Sual (281) : bəzi müsəlmanlar vəsiyyət edirlər ki, onları toy libasında dəfn etsinlər. Belə vəsiyyət etmək caizdirmi? Caizdirsə, bu vəsiyyətə əməl etmək vəsiyə lazımdırmı?
Ad: nemet, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər o libasda kəfənin şərtləri varsa və ya üçlük kəfəndən əlavə olarsa, israf sayılacaq qədər çox bahalı paltar olmasa, icazəlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (282) : Bir şəxsin cərrahiyyə yolu ilə ayağına qızıldan olan bir mil salırlar, ölümdən sonra həmin mili onun ayağından çıxartmaq olarmı? Qızıl qapaq, ya qızıl diş olan surətdə hökm necədir?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qızıl mili ayağı yarmadan çıxartmaq mümkün olmasa, onu çıxartmaq caiz deyildir. Qızıl dişin hökmü də belədir. Əgər süni dişlər olarsa və rahatlıqla meyyitin ağzından çıxarılarsa maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (283) : Ağzında süni dişləri olan bir şəxs vəfat edərsə, onun dişlərini ağzından çıxartsınlar, ya o halda qusl verib dəfn etsinlər.
Ad: mehdi, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim

Meyyitə əziyyət olmayan surətdə süni dişləri çıxarda bilərlər, amma əgər yarma və hörmətsizlik olarsa o halda qusl etsinlər.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (284) : Hamilə qadının özü və bətnindəki uşağı ölmüşdür. Uşağı çölə çıxardıb ayrı qusl vermək lazımdırmı?
Ad: Nazim, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək ananı o halda qusl edib kəfənə büksünlər. Hamilə olmayan qadınlar kimi dəfn etsinlər və uşağı çölə çıxarmaq düzgün deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (285) : Körpə uşaqları olan bir şəxs vəsiyyətsiz vəfat etmişdir. Amma özü üçün vacibi miqdarından artıq kəfən hazırlamışdır. Vəsiyyət etmədiyi və körpə uşaqları olduqları üçün kəfənin vacib hissələrini istifadə edib müstəhəbbi hissələrini saxlamaq olarmı? Yoxsa müstəhəbbi hissələri də gərək ona geyindirsinlər?
Ad: Hesen, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Kəfən vəsiyyətə əsasən təyin olunur və əgər malının üçdə birindən çox olmasa müstəhəbbi hissələri ayırmasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (286) : Boynunda məss-meyyit quslu olan bir şəxs ikinci bir meyyitə qusl verə bilərmi? Meyyid quslunda nə üçün sidr və kafur istifadə olunur?
Ad: bəndə, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, boynunda məss-meyyit quslu olan bir şəxs başqa meyyitə qusl verə bilər. Sidr və kafurun istifadə olunmasının xüsusi bir təmizliyi vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (287) : Namaz və oruc əhli olmayan bir şəxs namaz və orucu inkar da etmirsə, müsəlmanlara aid olan meyyitin hökmləri ona da aiddirmi?
Ad: rustem, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, bütün hökmlər aiddir, hətta meyyit fasiq olsa da belə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP