Sual (61) :
Aylıq əmək haqqı alan şəxs o pulları evlənmək üçün gələcəyə ehtiyat saxlasa, onlara xums düşərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Əgər aylıq əmək haqqından alınan pulların özünü ehtiyat saxlasa, onda ona
ilin başında xums gələr, hətta gələcəkdə evlənən zaman cehiz almaq üçün olsa
da.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) :
Sığorta idarəsi mənə müəyyən məbləğdə pul borcludur. Müqaviləyə görə, bu yaxınlarda o pulu mənə qaytarmalıdırlar. Həmin məbləğə xums düşür, yoxsa yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sığorta və zəmanət puluna xums düşməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) :
Atanın bostanı hibə, yaxud irs yolu ilə oğluna çatıb və o zaman bostan çox da qiymətli hesab olunmurdu. Amma onun qiyməti (hal-hazırda satılan zaman) əvvəlki qiyməti ilə fərqlənir. Qiymətlərin qalxması nəticəsində, onun artan miqdarına xums düşürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İrsə, hibəyə və onlar satılan zaman pullarına, hətta qiymətləri artsa da xums düşmür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) :
Bir nəfər müstəhəbb həccə getmək üçün həcc idarəsinin fonduna müəyyən məbləğdə pul köçürüb və həcc ziyarətinə getməmiş vəfat edib. Bu fonda köçürülən məbləğin hökmü necə olmalıdır? O pulla naib tutub mərhumun əvəzindən həccə göndərmək vacibdirmi? Həmin pula xums düşürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O şəxsin həcc idarəsinin fonduna köçürdüyü məbləğin əvəzində verilən sənəd hal-hazırdakı dəyəri ilə onun mirasından sayılır. Əgər o şəxsin boynunda həcc yoxdursa, onda o məbləği mərhum üçün niyabəti həccdə sərf etmək vacib deyil. Eləcə də, əgər həcc səfəri üçün ayrılan məbləğ o idarəyə verilən zaman xumslu deyildirsə, onda onun xumsunu vermək vacib deyildir. Çünki o məbləğ buna görə mərhumun öz dolanışığına xərcləndiyi puldan hesab olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) :
Kişi və arvad onların malına xums gəlməsin deyə, xums ili çatmamış illik qazanclarını bir-birlərinə hədiyyə edirlər. Xahiş olunur ki, bunların xumsunun hökmünü bəyan edəsiniz.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onların öz vəziyyətlərinə uyğun olan hədiyyədən başqa yerdə qalanında, belə hibə etməklə boyunlarından vacibi xums götürülməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) :
İnsan malını, bir ili tamam olmamış öz həyat yoldaşına hədiyyə edə bilərmi? Özü də elə bir vaxtda ki, o adam yoldaşının bu malı gələcəkdə ev alması üçün ehtiyat saxlayacağını və ya lazım olan yerlərdə yardım edəcəyini bilir.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işə icazə verilir və öz yoldaşına hibə etdiyi şeylərə xums düşmür. Amma
bu şərtlə ki, o, xalqın nəzərində öz vəziyyətinə uyğun və münasib olsun, həm də
xumsdan boyun qaçırmaq niyyəti ilə də olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) :
Qızıma bir qədər məişət avadanlığı cehiz vermişəm. Bu cehizə xums düşür, yoxsa yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər
verdiyin cehiz xalqın nəzərində sizin vəziyyətinizə uyğundursa, onda verdiyiniz
məişət avadanlığına xums gəlməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) :
Ata, qardaş və ya qohumlardan birinin verdiyi təminat xərcləri hədiyyə sayılırmı? Bu xərcləri verən adam malının xumsunu ayırmayıbsa, alan şəxsə onun xumsunu vermək vacibdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Verilən xərclərin hibə, yaxud hədiyyə adı daşıması onu verənin niyyətindən asılıdır. Ona verilən şeyin üzərinə xums gəlməsini yəqin etməyincə, onun xumsunu vermək vacib deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) :
“Şəhid təşkilatı”-nın şəhid ailələrinə verdiyi məbləğlərdə, onların illik dolanışığından artıq qalanına xums vacibdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O təşkilatın əziz şəhid ailələrinə verdiyi hədiyyələrə xums düşmür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) :
Qərzül-həsənə müəssisələrinin və bankların səhmdarlara verdiyi mükafatlara xums düşürmü? Eləcə də insanın qohumlardan və dost-tanışlardan aldığı nəqdi hədiyyələrin vəziyyəti necə olmalıdır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şübhəli olmayan hədiyyə və mükafatlarda xums vacib deyildir, amma onlar şübhəli olsa, xums vermək vacib olar.