Sual (71) : Hibə və bayram hədiyyələrinə xums düşürmü?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Hibə və hədiyyəyə xums düşmür, əlbəttə ehtiyat müstəhəb budur ki, illik dolanışıqdan artıq qalanının xumsü verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (72) : Adətən qız ailəsi nişan və toydan sonra öz qızları üçün hədiyyələr aparırlar. Bu bəy və gəlin ayrılandan və ya gəlin öləndən sonra hədiyyələr kimə çatır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Əgər xüsusi bir dəlil olmasa, zahirən bunlar qızın malıdır, atası öz qızına hörmət əlaməti olaraq və ərinin yanında abrını qorumaq üçün bunları ona bağışlamışdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : (Nişan mərasimində) oğlan ilə qızın şirnisini yeyəndən sonra, oğlan və onun ailə başçıları gəlin və onun ailəsi üçün müəyyən hədiyyələr aparırlar. Onların arasında olan nişan pozularsa və ya oğlanla qızdan biri vəfat edərsə, bu hədiyyələrin hökmü nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Sərf olunmayan şeyləri qaytarmalıdırlar, sərf olunan şeylər qarşısında isə borclu deyillər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (74) : Zeyd öz pulundan bir miqdarını bank şöbələrinin birinə və ya bir şəxsə hər hansı ünvanla vədiə (əmanət) verərək ona istifadə etməyə icazə verir. O da pul sahibinə təşəkkür etmək üçün və ya başqa bir ünvanla hər ay və ya hər iki aydan bir, öncədən şərt qoyulmadan müəyyən məbləğdə pul ödəyir. Həzrət ustadın nəzərincə bu məbləğdə pulu vermək və almaq necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Öncədən şərt olmasa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) : Atamın mənə bağışladığı və özümün də bir qədər vəsait xərclədiyim evə xüms düşürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Atanızın sizə bağışladığı evə yaşamaq üçün ehtiyacınız varsa, ona xüms düşmür. Lakin ehtiyat budur ki, öz işlədiyiniz məbləğin xümsünü ödəyəsiniz. Atanızın işini də səhih bilin və deyin ki, inşallah işi düz olmuşdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP