Sual (11) : merhumun namazin nece qilmaq olar
Ad: elgun, Ölkə: baki, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Meyyit namazının beş təkbiri var və əgər namaz qılan şəxs aşağıdakı qaydada beş təkbir deyərsə bəs edər. Niyyət və təkbirdən sonra deyilir:
اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ
“Əşhədu ənla ilahə illəllahu və ənnə Muhəmmədən rəsulullah.”
İkinci təkbirdən sonra deyilir:
أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ
“Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”
Üçüncü təkbirdən sonra deyilir:
أَلّلهُمَّ اغفِرللمؤمِنِينَ وَالمؤمِنَاتِ
“Əllahum-məğfirlil mu’mininə vəl-mu’minat”.
Dördüncü təkbirdən sonra meyyit kişidirsə:
أَلّلهُمَّ اغفِر لِهَذَا المَيِّتِ
“Allahumməğfir lihazəl-məyyit” meyyit qadındırsa:
أَلّلهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ
“Allahumməğfir lihazihil-məyyit” deyilir.
Sonra beşinci təkbir söylənilir. Yaxşı olar ki, birinci təkbirdən sonra belə deyilsin:
أَشهَدُ اَن لاَاِلهَ إِلاَاللهُ وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ اَرسَلهُ بِالحَقِ بَشِيرًا وَنَذِيرًا بَينَ يَدَىِ السَاعِةِ
“Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu ərsələhu bil həqqi bəşirən bi nəzirən bəynə yədəyh saə”.
İkinci təkbirdən sonra deyilsin:
أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِك عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً كََاَفضَلِ مَاصَلَّيتَ وَبَارَكتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِيمَ وَآلِ اِبراهِيمَ اِنَّكَ حَمِيدً مَجِيدً وَصَلَّ عَلَى جَمٍيعِ الاَنبِيَاءِ وَ المُرسَلِينَ و الشهداء و الصدیقین و جمیع عباد الله الصالحین
“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və barik əla Muhəmmədin və ali Muhəmməd və vərhəm Muhəmmədən və ali Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərhəmtə əla İbrahimə və ali İbrahimə innəkə həmidun məcid və səlli əla cəmiil ənbiyai vəl mursəlin vəşuhədai və siddiqin və cəmii ibadillahi salihin.”
Üçüncü təkbirdən sonra deyilsin:
أَلّلهُمَّ اغفِر لِلمؤمِنِينَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِينَ وَالمُسلِمَاتِ الاَحيَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَينَنَا وَبَينَهُم بِاالخَيرَاتِ اِنَّكَ مجیب الدعوات اِنَّكَ عَلَى كُلَّ شَىءٍ قَدِيرً
“Allahumməğfirlil-mumininə vəl muminat vəl musliminə vəl muslimat əl əhyai minhum vəl əmvat tabi bəynəna və bəynəhum bilxəyrat innəkə mucibud-dəəvat innəkə əla kulli şəyin qədir.”
Dördüncü təkbirdən sonra meyyit kişidirsə belə deyilir:
أَلّلهُمَّ اِنَّ هَذا عَبدُكَ وَابنُ عَبدِكَ وَابنُ اَمَتِكَ نَزَلَ بِكَ وَاَنتَ خَيرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ اِتًا لاَنَعلَمُ مِنهُ اِلاَ خَيرَا وَاَنتَ اَعلَمُ بِهِ مَنًا أَلّلهُمَّ اِن كَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن كَانَ مُسِيئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَكَ فِى اَعلَى عِلًيِّيِنَ وَاخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِينَ وَارحَمهُ بِرَحمَتِكَ يَااَرحَمَ الرَّاحِمينَ
“Allahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzuri bihi allahummə inna la nəələmu minhu illa xəyrən və əntə əələmu bihi minnə Allahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musiən fətəcavəh ənhu vəğfir və hu Allahumməcəlhu indəkə fi əla illiyyinə vəxluf əla əhdihi fil-ğabirinə vərhəmhu birəhmətikə ya ərhəmər-rahimin.”
Əgər meyyit qadındırsa dördüncü təkbirdən sonra belə deyilir:
أَلّلهُمَّ اِنَّ هَذِهِ اَمَتُكَ وَاَبنَتُ عَبدِكَ وَابنَتُ اَمَتِكَ نَزَلَت بِكَ وَاَنتَ خَيرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ اِنَّا لاَنَعلَمُ مِنهَا الاَّ خَيرَا وَانتَ اَعلَمُ بِهَا مِنًا أَلّلهُمَّ اِن كَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَاِن كَانَت مُسِيتُةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عِندَكَ فِى اعلىَ عَلِّييِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِرِنَ وَارحَمهَا بِرَحمَتِكَ يَا اَرحَمَ لرَّاحِمِنَ
“Allahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt-bikə və əntə xəyru mənzulin bihi. əllahummə inna la nəələmu minha illa xəyrən və əntə ələmu biha minna allahummə in kanət muhsinətən fəzid fi ihsaniha və in kanət musiətən fətəcavəz ənha vəxfir ləha Allahumməcəlha indəkə fi əla illiyyinə vəxluf əla əhliha fil-ğabilinə vərhəmha birəhmətikə ya ərhəmər rahimin.”
Sonra beşinci təkbir söylənilir.
Bu ardıcıllıqla əvəzliklər kişi cinsinə aid edilər. Namaz bir qadın bir neçə qadın meyyiti üçün qılındıqda əvəzliklər və adlar qadın cinsi üçün nəzərdə tutulur. Əgər həm kişi, həm də qadın meyyiti üçün qılınırsa, hər ikisi (ikilik) nəzərdə saxlanılır.
Təkbirləri və duanı elə ardıcıl oxumaq lazımdır ki, namazın şəkli dəyişməsin. Vacib ehtiyata əsasən, namazın ortasında kimsə ilə danışılmasın.

http://sual.nur-az.com/az/32/Meyitl%C9%99-ba%C4%9Fl%C4%B1-h%C3%B6kml%C9%99r/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Salam aleykum zehmet olmasa cavablandirin. Bir qebirde nece meyit basdiqmax olar?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bir qəbirdə iki cənazəni dəfn etmək yaxşı deyil. Bir cənazəni digər cənazənin qəbrinə qoymaq, əgər qəbrin açılması sayılarsa haramdır; amma əgər əvvəlki cənazə torpağa çevrilərsə, maneəsi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Bətnində 7 aylıq müsəlman uşağı olan müsəlman qadın vəfat etmişdir. Bəziləri deyirlər ki, ananın arxa səmtində ayna qoymaq lazımdır ki, uşağın üzünü qiblə tərəfə əks etdirsin. Bu iş lazımdırmı?
Ad: , Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ananın üzü qibləyə olması kifayətdir. Güzgü qoyulmasının mənası yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : Qohumlarımızdan birinin nənəsi rəhmətə gedib. Həmin adamın özü şiə olduğu halda nənəsini sünni qaydasına əsasən dəfn edib və müdaxilə etməyə də imkan vermir. Onun yaxınlarının boynunda bir haqq vardırmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Meyitin dəfnin xüsusi ayinləri vardır. Vacibdir ki, onlara riayət olunsun. Əgər onun qüsl və kəfəni yanlış olarsa, meyitin dəfnin çox zaman keçməsə, bədəni hələlik normal qaydada olarsa, onu qəbirdən çıxarmalı, qüsl və kəfənini doğru yerinə yetirməlidirlər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : assalamu aleykum! xristianlar meselen ruslar kafirdirlermi? hercend onlar kitab ehlidirler. kitab ehli olsalarda eger islam peyqemberini qebul etmirlerse kafir sayilirlarmi?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yəhudi və xristian kimi kitab əhli olanlar da kafirdirlər, lakin murdar deyillər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Məsələni bilməməzlik üzündən meyyiti hənutsuz torpağa basdırsalar vəzifə nədir?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Meyiti qüsldən sonra hənut etmək vacibdir. Yəni alnına, əllərinin içinə, dizlərinə, ayaqların iki böyük baş barmağına kafur sürtsünlər. Amma dəfndən sonra başa düşsələr ki, meyiti hənut eləməyiblər, bədən qəbrdə iylənməyib, yaxud aradan getməyibsə qəbrin qazılması və elə qəbirdəcə hənut olunması vacibdir. Onu qəbrdən çölə çıxarmaq lazım deyil. Amma ona qarşı hörmətsizlik hesab olunsa (məsələn,pis iyin yayılması, bədənin aradan getməsi və s.) hənutun vacibliyi qüvvədən düşür.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (17) : Salam aleykum ve rehmetullah.sualim budur ki shehidin hokmunu yazardiniz,shehidle Allah yolunda oldurulenler arasinda ferq var?umumiyyetle esl shehid nece olur hokmu nedir?bir insan omru boyu namaz qilmir coxlu gunah edir ama gedib veteni ugrunda savashir bunun savashi Allaha xatir olub olmadiqi bilinmir bu oldurulen shehid sayilirmi?
Ad: Abdullah, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Fiqh terminologiyasında iki qrup şəhid vardır: 1. Həqiqi şəhid. Bu şəri baxımdan icazəli döyüş meydanında zülm əleyhinə vuruşaraq öldürülmüş aqil və baliğ müsəlmandır. 2. Hökmi-şəhid (Şəhid hökmündə olan). Onlardan bəziləri aşağıdakı kimidir:
1). Allah yolunda öldürülmüş şəxs.
2). Allah yolunda ölmüş şəxs.
3). Taun xəstəliyi səbəbilə ölən şəxs.
4). Anasının bətnində ölmüş uşaq.
5). Suda boğulmuş şəxs.
6). Öz canını qorumaq üçün çalışıb, ölən şəxs.
7). Öz əhli-əyalını, ailəsini müdafiə edərkən öldürülən şəxs.
8). Öz malını qoruyarkən öldürülən şəxs.
9). Uşaq dünyaya gətirərkən ölən qadın.
10). Dəstəmaz alıb yatan və həmin gecə ölən şəxs.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salam aleykum..Bir nəfərin vəsiyyətində bu cümləyə rast gəldim: Əgər iffətli və möminə həyat yoldaşımdan qabaq bərzəx aləminə varid olsam, bütün kitablarım onun ixtiyarında qoyulsun. Həyat yoldaşım həyatda olmazsa, onda övladlarımdan hər hansı İslam maarifini davam etdirərsə, onun ixtiyarında qoyulsun! Əgər övladlarımın hər ikisi davam edərsə, kitablar onların arasında ədalət və razılıqla bölüşdürülsün. Lakin onlardan heç biri İslam maarifini davam etdirməzsə, kitablar təqvalı bir tələbəyə, yaxud bir neçə tələbəyə hədiyyə edilsin!-Sual: 1) Vəsiyyət edən şəxs ümumi yazıb və vəsiyyət ediləcək şəxsin adını qeyd etməyib..2) Eşitdiyimizə görə atadan qalan üzük, qılınc, kitablar və s. böyük oğula çatır..Belə bir vəsiyyət düzgündürmü? Əvvəlcədən təşəkkür edirik..
Ad: Xatirə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Maneəsi yoxdur; lakin burada vəsiyyətin üçdə biri keçərlidir; bundan artığına gərək vərəsələrin icazəsi olsun. 
2. Meyyitin Quranı, üzüyü, qılıncı və geyindiyi paltar böyük oğula aiddir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (19) : Salam əziz Aqa. Allah dualarinizi, itaət və ibadətlərinizi qəbul etsin! vəhşət namazini mərhumun öz məntəqəsində yaşayanlar qilmalidirlar, yoxsa digər ölkələrdə yaşayanlar da qilmalidirlar? Saq ol!
Ad: Abdurahim, Ölkə: rusuya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bütün yerlərdə qılmaq olar.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Sidr və kafur qatılmış su ilə qüsldən sonra və xalis su ilə qüsl verməzdən öncə meyyitin bədənindən axan su damcıları pakdır, yoxsa nəcis?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Meyyitə verilən üç qüsl bitməmiş meyyit pak olmur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP