Sual (1) : Sual: Hansı hallarda başqasına verdiyimiz bəxşişi (hədiyyəni) ondan geri ala bilərik?
Ad: , Ölkə: Maskva , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim  
Başqasına hədiyyə verən kəs onu geri ala bilər. Amma beş hal müstəsnadır (yəni beş halda verdiyi hədiyyəni geri ala bilməz):
1. Hədiyyəni qürbət qəsdi ilə (Allah yaxın olmaq niyyəti ilə) vermiş olsa.
2. Hədiyyəni qohumuna vermiş olsa. (Burada nəsəb və qan qohumu nəzərdə tutulur: ata,ana, bacı, qardaş, əmi, dayı, bibi, xala və onların övladları)
3. Hədiyyə almış şəxs, onun hədiyyəsinin qarşısında əvəz vermiş olsa. İstər hədiyyə verdikdə “əvəz” şərt edilsin, istərsə də edilməsin.
4. Hədiyyə digər bir şəxsin mülkiyyətinə keçmiş olsa. Məsələn, hədiyyəni almış şəxs onu satmış, ya başqasına hədiyyə vermiş olsun.
5. Hədiyyəni alan şəxs onda dəyişiklik yaranacaq bir təsərrüf etsin.

http://sual.nur-az.com/az/31/H%C9%99diyy%C9%99/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : atam 2 manat pul verib latereya alsa tilvizor vasdesiyle oynasa pul udsa men o puldan yeye bilerem tek qazancimiz atam getirir
Ad: Rehman, Ölkə: aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Onun sizə verdiyi pulun halaldan, yaxud haramdan olmasını bilməsəniz, sizin üçün halaldır. Araşdırma aparmaq vacib deyil.
http://sual.nur-az.com/az/31/H%C9%99diyy%C9%99/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : 1. "Əsil həqiqətdə" Ehtiyacı olmayan bir Dilənçiyə sədaqə verməyin hökmü nədir ? 2. Əgər bir insan mənim qarşımda əl açır və Allah rizası üçün sədaqə istəyir və məndə onun "yalançı dilənçi" yoxsa "doğrusu dilənçi" olduğunu bilmirəmsə vəzifəm nədir (hökm nədir) ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1 və 2. Əgər bu iş yalanın, işsizliyin və dilənçiliyin yayılmasına səbəb olarsa, ondan çəkinilməlidir. Siz bu sahədə fəaliyyət göstərən etibarlı təşkilatlara kömək edə bilərsiniz.
http://sual.nur-az.com/az/31/H%C9%99diyy%C9%99/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Sosial yardım və pensiya almağın hökmü nədir ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dövlətin verdiyi yardımları qanuna uyğun olaraq almağın bir iradı yoxdur.
http://sual.nur-az.com/az/31/H%C9%99diyy%C9%99/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Toy mərasimində oğlan evinin gəlinə hədiyyə etdiyi qızıllar, gəlinə məxsusdur yoxsa bəyə?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadınların istifadə etdiklər qızıl dəsti xanıma məxsusudur. Lakin bu dəstdən başqa istifadə olunan qızıl zinət əşyaları bağışlayan şəxsin niyyətinə bağlıdır. Şəxsin niyyəti isə, zahiri göstəricilərə əsasən məlum olur.
http://sual.nur-az.com/az/31/H%C9%99diyy%C9%99/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salam AleyKum~bele bir wey varki insana verilen hediyyeni basqasina vere bilmez?bu dogrudur?
Ad: Ramal, Ölkə: AzerbAyCan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Şəxs, öz mülkü olan malı başqalarına verməkdə ixtiyarlıdır.
http://sual.nur-az.com/az/31/H%C9%99diyy%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Salam. Mən dindar bir qadınam. Bir dindar kişi mənə hədiyyə verməkdə israr edir. Səbəbini soruşduqda isə "Allah yolundadır" –deyə cavab verir. Əlbəttə onun hədiyyə təklifi sadəcə qısa mesaj vasitəsi ilə təklif olunur. Mən o hədiyyəni almalıyammı? Əgər alaramsa, bunun şəri cəhətdən nə kimi iradı ola bilir? Zəhmət olmasa başqa müctehidlərin də fətvasını yazın.
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bütün müctəhidlər: İslam peyğəmbəri (s) hədiyyə vermək və almağı çoxlu sifariş etmişdir və onu çox bəyənilmiş iş hesab etmişdir. Lakin bəzən mümkündür ki, hədiyyə mənfi məqsədlə olsun. Əlbəttə belə hədiyyəni almaq günah deyildir, lakin əxlaq baxımından yaxşı olar ki, o hədiyyəni qəbul etməkdən çəkinilsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Salam bir nəfər bir nəfərdən nəsə alır məsələn çörək pul və.s...həmən verən şəxs halalıq verir bir muddətdən sonra onlar arasında mubaisə yaranır və həmən o verən şəxş verdiyi şəxsə deyir mən sənə verdiyim şeyi halal etmirəm əvvəl halalıq vermişdi o şəxsdə almışdı indi həmən o alanşəxs ondan yenə halalıq almalıdımı ? Vəssəlam
Ad: ,, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində onun sonradan halallıq verməməsinin təsiri yoxdur və onun əvəzini qaytarmaq lazım deyil.
Ümumiyyətlə hədiyyə edilmiş malın özü aradan getdikdən sonra onu geri almağa haqqı yoxdur.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : salam eleykum.menim sualim beledir,azerbaycanda bucur adet varki, teze dunyaya gelen usaga qohum ve qonsular deymeye geliller,gelenlerde heresi birsey getirirler(meselen kimsi pul verir ve kimside muxtelif hediyeler getiriller)buseylerki verilir bunu usagin validenneri ozleri ucun istifade ede bilellermi meselen pulki bu munasibetnen verilir ata ana pulu ozleri ucun xerijdiye bileller ya yox xahis edirem etrafli cavab vererdiz.allah amaninda
Ad: cosqun, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər hədiyyə edənlər həmin hədiyyənin məxsusən uşağa verdiklərini bildirməsələr, valideynin o hədiyyələri istifadə etmələrinin eybi yoxdur.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Al
lahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : salam eleykum.menim sualim beledir,azerbaycanda bucur adet varki, teze dunyaya gelen usaga qohum ve qonsular deymeye geliller,gelenlerde heresi birsey getirirler(meselen kimsi pul verir ve kimside muxtelif hediyeler getiriller)buseylerki verilir bunu usagin validenneri ozleri ucun istifade ede bilellermi meselen pulki bu munasibetnen verilir ata ana pulu ozleri ucun xerijdiye bileller ya yox xahis edirem etrafli cavab vererdiz.allah amaninda
Ad: cosqun, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil

Go to TOP