Sual (41) : Bir nəfər öz vəsiyyətnaməsində yazmışdır ki, özünün daşınmaz əmlakının hamısı övladlarından birinə məxsus olsun, bu şərtlə ki, sağ olduğu müddətdə hər il o mal-dövlətin müqabilində bir qədər düyünü ona və ailəsinə versin. Bir il keçdikdən sonra o malın hamısını ona bağışladı. Bu vəsiyyət əvvəlcədən edildiyinə görə etibarlıdırmı və nəticədə onun üçdə birində düzgündür və yerdə qalan mal-dövlət də onun vəfatından sonra bütün vərəsələrə irs çatırmı? Yoxsa vəsiyyət ondan sonra hədiyyənin gerçəkləşməsi ilə batil olur? (Qeyd etmək lazımdır ki, həmin var-dövlət hədiyyə olunan şəxsin ixtiyar və təsərrüfündədir.)
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vəsiyyətdən sonra baş verən bəxşiş hədiyyə olunan malın əldə olunub istifadə edilməsi ilə hədiyyə edən şəxsin sağlığında və onun icazəsi ilə qəti şəkildə gerçəkləşibsə, hədiyyədən əvvəl baş verən vəsiyyət batil olur. Çünki hədiyyə vermək vəsiyyətdən dönmək hesab olunur, nəticədə hədiyyə olunan mal övladın mülkü sayılır və sair vərəsələrin onda heç bir haqqı yoxdur. Bundan qeyri surətdə vəsiyyət edən şəxsin öz vəsiyyətindən dönməsi sübut olunmayınca, vəsiyyət öz qüvvəsində qalır və etibarlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Bir nəfər öz şəxsi evinin üçdə birini həyat yoldaşına bağışlamış və bir ildən sonra onun hamısını 15 il müddətinə icarəyə vermiş, sonra vəfat etmişdir. Onun övladı da yoxdur. Evi bağışladıqdan sonra icarəyə verdiyi halda onu hədiyyə etmək düzgündürmü? Əgər borclu olarsa, onu bütün evin hesabından ödəmək lazımdır, yoxsa yerdə qalan üçdə ikisindən? Və yerdə qalanlar da irs qanunlarına uyğun olaraq vərəsələr arasında bölünməlidir? Borc sahibinin icarə müddətinin sona çatmasına qədər gözləməsi vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər hədiyyə edən şəxs həyat yoldaşına bağışladığı həmin miqdarı, onun hamısını hətta evi bütünlüklə təhvil verərkən icarə verməkdən əvvəl ona təhvil vermişsə və həyat yoldaşı da onun qan qohumlarından olmuşsa və ya hədiyyə nəyinsə əvəzində olubsa, həmin miqdarda edilən hədiyyə düzgün və qüvvədədir. İcarə də yalnız onun qalan hissələrində düzgündür. Əks halda, hədiyyə, evin hamısının ondan sonra icarə verildiyinə görə batildir. Əlbəttə, əgər icarə vermək hədiyyə etmək fikrindən dönmək məqsədi ilə olsa və yalnız hədiyyə verildikdən sonra evi icarəyə vermək məqsədi ilə olsa, düzgündür. Meyyitin borcları da öldüyü vaxta qədər malik olduğu şeylərdən verilməlidir. Sağlığında müəyyən müddətə qədər icarəyə verdiyi yerin mənfəəti icarə müddətində icarəyə götürən şəxsindir, onun eyni isə mirasından hesab olunur, meyyitin borcları ondan çıxılmalı, yerdə qalanlar isə irs şəklində vərəsələrə çatmalıdır. İcarə müddəti sona çatmayana qədər ondan istifadə edə bilməzlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Bir şəxs öz evini müəvvəzə hibə şəklində rəsmi olaraq beş nəfərə hibə etmişdir ki, onun yerində Hüseyniyyə tiksinlər. Bu şərtlə ki, tikdikdən sonra ora 10 il müddətinə toxunulmaz qalsın, yalnız ondan sonra istəsələr, vəqf edə bilərlər. Onlar camaatın köməkliyi ilə Hüseyniyyə tikmiş və vəqfin əqdinin şərtləri ilə əlaqədar olan işlərə və onun toxunulmazlığına nəzarət işinə başçılıq etmə ixtiyarı qeyd olunan vaxt keçdikdən sonra vəqfə nəzarəti öz öhdələrinə aldılar və bu barədə bir sənəd də tənzim etdilər. Toxunulmazlığına söz verilmiş hüseyniyyəni vəqf etmək məqsədləri olsa, bu halda vəqfə nəzarətçi seçmək barədə onların nəzərinə tabe olmaq vacibdirmi? Bu şərtlərə riayət etməməyə iltizam verməyin şərən işkal və iradı varmı? Əgər o beş nəfərdən biri hüseyniyyənin vəqf olunması ilə müxalifət edərsə, məsələnin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onlara hədiyyə edən şəxsin müəvvəzə (əvəzli hədiyyə) əqdi daxilində onlara etdiyi şərtə uyğun olaraq əməl etmələri vacibdir. Əgər onun azad buraxmaq və ya vəqf edilməsi keyfiyyəti ilə əlaqədər şərtlərini pozsalar, hədiyyə edənin, yaxud onun vərəsələrinin müəvvəzə hədiyyəni ləğv etmə haqqı vardır. Amma o beş nəfərin həmin yeri azad buraxmağa, yaxud onun işlərinə nəzarət etmək, habelə vəqf və ona nəzarətçi təyin etmək kimi işlərdə qeyd etdikləri şərtlər hədiyyə edən şəxsin hədiyyə əqdindəki şərtinə uyğun olarsa, belə ki, o işlərin hamısının ixtiyarını onlara həvalə etmişsə, ona iltizamlı olmaq və əməl etmək vacibdir. Əgər onlardan bəziləri hüseyniyyəni vəqf etməkdən imtina etsələr, bu halda hədiyyə edənin nəzəri onların vəqf etmək barəsində birlikdə qərara gəlmələri olmuşsa, sair şəxslərin onu vəqf etməyə haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Bir şəxsin öz mal-dövlətinin hamısını övladlarından birinə hədiyyə edərək qalanlarını ondan məhrum etməsi caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu iş övladlar arasında fitnə-fəsada, münaqişəyə və ixtilafa səbəb olacaqsa, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Mən bir qədər torpaq sahəsini bir nəfərə bağışlamışam, o da onun bir hissəsində yaşayış evi tikmişdir. Ona bağışladığım şeyin özünü, yaxud qiymətini ondan tələb etməyim caizdirmi? Torpaq sahəsinin bina tikmədiyi yerlərini ondan geri ala bilərəmmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O şəxs sizin icazənizlə torpaq sahəsini öz ixtiyarına keçirib orada mənzil tikməklə təsərrüf etmişsə, hədiyyəni ləğv edib yeri, yaxud onun qiymətini geri almağa haqqınız yoxdur. Əgər torpaq sahəsi o yerin əhalisinin nəzərində bir hissəsində ev tikilməklə torpaq sahəsinin hər bir yerində təsərrüf etmək sayılacaq qədər böyük olsa, bu halda o torpaq sahəsinin heç bir hissəsini geri almağa haqqınız yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Atam bir qədər torpaq sahəsini mənə bağışlamış və onun sənədini rəsmi şəkildə mənim adıma keçirmişdir. Amma bir il keçəndən sonra öz işindən peşman olmuşdur. Mənim o torpaq sahəsindən istifadə etməyim caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər siz torpaq sahəsini təhvil aldıqdan və onu öz ixtiyarınıza keçirdikdən sonra atanız öz bəxşişindən peşman olub fikrindən dönsə, bu, düzgün deyil və şərən torpaq sahəsi sizin mülkünüzdür. Amma əgər bu peşmançılığı və qayıtması sizin tərəfinizdən torpaq sahəsini almazdan əvvəl olsa bu halda öz fikrindən dönməyə haqqı var və bu halda sizin o torpaq sahəsində heç bir haqqınız yoxdur. Oranı sadəcə olaraq sizin adınıza sənədləşdirilməsi bəxşişdə mötəbər sayılan “qəbzin” (təhvil alınmanın) gerçəkləşməsi üçün kifayət deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Həyat yoldaşıma təlaq verdikdən sonra öz pullarımla izdivac vaxtında aldığım qızıl və bəzək əşyalarını ona verdiyim sair şeyləri geri aldım. Hal-hazırda onlardan istifadə etmək mənim üçün caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onları istifadə etmək üçün əmanət şəklində həyat yoldaşınıza vermiş olsanız, yaxud onu hədiyyə etmisinizsə və onların özü həyat yoldaşınızın yanında olduğu kimi qalmış olsa, o qadın da sizin qan qohumlarınızdan olmasa, hədiyyəni ləğv edib hədiyyə edilmiş malları geri ala bilərsiniz. Bu zaman sizin aldığınız mallarda təsərrüf etməyiniz caizdir, əks halda isə caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Bir kişi öz arvadına təlaq versə, o qadının, ərə getdiyi vaxt ailəsi tərəfindən ona verilən şeyləri (palaz, xalça, taxt, paltar və sair) ərindən tələb etməsi caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunanlar qadının öz ailəsindən aldığı şeylərdən, yaxud özü üçün aldığı şəxsi əşyalardan olsa, yaxud şəxsən onun özünə hədiyyə edilmiş olsa, öz mülkü sayılır. Əgər qalmış olsalar, onları ərindən tələb etməyə haqqı vardır. Amma ərinə qohumları tərəfindən hədiyyə olunan şeylərdən olsa, onu ərindən tələb edə bilməz, bu kimi əşyaların ixtiyarı onları ərinə hədiyyə edən şəxslərin əlindədir. Belə ki, əgər onların özü qalmış olsa, ər də onların qan qohumlarından olmasa, hədiyyə edən şəxs onu pozaraq malı geri ala bilər
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Ərlə arvadın ailə münasibətlərinin davam etdiyi müddətdə onlara hədiyyə olunan şeylər ərin mülküdür ya qadının və yaxud hər ikisinin?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hədiyyələrin qadınlara, yoxsa kişilərə məxsus olması və ya hər ikisinin, yaxud birinin tərəfindən istifadəyə qabil olması ilə əlaqədar fərqlərin yaranması məsələsində işin zahirinə əsasən, ər-arvaddan birinə məxsus olan tərzdə hədiyyə olunmuşsa, onun mülkü sayılır. Onlara müştərək şəkildə hədiyyə olunanlar isə onların hər ikisinin müştərək mülkü sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Ərin öz arvadı üçün aldığı zinət əşyaları ərin malın və vəfatından sonra onun mirası hesab olunurmu? Belə ki, vərəsələrin arasında bölünməli və həyat yoldaşı da ondan öz payını götürməlidir, yoxsa qadının öz mülküdür?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər cəvahirat və bəzək əşyaları kişinin həyat yoldaşının ixtiyarında olsa və onlarda malikiyyəti göstərən tərzdə təsərrüf etsə, əksi sübut edilməyincə o cəvahiratın malikiyyət haqqı o qadın üçündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP