Sual (51) : Xəstəlik və s. səbəblər üzündən Mina əməllərini, təvafı, səy əməlini və Məkkə əməllərini yerinə yetirməyə qadir olmayan şəxsin vəzifəsi nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu şəxs məhsur hökmündədir. Lakin naib tuta bilərsə, bu iş (naib tutmaq) həcci təkrar yerinə yetirmək əvəzindən kifayət edər və sonrakı il həcci təkrar yerinə yetirməsi lazım (vacib) deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Qoca və üzrü olan adamlar (Zil-həccənin) on ikisinə keçən gecə, gecə yarısından sonra Minadan Cəmarata gətirilir və sabahın əməllərini yerinə yetirirlər. Sonra onları Məkkəyə aparırlar və həmin gecədə sonrakı əməlləri yerinə yetirirlər. Üzrü olmayan şəxslər də rəmyi-cəmərat əməllərindən başqa belə etmişlər ki, onu (rəmyi-cəmərat əməllərini) yerinə yetirmək üçün sabahı gün qayıtmışlar. Onların əməlləri düzdürmü?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məkkə əməllərini (iki təvaf və səy əməli) yerinə yetirmək, üzrü olmayan şəxslər üçün on ikisinə keçən gecə, hətta on birinə keçən gecə, gecə yarısından sonra da caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Qadının təvafı qabağa salarkən yerinə yetirdiyi əməllərdə yalnız təvaf öncədən yerinə yetirilir, yoxsa təvaf və səyin hər ikisi qabağa salınmalıdır?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məkkənin bütün əməlləri qabağa salınır, yəni ziyarət təvafı, ziyarət təvafının namazı, səy, nisa təvafı və nisa təvafının namazını öncədən yerinə yetirir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Naib olmağı qəbul edən qadının heyz və ya xəstəlik qorxusu varsa, həcc əməllərini iki vüqufdan və Mina əməllərindən qabağa sala bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qabağa sala bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Qoca və üzrü olan adamlar (Zil-həccənin) on ikisinə keçən gecə, gecə yarısından sonra Minadan Cəmarata gətirilir və sabahın əməllərini yerinə yetirirlər. Sonra onları Məkkəyə aparırlar və həmin gecədə sonrakı əməlləri yerinə yetirirlər. Üzrü olmayan şəxslər də rəmyi-cəmərat əməllərindən başqa belə etmişlər ki, onu (rəmyi-cəmərat əməllərini) yerinə yetirmək üçün sabahı gün qayıtmışlar. Onların əməlləri düzdürmü?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məkkə əməllərini (iki təvaf və səy əməli) yerinə yetirmək, üzrü olmayan şəxslər üçün on ikisinə keçən gecə, hətta on birinə keçən gecə, gecə yarısından sonra da caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Əldən başqa, məsələn, ağızla, ayaqla, rezinlə və s. rəmy etmək caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əldən qeyrisi ilə kifayət etmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Mənim kimilər üçün gündüz rəmyi-cəmərat etmək mümkün deyil. Biz gecələr rəmy edə bilərikmi? Cavabın müsbət olmasını fərz etsək, mənimlə birgə olanlar da gecə rəmyi-cəmərat edə bilərlərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Gecə rəmyi-cəmərat edə bilərsiniz. Lakin sizinlə birlikdə olanlar üçün (gündüz rəmy etmək) mümkündürsə, gündüz rəmy etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Qadınlar bədənləri naməhrəmə toxunmasın deyə, rəmyi-cəmərat üçün kişiləri naib tuta bilərlərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qadının özü rəmy etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (59) : Rəmyi-cəməratda sağlam (qoca, xəstə olmayan) adamların əvəzinə naib olub rəmy əməlini yerinə yetirmək olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Yuxarı mərtəbədə rəmyi-cəmərat etməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İzdiham olanda caizdir.

Go to TOP