Sual (141) : Radio-Televiziyadakı mahnıların bəziləri qərb musiqisidir ki, yalnız avazı (sözləri) götürülmüşdür. Onu səsləndirmək və ona qulaq asmağın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Əgər bizim mühitimizdə də ləhv (kef, əyyaşlıq) və fəsad məclislərinə uyğun sayılarsa, haramdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (142) : Sünnəti (ənənəvi, klassik) və qeyri-sünnəti musiqinin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Ləhv (kef, əyyaşlıq) və fəsad məclislərinə uyğun olan musiqilər haramdır, bundan qeyrisinin eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP