Sual (31) :
Şirkətlərin, yaxud şəxslərin vasitəsi ilə verilən hədiyyələr onlara beytül-maldan verilən hədiyyə müqabilində olsa, hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Əgər beytül-maldan verilən hədiyyənin əvəzi olsa onda beytül-mala qaytarılmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) :
Bəzi daxili və xarici şirkətlər, yaxud fiziki və hüquqi şəxslər əmtəələri al-ver edən zaman, yaxud texniki müqavilələr bağlanan zaman bəzi vəkil və vasitələrə müəyyən hədiyyələr verirlər. Hədiyyəni alan şəxs hədiyyə verənin xeyrinə bəzi işlər görməsi, yaxud onun xeyrinə bəzi qərarlar qəbul etməsi ehtimalı verildiyi halda, onların verilən bu hədiyyəni qəbul etməsi caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müqavilələrdə, al-ver məsələlərində vasitə və ya vəkil olan şəxs qarşı tərəflə etdiyi müamilə müqabilində gərək hədiyyə almasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) :
Bir şəhid ailəsinə hədiyyə verilsə, o, vərəsənin malıdır, yoxsa ailə başçısının, yaxud onların qəyyumunun?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu, hədiyyə edən şəxsin niyyətinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) :
Müharibə əlillərinə və yaralılarına verilən mal-dövlət hədiyyə hesab olunurmu?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəli. Amma əgər gördükləri iş müqabilində onlardan bəzilərinə verilsə, bu, onların əmək haqqı sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) :
Bir nəfər öz sağlığında bütün var-dövlətini nəvəsinə bağışlamışdır. Bu, onun bütün mal-dövlətində, hətta ölümündən sonra kəfən, dəfn və sair kimi işlərə xərclənəcək hissədə belə qüvvədədirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər hədiyyə olunmuş mal-dövlət hədiyyə olunandan sonra və hədiyyə edən şəxsin sağlığında onun öz icazəsi ilə təhvil alınmış olsa, hədiyyə, təhvil alınmış şeylərin hamısında qüvvədədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) :
Kafirlərdən hədiyyə almaq və yaxud onlara hədiyyə verməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) :
Bir haqq sübut olunmamışdan qabaq hədiyyə oluna bilərmi? Əgər qadın özünün gələcəkdə istifadə edəcəyi mali hüquqlarını əqd zamanı ərinə bağışlasa, düzgündürmü?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu cür bəxşişlərin düzgün olmasında nəinki işkal, üstəlik qadağa da mövcuddur. Nəticədə əgər o qadının əri üzərində olan gələcək hüquqları razılaşması, yaxud sübut edildikdən sonra ləğv edilməsi şərti ilə qaytarsa, eybi yoxdur. Əks halda heç bir fayda və təsiri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) :
Bir qadın öz əkin sahəsini bir nəfərə bağışlamışdı ki, onun vəfatından sonra onun əvəzinə həcc ziyarətini yerinə yetirsin. Çünki o, həccin vacib olmasını güman edirdi. Lakin onun qohum-əqrəbası onunla razı deyildilər. Sonra ikinci dəfə olaraq həmin torpaq sahəsini nəvələrindən birinə hədiyyə etdi və ikinci hədiyyə etməsindən bir həftə sonra vəfat etdi. Bu halda birinci hədiyyə düzdür, yoxsa ikinci? Birinci hədiyyə verilən şəxs həcc əməlini yerinə yetirməyə borcludurmu?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər birinci şəxs hədiyyə edən şəxsin qan qohumlarından olsa və hədiyyə olunan malın özünü onun icazəsi ilə təhvil almış olsa, birinci hədiyyə düzgün və keçərlidir və bu qadının əvəzindən həcc fərizəsini yerinə yetirməsi vacibdir. Bu halda ikinci hədiyyə füzuli olub birinci hədiyyə olunan şəxsin icazəsinə bağlıdır. Amma o şəxs qadının qan qohumlarından olmasa, yaxud hədiyyə olunan şeyi təhvil almamış olsa, bu halda ikinci hədiyyə düzdür və bunun özü də birinci hədiyyədən dönmək sayılır. Bunun nəticəsində birinci hədiyyə batil olur. Nəticədə birinci şəxsin torpaq sahəsində heç bir haqqı yoxdur və hədiyyə edən şəxsin tərəfindən həcc əməlini yerinə yetirməsi də vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) :
Qardaşlarımdan biri öz razılığı ilə irsdən olan payını mənə bağışladı. Amma bundan sonra irs vərəsələr arasında bölüşdürülməzdən əvvəl qardaşım öz fikrindən döndü . Bu məsələnin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər irsdən olan payını sizə təhvil verməzdən qabaq öz fikrindən dönsə, buna haqqı çatır. Bu halda sizə hədiyyə etdiyi şeydə heç bir haqqınız yoxdur. Amma hədiyyəni təhvil aldıqdan sonra öz fikrindən dönsə, heç bir təsiri yoxdur və onun sizə bağışladığı şeydə bir haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) :
Atasının irsindən olan öz payını iki qardaşına bağışlayan bir varisin bir neçə ildən sonra onu qardaşlarından tələb etməsi caizdirmi? Əgər o iki qardaş onun payını qaytarmaqdan imtina etsələr, bunun hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər hədiyyə təhvil verilib-alınmaqla gerçəkləşdikdən sonra öz hədiyyəsindən dönmək istəsə, belə bir haqqa malik deyil. Amma hədiyyənin təhvil verilib-alınması gerçəkləşməzdən qabaq fikrindən dönsə, düzgün və işkalsızdır.