəkilləri görmək insanın şəhvətini müəyyən qədər sakitləşdirsə və harama düşməsinin qarşısını almaqda təsirli olsa, hökmü nədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o şəkillərə baxmaq reybə məqsədi ilə olsa, yaxud insan şəhvətinin təhrik olunacağını bilsə, yaxud günah və fəsada mürtəkib olması qorxusu varsa, bu kimi hallarda onlara baxmaq haramdır. Onun xatirinə insanın başqa bir harama düşməməsinə gəldikdə isə bu, şərən haram olan bir işə mürtəkib olmasına əsas ola bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) :
Əgər gəlin toy gecəsində açıq və nazik bir örpəyi başına salsa, naməhrəm kişinin onun şəklini çəkməsi caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər naməhrəm qadına haram baxışa səbəb olarsa, caiz deyil. Əks halda eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) :
Toy mərasimlərində qadının ərindən icazəsiz olaraq şəkil çəkdirməsi caizdirmi? Caiz olduğunu fərz etdikdə, kamil hicaba riayət etməsi vacibdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəkil çəkdirməyin özü ərin icazəsinə bağlı deyil. Lakin əgər naməhrəm şəxsin onun şəklini görəcəyinə və kamil hicaba riayət etməməsinin də müəyyən bir fəsad törədəcəyinə səbəb olacağını ehtimal versə, ona riayət etmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) :
Kinolarda və başqa yerlərdə çılpaq və yarımçılpaq qadın şəkillərini görmək onları tanımadığımız halda caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kinolara və şəkillərə baxmaq yad (naməhrəm) qadına baxmağın hökmündə deyil. Əgər şəhvət və reybə üzündən olmazsa və öz ardınca fəsad gətirməzsə, şərən işkalsızdır. Lakin şəhvəti təhrik edən çılpaq şəkillərə baxış əksər hallarda şəhvət üzündən olduğundan və buna görə də insanın günaha düşməsinə bir müqəddimə olduğundan onlara baxmaq haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) :
Mərhum İmam Xomeyninin və şəhidlərin şəkillərini öpmək, biz qadınlara naməhrəm olduğuna görə işkallıdırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə bir şəxsin şəkli onun özü hökmündə deyil. Buna görə də reybə məqsədi ilə olmasa və insanın günaha düşməsi qorxusu olmasa, şəkilə ehtiram göstərmək, təbərrük etmək və məhəbbət göstərmək məqsədilə onu öpməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) :
Toy şadlığında mənim bir neçə dəfə şəklimi çəkmişdilər ki, onlarda kamil hicabım yox idi. Bu şəkillər hal-hazırda dostlarımın və qohum-əqrəbamın yanındadır. Onları bir yerə toplamaq mənə vacibdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər şəkillərin başqalarının yanında olması heç bir fəsada səbəb olmazsa və ya fəsadı olduğu halda da şəkilləri başqalarına verməkdə sizin heç bir rolunuz olmamışsa, yaxud onların başqalarından alınıb bir yerə toplanması sizin üçün çətindirsə, bu barədə heç bir vəzifəniz yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) :
Radio və televizorda satirik verilişlərə baxmağın və dinləməyin eybi varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər hansı bir möminin təhqir olunmasına səbəb olmayınca, satirik və digər əyləncəli verilişlərə baxmağın eybi yoxdur.