Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: heyder, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə iki halda qadınla kişi irsdə bərabərdirlər:
A). Ata və ana meyyitin (övlad) irsində çox yerdə bərabərdirlər, yalnız neçə
halı istisna etməklə:
1. Əgər meyyitin varisi yalnız onun ata və anası olsalar, mal üç hissəyə
bölünür, iki hissəsini ata və bir hissəsini ana irs aparır. Amma əgər meyyitin
iki qardaşı, ya dörd bacısı və ya bir qardaşı və iki bacısı olsa ki, onların
hamısı ata tərəfdən olsa, yəni meyyitlə onların atası bir nəfər olsa,
analarının eyni olub olmaması fərq eləmir, meyyitin ata- anası olduğuna görə
bunlar (qardaş və bacı) irs aparmırlar. Amma bunların olmasına görə ana malın
altıda birini irs aparır və qalanını ataya verirlər.
2. Əgər meyyitin varisi yalnız ata- anası və bir qızı olsa, və məyyitin ata
tərəfdən iki qardaşı ya dörd bacısı və ya bir qardaşı və iki bacısı olsa, malı
altı hissəyə bölürlər. Ata və ananın hər biri bir hissə, qız isə üç hissəni irs
aparır. Qalan bir hissəni dörd yerə bölürlər. onun bir hissəsini ata- anaya və
üç hissəsini isə qıza verirlər. məsələn əgər meyyitin malını 24 hissəyə
bölsələr, onun 15 hissəsini qıza, 5 hissəsini ataya və 4 hissəsini isə anaya
verirlər.
B). Əgər qadınla kişi meyyitin ana tərəfdən qohumlarından olsalar, irsləri
bərabərdir. Bu qismin müxtəlif formaları var:
1. Ana tərəfdən olan bacı və qardaş
2. Ana tərəfdən olan qardaş övladı və bacı övladı.
3. Ana tərəfdən olan əmi və bibi.
4. Dayı və xala (ana tərəfdən ya ata tərəfdən ya da həm ata və həm ana
tərəfdən).
Əlbəttə axırıncı iki qismi (üç, dörd) barəsində, ehtiyat- vacib odur ki, irsi
bölərkən bir- biri ilə razılaşsınlar.
Amma cəmiyyətin işçilərinin çoxunu təşkil edən qadınların irsini kişinin irsi
ilə bərabər olması barəsində verdiyimiz sualın qaranlıqları var. Əgər
məqsədiniz budur ki, o cəmiyyətdə ki, qadınların içşilərin çox faizini təşkil
edir və müstəqil gəlurləri varlarıdır və ailənin xərclərini təmin etmək
vəzifələri yoxlarıdır. Bunlar irsdə kişi ilə necə bərabərdirlər?
Cavab budur ki:
Bərabər
olduqları yerlər nadirdir və az vaxt baş verir.
Bəzi
vaxtlarda qadınla kişinin irsinin bərabər olması, islamın zəifliyinin və
nöqsanının əlaməti deyil, əksinə bunun özü bu dinin kamilliyinin
əlamətidir. Çünki bu yolla qadınlar daha çox can yandırmaqla, əsas
vəzifələri olan uşaqları tərbiyə etməyə məşğul olarlar.
Əgər sualdan məqsədiniz budur ki, qadınların kişilərlə
bərabər olduğu şəraitdə və onların da kişilər kimi evin dolanışığını təmin
edənləri sayıldıqları və ailədə olmaları ailəyə böyük zərər vurması şəraiti
olan halda, niyə kişilərlə irsdə bərabər deyildirlər?
Cavabda deməliyik ki; Qadınlar üçün evdən çöldə dini- əxlaqi qanunlara riayət
etməklə işləməyin islam nəzərindən qadağan olmamasına baxmayaraq, amma islam
cəmiyyətin əsas və mühüm məsələlərini riayət etməyə görə, qadınları daha çox
evin daxili işlərini və problemlərini həll etməyə həvəsləndirir. (Misal üçün
bu tarixi hadisiyə diqqət edin: Peyğəmbər (s) Həzrət Əli (ə) Həzrət Fatimənin
(ə) ev işlərini bölərkən buyurdu: Ev işləri, Həzrəti Fatimənin (ə) öhdəsinə,
çöl işləri Əli (ə)- ın öhdəsindədir. Həzrət Fatimə (s) buyurdu: Allahdan başqa
heç kəs bu bölgüdən nə qədər sevindiyimi bilməz. Biharul- ənvar, cild 34. səh
31 və 81, vəsailüş- şiə, cild 14, səh 123. Təfsirul- burhan, cild 1, səh 282.)
Bu da qadınların hissiyyat və ruhiyyəsinə daha uyğundur, həm də cəmiyyətin və gələcəyin daha yaxşı inkişafına kömək edəcək. Gələcək hazırda uşaq və ailədə böyüyüb və tərbiyələnən insanlarındır. Həqiqətdə cəmiyyətdə qadınların rolu əsaslı bir roldur. Yəni cəmiyyətin bünövrəsini hazırlayıb və tərbiyələndirmək, qadınların əli ilə baş verir. Bu böyük rolu yerinə yetirdiklərinə görə, evdən çöldə işləmək onlardan istənilməyib. Ona görə də ailənin xərsclərini təmin etmək kişinin öhdəsinə qoyulub. Təbiidir ki, belə bir sistemdə kişinin irsi çox olmalıdır.
Nəticə budur ki, əgər islamın müxtəlif hökm və
göstərişlərini bir-birinin yanına qoysaq, bəzi yerdə qadının kişinin yarısı
qədər irs aparması və digər yerlərdə bərabər irs aparması, bunların hamısının
hikmət üzündən olduğunu görəcəyik.
Əgər bu sistemdə qadının irsi yarı olubsa, əvəzində ailənin xərclərini təmin
etmək də qadının öhdəsinə qoyulmayıbdır. Əgər bəzi yerlərdə bərabərdirsə,
qadını analıq vəzifəsini yerinə yetirməyə ürəkləndirmək ya... kimi digər
cəhətlərə görədir. Hər halda qeyd olunanların hamısı hikmət idi, səbəb deyildi.
Yəni qadınla kişinin irsinin bərabər olmaması yalnız evin xərclərini kişinin
öhdəsinə görə deyil ki, bu sistem dəyişilən zaman hökm də dəyişilsin və qadının
irsi kişi ilə bərabər olsun.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil