Sual (101) : Müasir dövrdə musiqidən ruhi yorğunluq, qəmginlik, narahatlıq və qadınlarda olan soyuq təbiətlilik kimi ruhi xəstəliklərin müalicəsində istifadə olunur. Bunun hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər mütəxəssis və əmanətdar həkimin nəzərinə görə xəstəliyin müalicəsinin yalnız musiqiyə bağlı olması, yalnız onunla müalicə olunması məlum olsa, bu halda ondan, xəstənin müalicəsi üçün lazım olan zəruri miqdarda istifadə etməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (102) : Dua, Quran, azan kimi şeylərdə ğina caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğina tərci və tərb ilə yanaşı olan, həmçinin günah, ləhv məclislərinə uyğun olan mütrib avazdır və şəri cəhətdən mütləq şəkildə (bütün hallarda), hətta dua, Quran, azan, mərsiyə və bu kimi şeylərdə də haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (103) : Musiqi alətlərini satmaq və almağın hökmü nədir? Onlardan istifadə etməyin həddi nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ləhv olmayan musiqini çalmaq məqsədilə müştərək alətləri satmaq və almağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (104) : Avaz surətində və musiqisiz oxunan şerləri təkrar etmək caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğina, musiqi alətlərində çalmaqla yanaşı olmasa belə, haramdır. Ğina dedikdə məqsəd insanın səsini günah, ləhv məclislərinə uyğun olan şəkildə titrətməsidir. Amma şerin özünü təkrar etməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (105) : Bəzən ərəb radiolarında bəzi musiqilər verilir. Ərəb dilinə qulaq asmağa maraqlı olduğum üçün ona qulaq asmaq caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Günah və ləvh məclislərinə uyğun olan ləhv musiqiyə qulaq asmaq mütləq şəkildə haramdır. Ərəb dilinə qulaq asmağa maraqlı olmaq bunun üçün şəri əsas ola bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (106) : İranın milli mirası olan olan kilassik musiqi haramdırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Camaat arasında günah, ləhv məclislərinə uyğun və ləhv musiqi növündən sayılan hər bir musiqi mütləq şəkildə haramdır, bu hökmdə İran musiqisi ilə başqası, irsi musiqi ilə qeyrisi arasında heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (107) : Şer və sair şeyləri ahəng və tərci ilə oxuyan qadının səsinə qulaq asmağın hökmü nədir – istər qulaq asan gənc olsun, istərsə də gənc olmasın, istər kişi olsun, istərsə də qadın? Qadın insana məhrəm olsa, bunun hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qadının səsi ğina şəklində olmasa, ona qulaq asmaq da ləzzət almaq və riybə qəsdi daşımasa və günaha düşmək qorxusu olmasa və heç bir fəsada səbəb olmasa, ona qulaq asmağın heç bir eybi yoxdur və bu məsələdə yuxarıda sadalanan hallar arasında fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (108) : Musiqini, xüsusən də sintezator öyrənmək caizdirmi? Başqalarını bu işə sövq etməyin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Musiqi alətlərindən qeyri-ləhv musiqiləri çalmaq üçün istifadə etməyin eybi yoxdur, əgər inqilabi, dini nəğmələri icra etmək üçün, yaxud faydalı mədəni tədbirlər və bu kimi ağlabatan, halal məqsəd güdən verilişləri icra etmək üçün olsa, bu şərtlə ki, başqa fəsada səbəb olmasın. Həmçinin yuxarıda deyilən məqsədlər üçün çalmağı öyrənmək və öyrətməyin öz-özlüyündə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (109) : Məscid kimi müqəddəs yerlərdə üqəlai (əql sahibləri tərəfindən qəbul edilən) və halal hədəflər üçün musiqi çalmağın hömkü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Günah, ləhv məclislərə uyğun olan mütrib və ləhv musiqini çalmaq heç bir halda, hətta məsciddən başqa yerdə və halal üqəlai hədəf üçün olmuş olsa belə caiz deyil. Lakin inqilabi və bu kimi sürudları musiqi nəğmələri ilə birlikdə müqəddəs yerdə və oxunması məsləhət görülən münasibətlərdə oxumağın eybi yoxdur, bu şərtlə ki, o yerin ehtiramı ilə zidd olmasın və məscid kimi yerlərdə namaz qılanlara maneçilik törətməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (110) : Kişi və qadının hər birinin ğina oxumasının hökmü nədir? – İstər lent yazısında oxusun, istərsə də radioda, istər musiqi aləti ilə yanaşı oxusun, istərsə də onsuz.
Ad: Hesen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğina haramdır, (bir şeyi) ğina surətində oxumaq və ona qulaq asmaq caiz deyil, istər kişi oxusun, istərsə də qadın, istər birbaşa oxusun, istərsə də lent yazısında, istər ləhv alətlərilə yanaşı olsun, istərsə də onlarla yanaşı olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP