Sual (121) : Musiqinin haram olmasında meyar, təkcə onun mütrib və ləhv olmasıdır, yoxsa onun şəhvət hissini hansı miqdarda təhrik etməsi də nəzərə təsirlidir? Əgər musiqi ona qulaq asanı qəmgin etsə, yaxud ağlatsa, onun hökmü nədir? Segah (se zərb) şəklində və musiqi ilə yanaşı oxunan qəzəlləri dinləməyin hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bunun meyarı, musiqinin bütün xüsusiyyətləri ilə birlikdə çalınma keyfiyyətini mülahizə etmək, həmçinin bu musiqinin mütrib, ləhv, günah məclisləri ilə münasib olan musiqi növündən olub-olmamasını nəzərə almaq lazımdır. Öz təbiətinin tələbi ilə ləhv musiqi növündən olan hər bir musiqi haramdır, istər şəhvət hisslərini təhrik etsin, istərsə də təhrik etməsin, istər qulaq asanda qəmginlik və sair halətlər yaratsın, istərsə də yaratmasın. Əgər musiqi ilə yanaşı oxunan qəzəllər ğina və günah məclislərində çalınan ləhv çalğılar şəklində olsa, onu oxumaq və dinləmək haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (122) : Musiqinin hökmündə çalan şəxsin özünün, çalğı yerinin və çalğıdan olan hədəfin ayırd edilməsinin bir rolu varmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Haram musiqi – mütrib, ləhv və günah məclislərinə münasib olan musiqidir. Bəzən çalan şəxsin özünün, avazla oxunan sözlərin, çalğı yerinin və başqa xüsusiyyətlərin, bu musiqinin haram olan mütrib, ləhv musiqidənmi, yoxsa başqa haramdan sayılmasında rol oynayır, məsələn, bu xüsusiyyətlərə görə fəsada səbəb olan halda.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (123) : Mütrib və ləhv musiqi dedikdə məqsəd nədir? Mütrib və ləhv musiqini qeyrisindən ayırd etməyin yolu nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mütrib və ləhv musiqi o musiqilərə deyilir ki, günah məclisləri ilə münasib olan xüsusiyyətlərə malik olduğuna görə adətən insanı Allahdan, əxlaqi fəzilətlərdən və insani keyfiyyətlərdən uzaqlaşdırır, onu açıq-saçıqlığa, günaha doğru sövq edir. Mövzunun ayrıd edilməsində meyar, camaatın nəzəridir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (124) : İslami təbliğat təşkilatı, yaxud bu barədə icazəli olan başqa islami təşkilatın icazə verdiyi lent yazılarına qulaq asmağın hökmü nədir? Kamança, viyalon (skripka), zurna, tütək kimi musiqi alətlərindən istifadə etməyin hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Lent yazılarına qulaq asmağın caizliyi mükəlləfin özünün ayırd etməsi ilə şərtlənir. Əgər onların içində ğina, eyş-işrət, əyyaşlıq, əyləncə və kef məclislərində çalınan musiqi və batil məzmunlu sözlərin olmadığını görsə, onlara qulaq asmağın eybi yoxdur. Amma sadəcə olaraq islami təbliğat təşkilatı, yaxud hər hansı başqa bir təşkilatın icazə verməsi onlara qulaq asmağın mübah (caiz) olmağına şəri dəlil və əsas ola bilməz. Musiqi alətlərini ləhvye-mütrib, (faydasız, oynadıcı), günah və ləhv (batil) məclislərində çalınan musiqilərdə istifadə etmək caiz deyil. Lakin onlardan əqli hədəflər üçün halal istifadələr edilməsinin eybi yoxdur. Halal olan halların ayırd edilməsi mükəlləfin öz nəzərinə həvalə edilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (125) : Halal musiqini haram musiqidən ayırmağın meyarı nədir? Klassik musiqi halaldırmı? Yaxşı olardı ki, bunun üçün ümumi bir meyarı bəyan edəsiniz.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Camaatın nəzərində ləhv (puç, faydasız, oynadıcı, batil), eyş-işrət və kef məclisləri ilə münasib olan hər bir musiqi haramdır, istər klassik olsun, istərsə də qeyrisi. Mövzunun ayırd edilməsi mükəlləfin ürfi nəzərinə həvalə edilir. Əgər musiqi belə olmazsa öz-özlüyündə haram deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (126) : Quranı nəğmə şəklində və musiqi sədaları altında tilavət etmək caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (127) : Qadının qadınlar üçün və öz əri üçün oxumağının – istər qina şəklində olsun, istərsə də qinasız, hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Öz əri üçün və digər qadınlar üçün, qinasız, ləhv (kef) və fəsada (məclislərinə) uyğun olan musiqilər olmadıqda, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (128) : Toy və başqa məclislərdə dəf çalmağın hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Dəf çalmağın hökmü sair musiqi alətlərinin hökmü kimidir və toy məclisləri ilə qeyri-toy məclisləri arasında (ehtiyat vacibə görə) heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (129) : Şəhərlərin (şəhər bələdiyyə idarələrinin) kommunal xidmətlərində çalışan fərdlər elektrik lampası və bu kimi əşyalar tapırlar ki, onları az bir xərclə istifadəyə yararlı vəziyyətə salmaq mümkündür. Ümumiyyətlə tapılan bütün əşyalar, məsələn, alüminium, dəmir parçaları, köhnə ayaqqabı və s. qarşısında vəzifə nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Bu əşyaların sahibləri onları tullamışlarsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (130) : Naməhrəm qadının avazına kişinin qulaq asmağının – dini şerlər oxuyarsa və fəsada da səbəb olmasa – hökmü nədir?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
İşkalı var.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP