Sual (11) :
Ağlını itirmiş adam vəsiyyət edə bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyət edən şəxs ağıllı, həddi-büluğ, azad, malını sərf etməkdə ixtiyar sahibi olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (12) :
Vəsiyyət nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyətdə insan sifariş edir ki, onun ölümündən sonra onun üçün hansısa işlər görülsün. Məsələn, insan vəsiyyət edə bilər ki, onun ölümündən sonra malik olduğu kitablar kitabxanaya verilsin. İnsan öz malının yalnız üçdə birini vəsiyyət edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (13) :
Borc verən şəxsin, borc verdiyini isbat etmək və pulunu almaq üçün çəkdiyi məhkəmə xərcləri və xəsarətləri də borc verdiyi şəxsdən tələb etməsi caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc alan şəxs, şərən borc verən şəxsin məhkəmə işləri üçün çəkdiyi xərclərə zamin deyil. Bu kimi hallarda İslam Respublikasının qanunlarının icra olunması vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (14) :
Əgər borclu olan şəxs öz borcunu verməkdən imtina etsə və borc verən şəxs qəbzdəki məbləği almaq üçün onun əleyhinə məhkəməyə şikayət etsə və nəticədə o, borcdan əlavə, hökmün icra olunmasına çəkilən xərcləri də dövlətə verməyə məcbur olsa, borc verən şəxs şərən buna məsuldurmu?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər öz borcunu qaytarmaqda səhlənkarlığa yol verən borclu şəxs hökmün icra olunmasına çəkilən vergini dövlətə verməyə məcbur edilsə, borc verən şəxsin üzərinə heç bir öhdəlik gəlmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (15) :
Bir nəfər özünün daşınar və daşınmaz əmlakının hamısını öz oğluna vəsiyyət edir, nəticədə altı qızını irsdən məhrum edir. Bu vəsiyyət qanunidirmi? Əgər qüvvədən düşürsə, onda bu irs altı qızla bir oğlan arasında necə bölünməlidir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan bu vəsiyyətin ümumi halda düz olmasının heç bir eybi yoxdur, amma bu, mirasın məcmusunun üçdə birində keçərlidir. Bundan artıq miqdarda isə bütün varislərin icazəsinə bağlıdır. Əgər qızlar bu işə razı olmasalar, onların irsdən payı mirasın üçdə ikisindən verilməlidir. Buna əsasən, atanın mal-dövləti 24 yerə bölünür. Oğlana vəsiyyət edilən payı 8÷24, tərəkənin üçdə ikisindən olan payı isə 4÷24 , qızın payı isə 2 ÷24olur. Başqa sözlə, mirasın məcmusunun yarısı oğlana məxsus olur, yarısı isə altı qızın arasında bölünür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (16) :
Bir nəfər özünün bəzi mülkünün qazancının bir miqdarının məscidə, hüseyniyyəyə, dini məclislərə, xeyriyyə işlərinə və s. kimi yerlərə xərclənməsini vəsiyyət edib. Amma onun vəsiyyət etdiyi mülk sair mülkləri ilə birlikdə qəsb edilib. Onun qəsbkardan geri alınması da çoxlu xərc tələb edir. Həmin xərcləri, onun vəsiyyət etdiyi miqdardan götürmək olarmı? Həmçinin, bu mülkün qəsbkardan alınmasının sadəcə mümkünlüyü vəsiyyətin düzlüyü üçün kifayətdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu əmlakı qəsb edənin əlindən almaq üçün lazım olan xərclərin vəsiyyət olunan mülkün qazancından həmin miqdarda götürülməsinin heç bir eybi yoxdur. Mülkün vəsiyyət edilməsinin düz olmasında onun vəsiyyət olunan yerlərdə, hətta onu qəsb edənin əlindən almaq üçün pul xərcləmək və səy etdikdən sonra istifadə olunmağa yararlı olması kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (17) :
Əziz şəhidlərdən biri, evi üçn aldığı xalçanı müqəddəs Kərbəla şəhərində imam Hüseyn (ə)-ın məqbərəsinə verilməsini vəsiyyət edib. Hal-hazırda biz onu vəsiyyətə əməl olunması mümkün olan vaxta qədər evdə saxlasaq, tələf olması ehtimalı var. Ona zərər və ya xəsarət dəyməsin deyə, onu məhəllə məscidi, yaxud hüseyniyysinə sala bilərikmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyətə əməl olunması mümkün olan vaxta qədər xalçanın qorunub saxlanması onun müvəqqəti olaraq məscidə, yaxud hüseyniyyəyə salınmasına bağlıdırsa, bu işin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (18) :
Atamızdan bizə irs çatan mal-dövləti bölüşdürmək istəyirik. Bu da atama babamızdan irs çatdığına görə bizimlə əmim və nənəm arasında müştərək idi. Onlar da o əmlakı babamdan irs aparmışdılar. Bu irsi bölüşdürmək istədikdə, əmim və nənəm babamın 30 il bundan əvvəl yazdığı vəsiyyətnaməsini gətirdilər. Babam onda əmim və nənəmin hər birinə, onun mirasından olan irs paylarından əlavə, müəyyən məbləğ nağd pul da verilməsini vəsiyyət etmişdi. Amma əmim və nənəm bu məbləği hazırkı dəyərdə olan pula çevirmiş və aramızda müştərk olan maldan, vəsiyyət olunan məbləğdən qat-qat artıq olan malı özlərinə aid edirlər. Şəri baxımdan onların bu işi düzdürmü?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat nəzər budur ki, öz aralarında, pulun dəyərinin fərqlənməsi ilə əlaqədar öz aralarında razılaşsınlar. Əgər bu barədə bir qanun varsa, ona riayət olunmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (19) :
Bir nəfər öz arvadının yaşadığı evin üçdə birini onun vəfatından sonra başqa ərə getməməsi şərti ilə ona (öz arvadına) vəsiyyət edir. Onun vəfat iddəsi tamam olduqdan sonra ərə getmədiyini və mövcud əlamətlərdən də sonradan ərə getməyəcəyi məlumdursa, onda bu vəsiyyətin qüvvəyə minməsi ilə əlaqədar olaraq vəsiyyət olunan şəxsin və sair varislərin vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hal-hazırda onlara vacibdir ki, vəsiyyət olunan mülkü vəfat edənin arvadına versinlər. Amma mülkün onun ixtiyarına keçməsi ərə getməməsi ilə şərtlənir. Belə ki, sonradan ərə getsə, vərəsələrin bu danışığı pozub mülkü geri almağa haqları vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (20) :
Ata-anamın sağlığında bacılarımın şahidliyi əkin sahəsinin bir hissəsini onların mirasının üçdə biri adı ilə ayırmışlar ki, vəfatlarından sonra onlar üçün kəfən və dəfn işlərinə, qəzaya getmiş oruc-namazlarına və s. işlərə sərf edilsin. Mən onların yeganə oğlu olduğum halda bu işləri mənə vəsiyyət etdilər. Onların vəfatından sonra nağd pul əldə olmadığından, vəsiyyət olunan işlərin hamısını öz xərcimlə yerinə yetirmişəm. Xərclədiyim bu məbləği qeyd olunan üçdə birdən götürə bilərəmmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sən meyyitin həmin işlərdə vəsiyyət hesabından və üçdə birdən götürməyi nəzərdə tutub xərcləmisənsə, onda həmin məbləğin meyyitin malının üçdə birindən götürməyin caizdir, əks halda isə caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.