Sual (41) : Həcc ehramını niyyət edən və niyyəti düz olan (gerçəkləşən, hasil olan) şəxsin müstəhəb təvaf etməsi caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, müstəhəb təvafı tərk etsin. Amma yerinə yetirsə həccə heç bir zərəri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : “Ehtiyatən qadınlar da kişilər kimi ehram bağlamalıdırlar”- buyuran müctəhidlərin fətvası əsasında qadınlar ehram parçalarını bağlayandan sonra bu parçaları kənara qoyub öz adi paltarları ilə həcc əməllərini yerinə yetirə bilərlərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qadınlar həmin adi paltarlarla ehram bağlaya bilərlər və ehram parçalarını bağlamaq lazım (vacib) deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Hacılar ümrə və təməttö həccinin kəffarələrini öz şəhərlərinə qayıdandan sonra ödəyə bilərlərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur, lakin onların hamısını gərək ehtiyacı olanlara versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Gecənin əvvəlində Şəcərə və ya Cohfə məscidində ehram bağlayan və gecə ikən Məkkəyə daxil olan hacılar, üstü örtülü maşınla gedə bilərlərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caizdir və kəffarəsi yoxdur. Lakin soyuq və yağışlı gecələrdə olsa, bir qoyun kəffarə verməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Hal-hazırda İrandan müfrəd ümrəyə gedən hacılar üstü örtülü maşınlarla yol gedirlər. Yol əsnasında namaz qılmaq və yemək yemək üçün bir neçə dəfə maşına minib düşürlər. Bunlar üçün bir kəffarə kifayət edirmi, yoxsa hər dəfə minib düşdükləri üçün ayrı-ayrılıqda kəffarə vermək lazımdır?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ümrə ehramının bütün müddəti üçün və ya həcc ehramının bütün müddəti üçün bir kəffarə kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Həcc karvanlarının məsul işçilərindən biri həcc mövsümündə bələdçi kimi qadınlarla birgə üstü örtülü maşınla Məkkəyə getsə kəffarə lazım (vacib) olurmu?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zəruri hallarda kölgə altına getmək caizdir. Lakin kəffarəsi var. Bunun kəffarəsi hər ehram üçün bir qoyundur. Yəni ümrə ehramının məcmusuna görə bir qoyun və həcc ehramının məcmusuna görə də bir qoyun kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Məhsur və məsdud olmaqdan başqa bir maneə yaransa, məsələn, ayağı sınsa, nəqliyyat vasitəsi xarab olsa və ya yolu azsa, məhsur və məsdud şəxsin hökmündədirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ayağı sınanın haqqında məhsur şəxsin, digər maneələr, məsələn, nəqliyyat vasitəsinin xarab olması və ya digər maneə haqqında isə məsdud şəxsin hökmləri icra olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Özü ilə qurbanlıq gətirən şəxs, sonradan məsdud və ya məhsur olmuşdur. Özü ilə gətirdiyi qurbanlığı qurban kəssə onun üçün kifayətdirmi? Yoxsa bunda əlavə başqa qurbanlıq da ona vacibdir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Başqa qurbanlıq ona vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Məhsur olan və qurbanlığını Minaya göndərən şəxsin sonradan xəstəliyi yüngülləşərsə, vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ona digər hacılara qoşulmaq, əməllərin hamısını yerinə yetirmək və öz hədyini (qurbanlıq üçün gətirdiyi heyvanı) qurbanlıq etmək vacibdir. Bu halda onun həcci səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Həccini fasid (xarab, yanlış) edən, sonra məsdud və ya məhsur olan şəxsin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vacibdir ki, məsdud və məhsura məxsus olan əməlləri yerinə yetirsin və sonrakı il həcc yerinə yetirsin.

Go to TOP