Sual (41) : Atam öz malının üçdə birini özü üçün vəsiyyət etmiş, məni də özünə vəsi təyin etmişdir. Mirasın bölüşdürülməsindən sonra onun üçdə biri ayrıldı. Onun vəsiyyətlərini icra etmək üçün malının üçdə birindən müəyyən qədərini satmağım caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər öz malının üçdə birini onun vəsiyyətlərinin icra olunmasına vəsiyyət etmiş olsa, mirasdan ayrıldıqdan sonra onun satılıb vəsiyyətdə qeyd olunan hallarda sərf edilməsinin eybi yoxdur. Amma əgər üçdə birinin gəlirini, vəsiyyətin icrasına sərf olunmasına vəsiyyət etmiş olsa, bu halda üçdə biri satmaq, hətta vəsiyyət hallarına sərf olunsa belə, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Bir nəfər vəsiyyət etmişdir ki, əmlakından bir qədəri övladlarından birinə aid olsun. O, iki ildən sonra öz vəsiyyətini tamamilə dəyişdirmişdir. Onun əvvəlki vəsiyyətindən sonrakı vəsiyyətinə keçməsi şərən sayılırmı? Əgər bu şəxs xəstə və nəzarətə, xidmətə ehtiyacı olsa bu vəzifə yalnız onun təyin etdiyi vəsinin, yəni, onun böyük oğlunun öhdəsinədirmi, yoxsa bütün övladlar bu məsuliyyəti bərabər şəkildə daşıyırlar?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyət edən şəxsin öz sağlıqında və sağlam əqlə malik olduğu bir dövrdə öz vəsiyyətindən dönməsinin şərən heç bir işkalı yoxdur. Şəri baxımdan mötəbər və düzgün sayılan vəsiyyət – sonrakı vəsiyyətdir, öz malından xidmətçi tutmağa qadir olmadığı halda xəstə şəxsə baş çəkmək və ona nərarət etmək məsuliyyəti bərabər şəkildə ona nəzarət etmək və baxmaq qüdrətinə malik olan bütün övladlarının üzərinə düşür. Vəsi təklikdə bu işlərə məsul deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Bir nəfər ölümü ilə nəticələnən xəstəliyində iki şəxsə, vəsi və onun naibi ünvanı ilə vəsiyyət etmiş, daha sonra fikrini dəyişmiş və vəsiyyəti batil etmişdir, sonra vəsini və naibi bu işdən xəbərdar etmiş və digər bir vəsiyyətnamə də yazaraq onda itmiş qohumlarından birini özünə vəsi qərar vermişdir. Birinci vəsiyyət fikrindən dönüb dəyişdikdən sonra o öz halında qalaraq etibarlı sayılırmı? Əgər ikinci vəsiyyət düzgün və itən şəxs vəsi olsa, vəsiyyət işindən çıxarılan birinci vəsi və onun naibi vəsiyyət edən şəxsin batil etdiyi vəsiyyətə istinad edərək onu icra edə bilərlərmi? Onların bu işləri “üdvani” sayılırmı və meyyitin malından xərclədikləri şeyi ikinci vəsiyə qaytarmaları vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Meyyit öz həyatında birinci vəsiyyətdən dönüb birinci vəsini vəsilikdən çıxartdıqdan sonra işdən çıxarılan vəsinin, bu işdən agah olduqdan sonra o vəsiyyətə istinad edərək ona əməl etməyə haqqı yoxdur, vəsiyyət olunan mal barəsində onun təsərrüfləri füzulidir və vəsinin icazəsinə bağlıdır. Deməli, əgər vəsi ona icazə verməsə, işdən çıxarılan birinci vəsi sərf etdiyi mala zamindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Bir nəfər vəsiyyət etmişdir ki, onun torpaqlarından bir miqdarı, pulu əzadarlıq və xeyriyyə işlərində xərclənsin deyə, satılsın, lakin o yerin vərəsələrdən başqalarına satılması onlar üçün çoxlu çətinliklərə səbəb olur. Vərəsələrin, bu torpaq sahəsini hisə-hissə olaraq özləri üçün almaları, belə ki, hər il onun müəyyən bir miqdarını, vəsinin və nəzarətçinin nəzarəti altında vəsiyyət olunan işlərə sərf olunmaq məqsədilə satmaları caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Torpaq sahəsinin vərəsələr tərəfindən alınmasının heç bir işkalı yoxdur və vəsiyyət edən şəxsin onun hissə-hissə və ədalətli qiymətlə alınmasında məqsədi torpaq sahəsinin nağd olaraq satılıb pulunun da elə birinci ildə vəsiyyət etdiyi işlərə xərclənməsi olması aşkar olmayınca, eybi yoxdur, bu şərtlə ki, vəsi və nəzarətçi bu işi məsləhət görsünlər və hissə-hissə ödənişlər də vəsiyyətin icra olunmamasına gətirib çıxarmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Anam vəfatından əvvəl vəsiyyət etmişdir ki, onun qızıllarını cümə axşamlarında xeyir işlərə sərf edəm. Mən də indiyə qədər bu işi onun üçün görürdüm, lakin çox ehtimala görə əhalisi müsəlman olmayan xarici ölkələrə səfər etdiyim zaman mənim vəzifəm nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onun, müsəlman və qeyri-müsəlman olmasından asılı olmayaraq ümumi camaata ehsan edilməsini nəzərdə tutması aşkar olmayınca, hətta o malın, müsəlmanlara sərf olunsun deyə, islam ölkələrində əmanətdar bir şəxsin yanında qoyulması ilə olsa belə, bu malın yalnız müsəlmanlarla əlaqədar xeyriyyə işlərinə sərf olunması vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Bir nəfər vəsiyyət edir ki, onun əmlakının bir miqdarı Nəcəfi-Əşrəfdə Quran tilavətinə sərf olunsun, yaxud bu iş üçün müəyyən bir malı vəqf edir. Vəsi, yaxud vəqfə nəzarət edən şəxsə Quran tilavəti üçün bir şəxsin əcir tutulması məqsədi ilə həmin malın Nəcəfi Əşrəfə göndərilməsi mümkün olmazsa, onun bu barədəki vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o malın, Nəcəfi-Əşrəfdə Qurani-kərim tilavəti üçün sərf edilməsi hətta gələcəkdə mümkün olsa, vəsiyyətə əməl olunması vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Bir nəfər böyük oğlunu vəsi, məni isə ona nəzarətçi təyin edib dünyadan getmişdir. Sonra onun oğlu da vəfat etmişdir. Mən onun vəsiyyətini icra etməyə yeganə cavabdeh şəxs olmuşam. Lakin hal-hazırda qarşıya çıxan xüsusi vəziyyətimə görə vəsiyyət olunan işlərin icra olunması mənim üçün çətindir. Vəsiyyət olunan şeyləri, onun üçdə birindən əldə olunan mənfəətləri xeyriyyə işlərdə və səhiyyə idarəsinin himayəsində olub köməyə və yardıma ehtiyacı olan şəxslərə xərclənsin deyə, bu idarəyə verməklə vəsiyyət olunan şeyin dəyişdirilməsi caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəzarət edən şəxs təklikdə meyyitin vəsiyyətini, hətta vəsiyyət olunan şəxsin vəfatından sonra belə, icra edə bilməz. Amma vəsiyyət olunan şəxs vəsinin vəfatından sonra onu özünə vəsi qərar vermiş olsa, onda bu hal istisna olunur. Əks halda, vəsinin vəfatından sonra şəriət hakiminə müraciət edilməlidir ki, onun yerinə başqa bir şəxsi təyin etsin. Hər bir halda meyyitin vəsiyyətindən kənara çıxmaq və onu dəyişdirmək caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Vəsiyyət edən şəxs yazılı şəkildə qoyduğu vəsiyyətində, öz vəsiyyətlərini yerinə yetirmək üçün bir vəsi təyin etməkdən əlavə, onun işlərinə nəzarət etmək üçün bir nəfəri də təyin etmiş, lakin onun səlahiyyətlərini aşkar şəkildə bəyan etməmişdir, belə ki, vəsinin işlərinə nəzarət dedikdə məqsədin onun işləri barədə məlumat almaq və vəsiyyət edən şəxsin nəzərdə tutduğunun əksinə əməl etməməsimi, yoxsa vəsiyyət olunan şəxsin əməlləri barəsində rəy və nəzərə malik olması və onun işlərinin nəzarətçi şəxsin məsləhəti əsasında və ona uyğun olması məlum deyil. Bu halda nəzarətçinin səlahiyyətləri hansı həddədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyətin mütləq şəkildə olmasını fərz etdikdə, vəsiyə, öz işlərində nəzarətçi ilə məsləhətləşməsi vacib deyil, amma əhvət nəzər onun yerinə yetirilməsidir. Nəzarətçinin vəzifəsi də vəsinin işləri barədə məlumat əldə etmək üçün nəzarət etməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Malın vəsiyyət edilməsinin düzgün və nüfuzlu olmasında, vəsiyyət olunan şəxsin vəsiyyət edilən zamanda mövcud olması şərtdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təmliki vəsiyyətdə vəsiyyət olunan zaman hansı şəxsə vəsiyyət edilirsə onun varlığı şərtdir, hətta ana bətnində rüşeym halında, yaxud hələlik ruh daxil olmamış bir rüşeym olsa belə, bu şərtlə ki, dünyaya diri gəlmiş olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Əziz şəhidlərdən biri özünün oruc-namaz qəzaları barəsində vəsiyyət etmişdir, lakin onun mirası yoxdur, yaxud mirası yalnız satılacağı təqdirdə kiçik övladlarının çox çətinliyə düşəcəyi ev və mənzil avadanlıqlarından ibarətdir. Bu vəsiyyətlə əlaqədar onun vərəsələrinin vəzifəsi nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o əziz şəhidin yoxdursa, onun vəsiyyətinə əməl etmək vacib deyil, lakin onun böyük oğluna, həddi-büluğa çatdıqdan sonra atasının qəzaya gedən oruc-namazlarını yerinə yetirməsi vacibdir. Amma mirası olsa, onun üçdə birinin vəsiyyət olunan işlərə xərclənməsi vacibdir. Vərəsələrin ehtiyaclı və kiçik olması vəsiyyətə əməl edilməməsi üçün şəri bir əsas hesab olunmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP