Sual (111) : Qərb ölkələrində hazırlanan ləhv musiqi və ğinalara qulaq asmaq və onları yaymağın hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Batil, ləhv məclislərinə uyğun olan mütrib, ləhv musiqiyə və ğinaya qulaq asmağın, onlardan istifadə etməyin caiz olmamasında onun hansı dildə olması və onun hansı ölkədə hazırlanması arasında heç bir fərq yoxdur. Buna görə də bu kimi lent yazılarında haram olan ləhv musiqi, yaxud ğina olsa, onları satmaq, almaq, paylamaq və həmçinin onlara qulaq asmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (112) : Bəzi vaxtlar radio və televiziyadan, mənim nəzərimcə günah və ləhv məclislərinə uyğun olan bəzi musiqilər verilir. Onlara qulaq asmaqdan çəkinmək və başqalarını da ondan çəkindirmək mənə vacibdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onları ləhv məclislərinə uyğun olan mütrib və ləhv musiqi növündən hesab edirsinizsə, ona qulaq asmağınız caiz deyil. Lakin nəhy əz münkər cəhətindən başqalarını da ondan çəkindirməyiniz bununla şərtlənir ki, onların da səninlə eyni nəzərdə oldğunu, yəni, bu musiqinin onların da nəzərində haram musiqi olmasını dəqiq biləsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (113) : İslam respublikasının radio və televiziyasından efirə buraxılan musiqinin hökmü nədir? Bəzilərinin “Mərhum imam Xomeyni musiqini mütləq şəkildə (bütün hallarda) halal edib” - sözü düzdürmü?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Musiqini mütləq şəkildə halal etməyi mərhum imam Xomeyniyə nisbət vermək yalan və iftiradır. Çünki mərhum İmam da günah və ləhv məclislərinə uyğun olan mütrib, ləhv musiqini haram bilirdi, bizim nəzərimiz də elədir. Lakin nəzərlərdəki müxtəliflik mövzunun ayırd edilməsindən irəli gəlir, çünki mövzunun ayırd edilməsi mükəlləfin öz nəzərinə həvalə edilir. Bəzi vaxtlar musiqini çalanın nəzəri ilə qulaq asanın nəzəri fərqli olur. Bu halda mükəlləfin ayırd etməsinə görə musiqi günah və ləhv məclislərinə uyğun olan ləhv musiqi növündən olsa, ona qulaq asmaq mükəlləf üçün haram olacaqdır. Amma şəkk olunan (haram musiqi növündənmi, yoxsa halal növdən olması dəqiq şəkildə məlum olmayan-red.) səslərə gəldikdə isə onların halal olmasına hökm olunur. Musiqinin radio və televiziyidan efirə verilməsi təklikdə onun halal olmasına şəri dəlil ola bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (114) : Mən işlədiyim yerin sahibkarı həmişə ğina lent yazılarına qulaq asır. Mən də onu eşitməyə məcbur oluram. Bu iş mənim üçün caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər lent yazılarında ğina, yaxud günah və batil məclislərə məxsus ləhv musiqi olsa, ona qulaq asmaq caiz deyil. Lakin əgər o iş yerinə getməyə məcbursunuzsa, bu halda ora getməyinizin və orada işləməyinizin eybi yoxdur. Amma sənə vacibdir ki, ğinalar qulağa çatsa da və ixtiyarsız olaraq onları eşitsən belə, onlara qulaq asmayasan.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (115) : “Musiqi” və “ğina” dedikdə məqsəd nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğina – səsi ağızda ləhv məclislərinə xas olan şəkildə titrətməkdir (zəngulə vurmaqdır) ki, bu da günah olan şeylərdən olub həm müğənni üçün, həm də qulaq asan üçün haramdır. Amma musiqi, onun alətləri ilə çalmaqdır ki, əgər günah və ləhv məclislərinə məxsus olan şəkildə olsa, həm çalana, həm də qulaq asana haramdır. Amma əgər bu şəkildə olmasa, öz-özlüyündə caizdir və eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (116) : Təzə həddi-büluğa çatan bəzi cavanlar musiqinin bütün hallarda – hətta islami dövlət radio-televiziyasından efirə buraxılan olsa belə, haram olmasına fətva verən müctəhidlərə təqlid edirlər. Bu məsələnin hökmü nədir? Əgər vəliyyi-fəqih caiz olan musiqilərə qulaq asmağa icazə versə, onun hökümət əhkamına görə buna icazə verməsi bu işin caiz olmasında kifayətdir, yoxsa onlar öz mərcəyi-təqlidlərinin fətvasına əməl etməlidirlər?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Musiqiyə qulaq asmağın caiz olması, yaxud caiz olmamasına dair fətva vermək, hökümət əhkamından deyildir, şəri-fiqhi bir hökmdür. Hər bir mükəlləfin öz şəri əməllərində öz mərcəyi-təqlidinin fətvasına müraciət etməsi vacibdir. Lakin əgər musiqi, ləhv və günah məclislərinə münasib və heç bir fəsada səbəb olmasa, onun haram olmasına heç bir dəlil yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (117) : Evdə ğinaya qulaq asmaq caizdirmi? Şəxsə təsir etmədiyi halda bunun hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğinaya qulaq asmaq bütün hallarda haramdır: istər evdə təklikdə qulaq assın, istərsə də başqalarının yanında, həmçinin istər şəxsdə təsir qoysun, istərsə də təsir etməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (118) : Toy məclislərində qadınların dəf çalmasının hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Musiqi alətlərindən mütrib və ləhv musiqi çalmaq üçün istifadə etmək caiz deyil. Lakin toy məclislərində avaz oxumağın qadınlar üçün caiz olması uzaq nəzər deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (119) : Toy məclislərində qadınların vasitəsilə qablara və musiqi alətlərindən olmayan başqa vəsaitlərə döyüb çalmaq caizdirmi? Əgər səs məclisdən kənara çıxsa və kişilər onu eşitsə, bu halda hökm nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işin caiz olması necə çalınmaqdan asılıdır. Əgər qədim adət-ənənə şəklində olan toylar kimi olsa, ləhv sayılmasa və heç bir fəsada səbəb olmasa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (120) : Ğina nədir? Ğina təkcə insanın səsinə şamil olur, yoxsa musiqi alətlərindən hasil olan səslərlə də şamil olur?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğina insanın ləhv və günah məclislərinə məxsus olan tərb və tərci ilə yanaşı olan səsidir. Bu şəkildə oxumaq və həmçinin ona qulaq asmaq haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP