Sual (71) : Qurbangahda qurban kəsilən heyvanların buldozer vasitəsilə dəfn edilib aradan getdiyi halda, hacı qurban kəsmək əvəzinə onun pulunu xeyriyyə məkanları üçün nəzərdə tuta bilərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Öz şəhəri kimi, digər məkanlarda Zil-həccə ayında qurban kəsməlidir və onun pulunun digər yerlərdə sərf olunması kifayət etmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : Əsr namazının axır vaxtının məğrib olmasını, zöhr namazının axır vaxtının məğribdən bir az əvvəl -əsr namazına lazım olan vaxta qədər olduğunu nəzərə alaraq soruşmaq istəyirəm ki, məğrib dedikdə, nə nəzərdə tutulur? Məğrib Günəşin batmasıdır, yoxsa məğrib azanı deyilən vaxtdır? (Yerli vaxtlara əsasən)
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
(Məğrib dedikdə) Günəşin batması nəzərdə tutulmur; məqsəd məğrib azanının vaxtı, yəni məşriqdəki qızartının yox olması vaxtıdır ki, bu da əsr namazının axırıncı vaxtı, məğrib namazının əvvəl vaxtına birləşmiş olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : Bayram axşamı, gecə yarısından sonra qadınları Minaya aparırlar. Qadını ilə o qrupda olan kişi, öz xanımı ilə birgə Minaya gedə bilərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər xanımı ilə bir yerdə olması zəruridirsə, caizdir, əks halda caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Bayram axşamı karvan işçiləri gecə yarısından sonra qadınlarla Minaya gedir və yenidən Məşərə qayıtmırlar. Bunun kəffarəsi varmı, həcləri səhihdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onlara yol göstərmək və işlərini yerbəyer etmək üçün onlarla getmələri lazımdırsa, maneəsi yoxdur və kəffarə də lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (75) : Məkkeyi-Mükərrəmədə ət verilən məkan təxminən Tənim məscidindən 1 kilometr məsafədə yerləşir. Xidmətçi qrupların karvanlara ət almaq üçün həmin məntəqəyə gedib-gəlməyə məcbur olduqlarını nəzərə alsaq, onların təməttö ümrələri və ya vacib həcləri işkallı olurmu? Bu məsələnin hökmü müstəhəbbi və ya naib ilaraq həcc yerinə yetirənlər üçün necədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təməttö ümrəsini yerinə yetirəndən sonra belə məntəqələrə gedib gələ bilər. Müfrədə ümrədə isə, əgər ümrəni yerinə yetirdiyi ay qurtarmamış, xaric olub qayıtsa, ümrəni təkrar etmək lazım deyil. Amma sonrakı ayda qayıtsa sözü gedən Tənim məscidində ehram bağlayıb ümrə yerinə yetirməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) : Bir şəxs həcc ehramından sonra, Ərəfatda yəqin etsə ki, ümrədə “təqsir” əməlini yerinə yetirməmişdir, nə etməlidir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər “təqsir” əməlini unutsa və həcc əmməllərini yerinə yetirmək üçün getsə (yəni, ehram bağlayıb Ərəfata getsə), onun ümrəsi və həcci səhihdir və boynunda heç bir şey yoxdur. Lakin daha yaxşı olar ki, kəffarə olaraq bir qoyun kəssin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) : Hal-hazırda gedən təmir işləri nəticəsində Səfa və Mərvə dağlarının harada qurtardığı məlum deyil. Məscidul-həramın işçiləri qoca və xəstə şəxslərdən zəhmət haqqı alaraq onları əlil arabaları ilə səy etdirir və bu araba ilə öz dövrələrini hacıların dövrəsindən tez başa vururlar. Onların vəzifəsi nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yamacda olan döşənmiş hissə dağın bir hissəsidir və arabaların qət etdikləri istiqamət, şübhəsiz, Səfa və Mərvə dağının üstündədir və heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) : Səy əməlini Mərvədən başlayan şəxsin vəzifəsi nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Birinci dövrəni saymasa, yerdə qalanını tamamlasa, və yeddinci dövrəni Mərvədə sona çatdırsa, onun səy əməlinin səhih olması uzaq görüş deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) : Səyin dövrələrinin sayında şəkk etməyin hökmü nədir? Niyyətini aza qoymalıdır, yoxsa çoxa?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər yeddinci dövrə, yoxsa daha artıq olmasında şəkk etsə, öz şəkkinə etina etməməlidir. Bəli, Mərvəyə çatmazdan öncə yeddinci dövrə, yoxsa ondan az arasında şəkk etsə, zahirən onun səy əməli batildir. Habelə, onun şəkki yeddi dövrdən daha aid olsa, məsələn, bir dövrə ilə üç dövrə arasında və ya iki və dörd arasında və s. şəkk etsə səy əməli batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) : Bir şəxs Səfa və Mərvə arasında səy edərkən, Səfada səkkizinci dəfə dövr etdiyini başa düşsə, vəzifəsi nədir? Səfa və Mərvənin bu səyindən başqa “müstəhəb Səfa və Mərvə” səyi də vardırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Artıq hissəyə etina etməməlidir və onun səyi səhihdir. Səfa və Mərvənin müstəhəb səyi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP