Sual (21) :
Bir nəfər özünün əkin sahəsinin bir qədərini qardaşı oğluna hədiyyə edir, bu şərtlə ki, o özünün iki ögey qızını əqd vasitəsilə hədiyyə edənin iki oğluna versin, lakin qardaşının övladı o qızlardan birini oğlunun əqdinə keçirdi, amma ikinci qızını o biri oğluna almaqdan imtina etdi. Qeyd olunan şərtə əsasən hədiyyə dyzgyn vəkeçərlidirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu hədiyyə düzgün və keçərlidir, lakin şərt batildir. Çünki, ögey atanın öz evində olan qıza qəyyumluq haqqı yoxdur, onların izdivacı atası, yaxud ata tərəfindən olan babası olmadıqda onların özlərinin razılığı ilə şərtlənir. Amma qeyd olunan şərtdə qardaşı oğlunun müzakirəsi ilə həmin qızları öz oğlanlarının əqdinə keçirmək üçün razılığını cəlb etməsi nəzərdə tutulsa, onların şərti düzgün və buna əməl etmək vacibdir. Əgər şərtə əməl etməsə, hədiyyə edən şəxs hədiyyəni ləğv edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) :
Bir ananın iki qızı var. Öz mal-dövlətini, yəni, əkin sahəsindən ibarət olan bir qədər torpaq sahəsini öz nəvəsinə (qızlarından birinin oğluna) hədiyyə etmək istəyir, nəticədə o bir qızı irsdən məhrum qalır. Onun bu hədiyyəsi düzdürmü? Yoxsa ikinci qızı anasının vəfatından sonra o torpaq sahəsindən olan irs payını tələb edə bilər?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ana öz sağlığında mülkünü nəvəsinə bağışlasa və ona təhvil versə, bu halda mülk onun malı hesab olnur və heç kəsin buna etiraz etməyə haqqı yoxdur. Amma əgər vəfatından sonra o mülkün nəvəsinə verilməsini vəsiyyət etsə, onun vəsiyyəti mal-dövlətin üçdə biri qədərində qüvvədə qalır, yerdə qalan hissəsində isə vərəsələrin icazəsinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) :
Kiçik uşağa bayram payı adı ilə verilən hədiyyə onun öz mülkündən hesab olunur, yoxsa ata-anasının?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ata kiçik uşağın qəyyumu adı ilə o malları alsa, uşağın malı hesab olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) :
Hotelin keşikçiləri və qulluqçuları vasitəsilə bir fond yaradılmışdır ki, ənam adı ilə onlara verilən müəyyən şeylər orada toplanır və onların arasında bərabər şəkildə bölüşdürülür. Amma onların içində rəis və müavini olan şəxslər artıq miqdar tələb edirlər. Bu məsələ də həmişə fond işçiləri arasında təfriqə və ixtilafa səbəb olur. Bunun hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu məsələ malını ənam adı ilə verən şəxsin niyyətinə bağlıdır. Müəyyən və xüsusi şəxsə verdiyi mal onun özününkü sayılır. Amma hamını nəzərdə tutub verdiyi şeylər onların arasında bərabər şəkildə bölüşdürülməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) :
Şəhidlərlə əlaqədar olan təşkilat bir qədər pul və yeyinti məhsullarını şəhid övladımın ildönümünün keçirilməsində təşkil olunan əzadarlıq məclisi üçün mənə verib. Bu işin axirətdə mənim üçün bir ziyanı varmı? Şəhidin əcir və savabının azalmasına səbəb olmazmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əziz şəhid ailələrinin bu yardımı qəbul etməsinin heç bir işkalı yoxdur. Şəhidin və ailə üzvlərinin də əcir və savabını azaltmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) :
Bir şəxsin övladı, atası, anası, bacısı və qardaşı yoxdur və öz mal- dövlətini həyat yoldaşına və ya onun qohumlarına hədiyyə etmək istəyir. Onun bu işi şərən caizdirmi? Bu hədiyyənin müəyyən bir həddi varmı, yoxsa mal-dövlətinin hamısını hədiyyə edə bilər?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Malikin öz sağlığında mal-dövlətinin hamısını və ya müəyyən bir qədərini istər varis, istərsə də qeyri şəxslərdən istədiyi adama verməsinin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) :
Ata tərəfdən olan babanın öz mal-dövlətinin hamısını, yaxud bir qismini öz sağlığında dünyadan getmiş övladının həyat yoldaşına və onun övladlarına bağışlaması caizdirmi? Onun qızlarının bu işə etiraz etməyə haqqı varmı?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onun sağlığında öz nəvələrinə və gəlininə istədiyi hər şeyi hədiyyə etməyə haqqı vardır. Qızlarının da bu işə etiraz etməyə heç bir haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) :
Məsul şəxsin bəzi işlər görməklə əlaqədar razılığını cəlb etmək üçün, yaxud onun müxalifət etməməsi və özünü görməməzliyə, qəflətə vurması üçün ona hədiyyə verilərsə bu hədiyyənin qəbul olunmasının hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu kimi hədiyyələrin qəbul edilməsi işkallıdır və üstəlik qadağandır. Ümumiyyətlə hədiyyənin verilməsi qanuna və şəriətə zidd olan məqsədlərə çatmaq, yaxud qanuni məsul işçinin razılıq verməyə haqqı olmadığı şeylərə razılığa rəğbətləndirmək üçün olsa, bu hədiyyəni almaq caiz deyil, üstəlik imtina etmək vacibdir. Məsul şəxslərə vacibdir ki, bu işin qarşısını alsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) :
Hədiyyədə, onu alan şəxsin hədiyyə verənin xeyrinə olaraq müəyyən təbliğatlar aparmağa rəğbətləndirmək məqsədi ehtimalı verilirsə, onu almaq caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər nəzərdə tutulan təbliğat qanuni və şəri cəhətdən caiz olsa, onun işkalı yoxdur və bunun müqabilində hədiyyə almağın eybi yoxdur. Əlbəttə, idarə mühitlərində bu məsələ əlaqədar qanun və göstərişlərə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) :
Əgər hədiyyə, onu alan şəxsdə təsir qoysa və təhlükəsizlik məsələlərində şəkk yaradan və ya münasib olmayan əlaqələrin bərqərar olunmasına səbəb olsa, bu hədiyyələrin alınıb təsərrüf olunması caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu hədiyyələrin alınması caiz deyil, üstəlik onları almaqdan imtina etmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.