Sual (21) : Bir şəxs özünün bütün var-dövlətini öz oğlunun adına sənədləşdirir və şərt edir ki, onun vəfatından sonra, o, bacılarının irsdən olan payının əvəzində müəyyən məbləğdə nağd pul versin. Ata vəfat edən zaman qızlardan biri orada hazır olmadığından, öz haqqını ala bilməyib. O, şəhərə qayıtdıqdan sonra qardaşından öz haqqını almaq istədikdə, qardaşı heç nə vermədi. Amma indi bir neçə il keçdikdən sonra və ona vəsiyyət olunan məbləğ həddindən artıq dəyərdən düşdükdən sonra bacısı bildirmişdir ki, o məbləğin həmin vaxtdakı dəyərini qaytarmaq istəyir, qardaşı isə bu işə razılıq vermir və bacısını, ondan sələm almaqda ittiham edir. Bu məsələnin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər meyyitin mirasının oğlan övladına təhvil verilməsi, eləcə də həmin maldan müəyyən məbləğin qız varislərinə verilməsi barədəki vəsiyyət şəri cəhətdən tam düzgün olmuşsa, qızlardan hər birinin yalnız vəsiyyət olunan miqdarı almaq haqları vardır. Amma əhvət nəzər budur ki, həmin məbləğin verildiyi vaxtdakı qiyməti, vəsiyyət edənin vəfat etdiyi vaxta nisbətən aşağı düşmüş olsa, tərəflər bu iki qiymətin fərqi barəsində razılığa gəlməlidirlər və bu, sələm sayılmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) : Bir nəfər öz vəsiyyətnaməsində qeyd edib ki, onun üç hektarlıq meyvə bağı belə bölüşdürülməlidir ki, onun iki hektarı öz vəfatından sonra övladlarına çatmalı, yerdə qalan bir hektarı isə özünə məxsusdur və vəfatından sonra vəsiyyətnamədə qeyd olunan yerlərdə sərf olunmalıdır. Lakin o şəxs vəfat etdikdən sonra məlum olub ki, meyvə bağı iki hektardan da azdır. Buna əsasən, onun vəsiyyətnamədə mal-dövləti barədə yazdığı kimi, onun vəsiyyəti, əmlakıhaqda bölgü sayılırmı, yoxsa vəfatından sonra öz mal-dövlətinə vəsiyyət sayılır? İkincisi, meyvə bağının iki hektardan az olması məlum olduqdan sonra onun hamısı övladlara məxsus olur və özü üçün vəsiyyət etdiyi bir hektar məsələsi qüvvədən düşür, yoxsa vəsiyyətə başqa cür əməl etmək lazımdır?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Razılaşmanın (bölgünün) vəsiyyət edən şəxsin sağlığında şərən düzgün şəkildə gerçəkləşməsi və bu, razılaşan tərəfin onun sağlığında qəbul edib razılaşması aşkar olmayınca, onun qeyd etdikləri vəsiyyət hesab olunmalıdır. Buna əsasən, onun meyvə bağında həm övladları, həm də özü üçün nəzərdə tutduğu şeylər barəsində etdiyi vəsiyyət mirasın məcmusunun üçdə biri haqda qüvvədədir. Üçdə birdən artıq miqdarda isə varislərin icazəsinə bağlıdır. İcazə verməsələr, üçdə birdən artıq hissə onların irsi olacaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) : Şəhidlərdən biri öz atasına etdiyi vəsiyyətində yazıb ki, atası onun yaşadığı mənzili satmadığı halda borclarını ödəyə bilməsə, onu satıb borclarını ödəsin. Həmçinin vəsiyyət etmişdir ki, (evi satdıqdan sonra) onun müəyyən bir məbləğini xeyir işlərə xərcləsin, evin yerinin pulunu isə dayısına versin, anasını həccə göndərsin, habelə (bu pulla) bir neçə illik oruc-namazının qəzasını yerinə yetirsin. Sonra onun (şəhidin) qardaşı, onun dul qalmış arvadı ilə evlənib elə onun evində məskunlaşdı. Həm də bilir ki, şəhidin arvadı o evin bir hissəsini özünə almışdır. Qardaşı da həmin evin təmir olunmasına müəyyən məbləğ pul xərcləyib, eləcə də o, şəhidin oğluna məxsus olan bir qızıl sikkəni alıb evin təmir xərclərinə istifadə edib. Bu halda onun şəhid olmuş qardaşının evindən, eləcə də onun oğlunun mal-dövlətindən istifadə etməsinin hökmü nədir? Onun, qardaşı oğlunun təlim-tərbiyəsini öhdəsinə aldığını və onun məişət xərclərini də təmin etdiyini nəzərə alsaq, onun şəhidin oğluna məxsus olan aylıq maaşından istifadə etməsinin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu halda vacibdir ki, əziz şəhidin bütün mal-dövləti hesablanılsın, onun bütün malı, borcları ödəndikdən sonra yerdə qalan miqdarın üçdə biri onun vəsiyyət etdiyi şeylərin yerinə yetirilməsinə sərf edilməlidir. Yəni, onun oruc-namazlarının qəzasını (bir kəsə pul verib) qıldırmalı, anasının həcc səfərinin xərclərini verməli və s. Sonra mirasın üçdə ikisi və əvvəlki üçdə birindən artıq qalan hissəsi şəhidin varisləri – atası, anası, oğlu və arvadı arasında Quran və Peyğəmbər sünnəsi əsasında bölünməlidir. Şəhidin evi və onun mülkiyyətində olan bütün şeylərdən istifadə varislərin və kiçik uşağın şəri qəyyumunun icazəsi ilə olmalıdır. Şəhidin qardaşının kiçik uşağının şəri qəyyumunun icazəsi olmadan evin təmir işlərinə xərclədiyi şeyləri də uşağın malından götürməyə haqqı yoxdur. Eləcə də uşağın şəri qəyyumunun icazəsi olmadan qızıl sikkəni, uşağın aylıq təqaüdünü evin təmirinə və öz xərcliyinə, hətta uşağın öz xərcləri üçün belə, istifadə etməsi caiz deyil. ilə xərcləyə bilər. Əks halda, o mala zamindir və onu səğirə qaytarmalıdır. Həmçinin evi də varislərin və səğirin şəri qəyyumunun izn və icazəsi ilə olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) : İrsin (varislər arasında) bölüşdürülməsindən 20 il və meyyitin qızının öz payını satmasından 4 il sonra onun anası öz ərindən bir vəsiyyətnamə qaldığını bildirir. Bu vəsiyyətnaməyə əsasən, ərinin bütün mal-dövləti ona çatmalıdır. Eləcə də etiraf edir ki, əri vəfat edən vaxtdan etibarən bu vəsiyyətnamə onun əlində imiş, lakin hazırkı vaxta qədər heç kimə bu haqda bir söz deməmişdir. O vəsiyyətnaməyə əsasən, irsin bölüşdürülməsi, eləcə də meyyitin qızının irsdən öz payına düşən evi satmasının qanunsuz olmasına hökm oluna bilərmi? Qanunsuz olduğu fərz edilən təqdirdə, üçüncü bir şəxsin meyyitin qızından aldığı mülkün rəsmi sənədinin, qız ilə anası arasında yaranan mübahisə səbəbi ilə qüvvədən düşməsi düzgündürmü?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan vəsiyyətin düzgün olması və mötəbər dəlil əsasında sübut olunmasını fərz etdikdə, ana, ərinin vafat etdiyi vaxtdan etibarən irsin bölüşdürüldüyü vaxta qədər bu işdən xəbərdar olmasına və qızının payının ona verildiyi vaxtdan öz payını başqasına satdığı vaxta qədər vəsiyyətnamə onun əlində olmasına baxmayaraq, bununla belə vəsiyyətnamənin varlığı barədə sükut edib bir söz deməyibsə, habelə heç bir maneə olmadığı halda qızının payının ona verilməsinə və qızın da o evi satmasına etiraz etməyibsə, bütün bunlar ananın qızın mirasdan öz malını alıb başqasına satmasına razı olduğunu göstərir. Bundan sonra ananın nə qızına verdiyi şeyi, nə də müştəridən bir şeyi tələb etməyə haqqı yoxdur. Bu halda qızın bu al-veri qanunauyğundur, ev də müştərinindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) : Bir nəfər mal-dövlətinin üçdə birinin özü üçün xərclənməsini vəsiyyət edir. Vəsiyyətnamənin haşiyəsində də qeyd edir ki, onun bağdakı evi üçdə bir xərclərinin təmin olunması üçündür, vəsi də onun vəfatından iyirmi il sonra o evi satıb pulunu ona xərcləməlidir. Bu halda meyyitin malının üçdə biri bütün mirasından, istər ev və sair mal-dövlətindən olmaqla hesablamaq lazımdırmı ki, evin qiyməti üçdə birdən az olduqda (meyyitin malının) üçdə biri onun sair mal-dövlətindən təkmil olunsun, yoxsa malın üçdə biri elə həmin evdən ibarətdir və meyyitin vərəsəsindən, malın üçdə biri kimi başqa heç bir şey götürülməməlidir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ölən şəxs, öz vəsiyyəti və vəsiyyətnaməsinin haşiyəsində yazdığı ilə yalnız evi üçdə bir kimi özü üçün təyin etmək istəmişsə və o evin dəyəri meyyitin borclarını ödədikdən sonra onun mirasının məcmusunun üçdə birindən artıq olmasa, bu halda elə o, meyyitə məxsus olan üçdə birdir və meyyitə məxsusdur. Həmçinin, tərəkənin üçdə birini özü üçün vəsiyyət etməsindən sonra, həmin evi üçdə birə sərf edilməsi üçün təyin etmiş olsa və evin dəyəri meyyitin borclarını ödədikdən sonra mirasın məcmusunun üçdə biri qədər olsa, hökm eynidir. Əks halda isə, tərəkədən evə müəyyən bir şey əlavə edilməlidir ki, o ikisinin məcmusu mirasın üçdə biri qədər olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) : Ölən şəxsin əvvəllər şəri vergilər (xums-zəkat) hesabından müəyyən məbləğdə pul verməsinə dair bir qəbz tapılsa, yaxud bir neçə nəfər onun öz haqqını verdiyinə şahidlik etsələr, onda meyyitin varislərinə, onun mirasından bu şəri vergiləri vermələri vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sadəcə olaraq, meyyitin şəri vergilərdən müəyyən məbləğ verməsini göstərən qəbzin tapılması, yaxud şahidlərin onun vergiləri verməsinə dair şəhadət verməsi onun bu barədəki vəzifəsinin götürülməsinə, yaxud da şəri vergilərin onun mal-dövlətinə aid olmasına şəri bir höccət və dəlil sayıla bilməz. Deməli, əgər onun özü, sağlığında şəri vergilərdən müəyyən məbləğdə borclu olmasını etiraf etsə, yaxud öz vəsiyyətnaməsində şəri vergilərdən borclu olmasını, yaxud onun mirasında olmasını etiraf etsə, yaxud da varislər üçün bu barədə yəqin hasil olsa, onda vərəsələrə, meyyitin iqrar etdiyi, yaxud özlərinin yəqin etdikləri məbləği meyyitin mirasının əslindən vermələri vacibir. Əks halda isə, onlara heç bir şey vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : Bir nəfər özünün böyük oğluna vəsiyyət edir ki, əz torpaq sahələrində birini satıb pulu iləonun tərində həcəgedilsin. Oğlu da atası üçün bu işi görəcəyinə söz verir. Lakin həcc və ziyarət müəsisəsi tərəfindən vaxtında səfər icazəsi ala bilmədiyindən, həmçinin, son zamanlar həccin səfər xərcləri bahalandığından və həmin torpaq sahəsinin pulu həcc səfərinə kifayət etmədiyindən, onun özü tərəfindən vəsiyyətə əməl edilməsi qeyri-mümkün olmuşdur. Ona görə də başqa bir şəxsi, atasının tərəfindən həccə göndərmək məcburiyyətində qalıb, lakin torpaq sahəsinin pulu niyabət həccinin qiymətini ödəmir. Bu halda vəsiyyətə əməl olunsun deyə, sair vərəsələrin böyük oğula kömək etməsi vacibdirmi, yoxsa bu işin görülməsi yalnız ona vacibdir? Çünki hər bir halda atası tərəfindən həccə o getməlidir.
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualın fərz olunduğu halda, həcc xərclərindən heç birini vermək sair vərəsələrə vacib deyil. Lakin həcc, vəsiyyət edən şəxsə vacib olmuşdursa və onun tərəfindən həccə gedilməsi üçün təyin olunan torpaq sahəsinin pulu hətta miyqatdan olsa belə, niyabət həccinin xərclərinə çatmırsa, bu halda meyyitin mirasının əslindən miyqati həccin xərclərini kamil etmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) : Mən atamın böyük oğluyam. Onun qəzaya getmiş namaz və oruclarını yerinə yetirmək şərən mənə vacibdir. Atamın bir neçə il namaz-oruc qəzası olduğu halda onun yalnız bir illik oruc-namazının qəzasını yerinə yetirməyi vəsiyyət etmişsə, mənim vəzifəm nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dünyadan gedən şəxs qəzaya getmiş oruc-namazını öz mirasının üçdə birindən yerinə yetirməyi vəsiyyət etmişsə, onda onun üçdə birindən bu işləri yerinə yetirmək üçün bir şəxsi əcir tutun. Əgər onun qəzaya gedən oruc-namazı vəsiyyət etdiyindən artıq olarsa, sizə, hətta öz şəxsi malınızdan olsa belə, bir nəfəri əcir tutaraq atanın oruc-namazlarının qəzasını yerinə yetirməyiniz vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) : Vəsiyyət edən şəxs üç nəfəri birlikdə özü üçün vəsi (canişin) təyin etsə, amma onlar vəsiyyətə necə əməl etməkdə razılığa gəlməsələr, onların arasında olan münaqişə necə həll edilməlidir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsilərin çoxluğu fərz olunan halda, vəsiyyətə necə əməl edilməsi ilə əlaqədar fikir ayrılığı və ixtilaf yaransa, onların şəriət hakiminə müraciət etmələri vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) : Bir nəfər öz vəsiyyətnaməsində qeyd edib ki, filankəs onun birinci, digər bir şəxs ikinci, başqa birisi də üçüncü vəsisidir. Bu üç nəfərin hər üçü birlikdə vəsidirlər, yoxsa təkcə birincisi vəsidir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu məsələ, vəsiyyət edən şəxsin öz nəzərinə bağlıdır. Mövcud şahid və əlamətlərdən məqsədin qeyd olunan üç nəfərin birlikdə (cəm halında), yoxsa bir-birinin ardınca (növbə ilə) olması məlum olmayınca, gərək vəsiyyətə birlikdə əməl etmək barədə razılığa gəlsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP