Sual (91) : Milad və sair kimi bayram şənliklərində təbil çalmağın hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Musiqi və çalğı alətlərindən ləhv, mütrib və ləhv günah məclislərinə münasib olan şəkildə istifadə etmək mütləq şəkildə haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (92) : Quran qiraət edərkən ləhv və haram məclislərə məxsus olan musiqi alətlərindən başqa alətlərlə musiqi çalmaq caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qurani-Kərimi gözəl və onun şəninə yaraşan səslə oxumağın eybi yoxdur, üstəlik çox bəyənilən bir işdir də, bu şərtlə ki, haram ğina həddinə çatmasın. Lakin onunla musiqi çalmağın şəri əsası (vəchi) yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (93) : Musiqiyə təkcə qulaq asmaq haramdır, yoxsa onu eşitmək də haramdır?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğina, yaxud ləhv, tərb gətirən musiqini eşitmək ona qulaq asmağın hökmündə deyil. Yalnız camaat arasında eşitmək qulaq asmaq hesab olunan müəyyən hallar istisna olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (94) : Gənc bir şəxs bəzi idman növlərində beynəlxalq hakim və məşqçi adı ilə işləyir. Onun işi ğina və haram musiqi verilən bəzi idman salonlarına daxil olmasını tələb edir. Bu işin onun məişət xərclərinin bir miqdarını təmin etməsinə, onun iş yerində də sair işin az olmasını nəzərə alaraq onun bu işdə işləməsi caizdirmi?
Ad: Elsen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğina və ləhv musiqiyə qulaq asmağın haram olmasına baxmayaraq, amma bu işin onun üçün eybi yoxdur. Çıxılmaz hallarda onun ğina və haram musiqi məclislərinə daxil olması caizdir. Lakin bu hallarda onlara qulaq asmaqdan çəkinməlidir, ixtiyarsız olaraq qulağına dəyənlərin isə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (95) : Bəzi nəğmələr (təranələr) zahirdə inqilabidir, camaat arasında da inqilabi hesab olunur, lakin oxuyanın inqilabi bir nəğmənimi, yoxsa ləhv və tərb musiqisini (təranələrə) oxumağı qəsd etməsini bilmirik. Oxuyanın müsəlman olmadığını, amma onun oxuduğu nəğmələrin milli olduğunu və içində işğalçılıq əleyhinə olan cümlələr olduğunu, həmçinin, əhalinin müqavimətə təhrik olunmasını nəzərə alaraq bu cür musiqilərə (təranələrə) qulaq asmağın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dinləyicinin nəzərində onların keyfiyyəti camaat arasında ləhv və tərb gətirən olmazsa, onlara qulaq asmağın eybi yoxdur, oxuyanın niyyət və məqsədinin, eləcə də oxuduğu şeyin məzmununun bu barədə təsiri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (96) : Universitet və institutların bəzi fakültələrində tələbələr ixtisas üzrə dərsin gedişatında inqilabi avaz və nəğmələr dərsində iştirak etməlidirlər. Çünki orada musiqinin hissələri (notlar) öyrənilir və onlarla müxtəsər şəkildə tanış olurlar. Bu dərsi öyrənməkdə əsas alət piano və orqandır. İcbari dərs proqramlarından sayılan bu dərsi öyrənməyin hökmü nədir? Qeyd olunan vəsaiti almaq və ondan istifadə etməyimizin hökmü nədir? Xüsusilə, məşqləri kişilərin qabağında icra edən qız tələbələrin vəzifəsi nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İnqilabi nəğmələr, dini proqramlar, faydalı tərbiyəvi-mədəni fəaliyyətləri icra etmək üçün musiqi alətlərindən istifadə etməyin öz-özlüyündə eybi yoxdur. Qeyd olunan məqsədlərdə istifadə etmək üçün çalğı alətlərini almaq, satmaq və onları öyrətmək və öyrənməyin eybi yoxdur. Həmçinin vacib hicaba və şəriət qaydalarına riayət etmək şərti ilə qız tələbələrinin bu dərsdə iştirak etmələrinin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (97) : Kişinin öz halal arvadından ləzzət almaqdan ötrü naməhrəm qadının ğinasına qulaq asması caizdirmi? Arvadın öz əri üçün və yaxud əksinə, ğina oxuması caizdirmi? Bəziləri deyirlər ki, müqəddəs şəriət sahibi ğinanı ondan ötrü haram edib ki, o, həmişə ləhv, ləəb, faydasız məclislərlə yanaşı olurdu, ğinanın haram olması da o məclislərin haram olmasından irəli gəlib. Necə ki, heykəllərin düzəldilməsi və ticarəti də ona görə haram olmuşdur ki, onlara ibadət etməkdən başqa heç bir fayda təsəvvür olunmurmuş. Bu söz düzdürmü? Əgər düzdürsə, haramlığın səbəbi aradan getdiyi indiki zamanda onun haramlığı da aradan gedirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ğinaya, yəni günah, ləhv məclisləri ilə münasib olan, mütrib şəkildə avazlı səsə qulaq asmaq mütləq şəkildə (bütün hallarda) haramdır, hətta arvadın öz əri üçün və əksinə olan halda belə. Öz arvadından ləzzət almaq məqsədi, ğinaya qulaq asmağı mübah edə bilməz. Ğina, heykəl düzəltmək və buna oxşar şeylərin haramlığı, şəriətə təəbbüdlə sübuta yetmişdir və şiə fiqhində sabit hökmlərdəndir və onun əsası (insan tərəfindən) fərz olunan səbəblər, ruhi və ictimai təsirlər deyil. Əksinə “haram ünvanı” onlara aid ediləcəyi vaxta qədər onların hökmü haram və onlardan çəkinmək mütləq şəkildə vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (98) : Əgər musiqinin haram olmasında meyar onun ləhv, günah və ləhv məclisləri ilə münasib olmasıdırsa, bu halda camaatın bəzisinin, hətta qeyri-müməyyiz (yaxşı ilə pisi ayırd etməyən) uşağın oynama halına səbəb olan nəğmə və avazların hökmü nədir? Qadınların ğina halında oxuduğu, amma tərb gətirməyən mübtəzəl kasetlərə qulaq asmaq caizdirmi? Bu kimi lent yazılarını oxudan sürücülərin sürdüyü ümumi avtobuslara minən sərnişinlərin vəzifəsi nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Tərci və tərblə yanaşı olan musiqi, yaxud avaz, əgər keyfiyyət, yaxud məzmun cəhətindən, yaxud çalanın özünün çalan vaxtdakı və ya xanəndənin özünün oxuyan vaxtı məxsus haləti cəhətindən ğina, yaxud günah və ləhv məclisləri ilə münasib olan musiqi növündən olsa, oynama halına səbəb olmadığı və təhrik etmədiyi adam üçün belə, ona qulaq asmaq haramdır. Avtobus və digər maşınlarda ğina, yaxud ləhv musiqi qoyulsa, sərnişinlər ona qulaq asmaqdan çəkinməli və nəhy əz münkər etməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (99) : Çalğıçıların qadınlardan ibarət olduğu məlum olan halda qadın vasitəsilə və qadın tamaşaçıları üçün konsert icra olunmasının hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onu oxuması tərci mütrib avaz (ğina) şəklində olmasa və çalınan musiqi də haram olan ləhv musiqi növündən olmasa, bunun öz-özlüyündə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (100) : Əgər ğinaya qulaq asmaq kişinin öz arvadına olan məhəbbətini (təmayülün) çoxaltsa, bunun hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Arvada olan məhəbbətin (təmayülünü) çoxalması ğinaya qulaq asmaq üçün şəri əsas ola bimləz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP