Sual (141) : Atam 20 ilin namazının qılınmasını və orucunun tutulmasını vəsiyyət etmişdir. Əgər bunları yerinə yetirməyə maddi imkanım çatmasa, nə etməliyəm?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Atanızın malının üçdə birindən imkan olan qədərini verin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (142) : Dünyadan getmiş şəxsin borcu varsa və xüms də borcludursa, qoyduğu irs isə hər ikisini ödəmək üçün kifayət etmirsə, varisi hansına üstünlük verməlidir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Xümsü verilməmiş mal mövcuddursa, onun xümsünü verməyi önə çəkməlidirlər. O mal mövcud deyilsə, ehtiyat budur ki, malını hər iki borc sahibi arasında bölsünlər.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (143) : Bir şəxs istitaətli olmamışdır, lakin bir neçə il bundan əvvəl ölümü ilə nəticələnən xəstəliyində bir neçə nəfər onu məcbur edirlər ki, beş min əfqan pulunu “Miqat həcci” yerinə yetirmək üçün verməyi vəsiyyət etsin. Bu vəsiyyət səhihdirmi? Səhih olduğu təqdirdə bu məbləğin “Miqat həcci” üçün kifayət etmədiyini nəzərə alsaq, nə etməliyik?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Əgər vəsiyyət doğrudan da məcbur edilməklə olubsa, etibarlı deyil. Lakin digərlərinin israrından sonra o, vəsiyyətə razı olmuşdursa və bu vəsait Miqat həcci üçün çatmırsa, bu vəsaiti xeyirxah işlərdə sərf etmək lazımdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP