Sual (51) : Övladların ananın sağlığında onun üçün aldıqları şeylər onun şəxsi mal-dövləti hesab olunurmu və nəticədə öləndən sonra onun mirası sayılırmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər övladlar qeyd olunan əşyaları analarına bağışlasalar və onun ixtiyarına versələr, ananın şəxsi mülkü hesab olunur və vəfatından sonra onun mirasından sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Ərim əqli sağlamlığa malik olduğu bir zaman bankın məsul bir işçisini çağırdı və bankın hesabında olduğu pulları mənə hədiyyə etdi. O pulları mənim tərəfimdən götürülmə haqqını göstərən bir sənəd də imzaladı, belə ki, xəstəxananın rəisi və bankın məsul işçisi də ona şahid idi. Buna görə bank mənə bir dəstə qəbz verdi və ay ərzində ondan müəyyən məbləğ götürdüm. Bir ay yarım keçdikdən sonra oğlu onu banka apardı və orada şüur və idrakını əldən verdiyi bir halda ondan “bu mal sənin həyat yoldaşınındırmı?”- deyə soruşdular. O, başı ilə müsbət cavab verdi. Yenidən ondan soruşdular ki, bu mal sənin övladlarınındırmı? Yenidən müsbət cavab verdi. Bu mal mənə məxsusdur, yoxsa ərimin övladlarının mülkü sayılır?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hədiyyənin təhvil alınması mülkiyyətin hasil olması şərti olduğundan, eləcə də bankda ehtiyat saxlanan pulların alınması üçün sənədin imza olunması və qəbz verilməsi kifayət olmadığından, imza qoyulması və çekin alınması o hədiyyənin düzgün olmasına səbəb olmaz. Buna görə də ərinizin əqli cəhətdən sağlam olduğu bir vaxtda onun icazəsi ilə bankdan aldığınız sizin malınızdır, ərinizin bankda qalan mal-dövləti isə vəfatından sonra onun mirası hesab olunur və onun vərəsələrinə çatır. İdrakının əldən verdiyi dövrdə etdiyi iqrarın da heç bir etibarı yoxdur. Əgər bu barədə müəyyən bir qanun mövcud olsa, ona tabe olmaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Ərim ev tikən zaman mən də ona kömək edirdim və bu da evin xərclərinin azalmasına və binanın başa gəlməsinə səbəb oldu. Özü də bir neçə dəfə demişdi ki, mən onunla evdə şərikəm, iş qurtardıqdan sonra onun üçdə birini mənim adıma keçirəcək. Amma bu işi görməzdən əvvəl vəfat etdi. İndi də mənim müddəamı isbat edəcək heç bir sənəd və vəsiyyətnamə mövcud deyil. Bu məsələnin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Evin tikilməsində kömək göstərmək, yaxud sizin evdə şərikliyinizə görə sadəcə söz vermək o mülkdə şərik olmağınıza səbəb olmaz. Deməli, mötəbər yolla sizin həyat yoldaşınızın evin bir hissəsini öz sağlığında sizə bağışlaması sübuta yetməyincə irsdən başqa heç bir şeydə haqqınız yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : 11 yaşım olarkən atam evlərindən birini rəsmi olaraq mənim adıma keçirmiş, bir qədər torpaq sahəsini və bir evinin yarısını qardaşımın adına, digər yarısını da anamın adına keçirmişdir. Atamın vəfatından sonra sair vərəsələr iddia etdilər ki, atamın mənim adıma keçirdiyi ev şərən mənim mülküm deyil. Onlar deyirlər ki, atam evin müsadirə olunmasının qarşısını almaq üçün onu mənim adıma keçirmişdir, eyni zamanda bunu da etiraf edirlər ki, anamın və qardaşımın adına olan əmlak onların mülküdür. Atamın heç bir vəsiyyət etmədiyini və bu məsələ ilə əlaqədar heç bir şahidin olmadığını nəzərə alsaq, bunun hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Atanın öz sağlığında bəzi vərəsələrinə hədiyyə edib onlara təhvil verdiyi və bu məsələnin sübutu üçün rəsmi sənəddə yazdığı əmlak şərən onun mülkü hesab olunur və sair vərəsələrin ona maneçilik törətməyə haqqı yoxdur. Amma əgər mötəbər yolla atanın o mülkü ona bağışlamadığı, rəsmi sənədlərin də sadəcə zahiri və formal olduğu sübuta yetsə, onda məsələ fərq edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Bir nəfər öz atası üçün onun torpaq sahəsində ev tikmiş və onun icazəsi ilə sağlığında bir mərtəbəsini də özü üçün tikmişdir. O şəxsin atasından bir neçə il sonra vəfat etdiyini, eləcə də onun hədiyyə etdiyini, yaxud ondan necə istifadə etməsini göstərən heç bir sənədin, yaxud vəsiyyətin olmadığını nəzərə alsaq, onda ikinci mərtəbə onun mülküdürmü və onun vəfatından sonra onun vərəsələrinə qalırmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər övlad, onun ixtiyarında olan ikinci mərtəbənin tikinti xərclərini vermiş olsa və atasının sağ olduğu müddətdə heç bir münaqişə olmadan onun ixtiyarında olmuşsa, şərən onun mülkiyyəti olduğuna hökm olunur, vəfatından sonra da onun mirası hesab olunaraq vərəsələrə qalır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : İki qardaş torpaq sahəsində şərikdirlər. Onlardan biri öz payını böyük qardaşının oğluna əvəzli hədiyyə kimi bağışlamış və onu təhvil vermişdir. Hədiyyə edən şəxsin övladları atalarının vəfatından sonra həmin miqdar torpaq sahəsində irs iddiası edə bilərlərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vəfat edən qardaşın o torpaqdan olan payını öz sağlığında qardaşı oğluna bağışlayıb təhvil verməsi və onun ixtiyarına keçirməsi sübuta yetsə, vəfatından sonra onun vərəsələrinin onda heç bir haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Həddi-büluğa çatmamış yetim uşağın hədiyyə etdiyi şeydə təsərrüf etmək şərən caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu iş onun şəri qəyyumunun icazəsinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Vəfat etmiş bir şəxs, vəfatından qabaq öz dəftərində boynunda xumsu olmasını və onu vermək niyyətində olmasını yazıb. İndi isə onun qızlarından biri istisna olmaqla, qalan bütün ailə üzvləri onu verməkdən imtina edirlər və mərhumun mirasından özləri üçün, mərhumun (hüzrünə) xərcləmək və eləcə də başqa şeylərə işlədirlər. Xahiş olunur, aşağıdakı məsələlər barəsində fikrinizi bildirəsiniz: 1) Kürəkənə və ya başqa vərəsələrin birinə mərhumun malından, istər mənqul (daşınan əmlak) olsun, istərsə də qeyri-mənqul (daşınmaz əmlak) istifadə etməyin hökmü nədir? 2) Kürəkən və ya başqa vərəsələrin biri üçün mərhumun evində yemək yeməyin hökmü nədir? 3) Qeyd olunan şəxslərin artıq orada yedikləri yeməklərin və istifadə etdikləri əmlakın hökmü nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər mərhum mirasından xums adı ilə müəyyən məbləğin verilməsini vəsiyyət edibsə, yaxud vərəsinin özü üçün mərhumun müəyyən məbləğdə xums borcu olması yəqinləşibsə, onda vərəsə mərhumun vəsiyyətini yerinə yetirməyincə, yaxud da ona vacib olan xumsu verməyincə mirasdan istifadə edə bilməz. Mərhumun vəsiyyətinə əməl olumamış, yaxud borcunu qaytarmamış onun malından istifadə etmək vəsiyyət və ya borc qədər qəsb etmək hesab olunur. Onlar bu vaxta qədər istifadə etdiyi şeylərə zamindirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Hökumət, bayram günlərində işçilərə bayramlıq adı ilə əmtəə verir. Bəzi vaxtlar da bu malların bir miqdarı xums ilinin əvvəlinə qədər qalır. İşçilərə verilən bayram hədiyyəsinə xumsun düşməməsini nəzərə almaqla, (qeyd edək ki, biz də bu əmtəələrin əvəzində müəyyən məbləğ veririk, yəni, bunlar tamamilə hədiyyə deyillər və biz onların pulunu ucuz qiymətdən veririk) verdiyimiz pulun xumsunu verək, yoxsa onların azad bazarda olan qiymətini hesablayıb tam xumsunu verək və yaxud da bayramlıq olduğu üçün ona xums düşməz?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Qeyd olunan şəraitdə, sizə vacibdir ki, qalan malların özünün, yaxud da hazırkı qiymətinin xumsunu verəsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : “Təhrirül-vəsilə” kitabında yazılıb ki, qadının mehriyyəsinə xums düşmür. Lakin orada qeyd olunmayıb ki, bu “təcili” üçündür, yoxsa müəyyən müddət üçün. Xahiş edirik bunu bizə izah edəsiniz.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Mehriyyənin təcili olması ilə müəyyən müddətdə olmasının və eləcə də pulla malın arasında heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP