Sual (21) : Keçən il dostlarımdan biri həcc mərasimində Həra dağından iki daş parçasını mənə hədiyyə etdi və mən də o daşları münasib yerdə qoydum, neçə gündən bir o daşları təbərrük olaraq öpüb ziyarət edirəm. Mənim bu əməlim küfr və şirk deyil?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu iş öz-özlüyündə haram deyil, lakin ola bilər ki, bunu təkrar etmək səhv baxışa və ya bidətə səbəb olsun. Buna görə də bu işdən çəkinin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) : Həcc kartının alveri caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Özü istitaətli olmasa, yaxud vacib həcci yerinə yetiribsə və bu iş İslam hökumətinin qanunlarına zidd deyilsə, maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) : Bir şəxs istitaətli olmamışdır, lakin bir neçə il bundan əvvəl ölümü ilə nəticələnən xəstəliyində bir neçə nəfər onu məcbur edirlər ki, beş min əfqan pulunu “Miqat həcci” yerinə yetirmək üçün verməyi vəsiyyət etsin. Bu vəsiyyət səhihdirmi? Səhih olduğu təqdirdə bu məbləğin “Miqat həcci” üçün kifayət etmədiyini nəzərə alsaq, nə etməliyik?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər vəsiyyət doğrudan da məcbur edilməklə olubsa, etibarlı deyil. Lakin digərlərinin israrından sonra o, vəsiyyətə razı olmuşdursa və bu vəsait Miqat həcci üçün çatmırsa, bu vəsaiti xeyirxah işlərdə sərf etmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) : Bəzi şəxslər ömürlərinin əvvəlindən Məhəmməd və Ali Məhəmməd (s) xümsünə dair hesab-kitab aparmır və həmin vəziyyətdə təməttö həccinə və müfrədə ümrəyə gedirlər. Onların həclərinin hökmü necədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onların ehram və qurbanlıqlarının pulu ondan olmasa, səhihdir. Əks halda işkalı var və hər bir halda günah etmişdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) : Məkkədə iqamət (on gündən artıq qalma) qəsdi edən hacılar Ərəfatda, Məşərdə və Minada da namazlarını tamam qıla bilərlərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İndiki şəraitdə Məkkə ilə Ərəfat arasındakı məsafə, şəri məsafə qədərində olmadığına görə, namazları tamamdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) : Müsafir, Məkkə və Mədinənin qədim və yeni salınmış məhəllələrində, məsələn, Məscidun-Nəbidə və Məscidul-Həramda (namazı) qəsr və tamam qılmaq arasında ixtiyar sahibidir, yoxsa mütləq qəsr qılmalıdır?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müsafirlər Məkkə və Mədinədə öz namazlarını Məscidul-Həramda və Məscidun-Nəbidə, hətta Məkkə və Mədinə şəhərlərinin hər yerində tamam və qəsr qılmaqda ixtiyar sahibidirlər və namazı tamam qılmaq daha fəzilətlidir. Qədim və indiki Məkkə və Mədinə arasında heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : Həcc mövsümündə camaat Əhli-sünnətdən olan imam camaata iqtida edirlər. Vaxt geniş olan təqdirdə (namazı) təkrar yerinə yetirmək lazımdırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onların namazı səhihdir və təkrar qılmaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) : Varislərdən bəziləri digər varislərin səhmini vermədən (yəni, irsə bütövlükdə sahib çıxmaqla) həccə getsələr, həclərinin hökmü necə olacaqdır? Onlarla sileye-rəhim (əlaqə saxlamaq, görüşlərinə getmək) etməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər varislərdən bəzilərinin səhmləri verilməsə və digərlərinin əmlakında muşa halında (müştərək, bölünməyən) qalıbsa, ondan istifadə etmək haramdır. Habelə əgər həmin vəsaitlə həccə getsələr, ehram paltarını və qurbanlığı ondan tədarük görsələr, onların həccinin də işkalı var və nə qədər ki, başqalarının irs payını verməyiblər, o mal qəsbi malın hökmündədir. Bu şəxslərlə sileyi-rəhim etmək, onların haram işə qarşı cürət və cəsarətlərinin çoxalmasına səbəb olarsa, caiz deyil. Əgər sileyi-rəhim etməmək (onların) pis işlərdən çəkinməsinə səbəb olacaqsa, vacibdir. Amma əgər sileyi-rəhim etmək və ya etməməyin onların pis işlərdən çəkinməsinə heç bir təsiri olmayacaqsa, sileyi-rəhimi tərk etmək olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) : İnsanın sünnət olunması təvafda şərtdir. Buna əsasən, əgər bir şəxs naqis şəkildə sünnət edilmişdirsə, yəni alətinin başı tamamilə deyil, az hissəsi (dəridən) çıxmışdır və nuuz halında (fəal, təhrik olan zaman) kamil şəkildə çıxır. Bu şəxs sünnət olunmuş sayılırmı və təvafı səhih olacaqmı? Əgər sünnət olunmuş sayılmırsa, təvaf üçün o şəxsə ikinci dəfə sünnət etmək lazımdırsa və o isə yaşının çox olduğuna görə sünnət etməyə xəcalət çəkirsə, təvafla əlaqədar vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat vacib budur ki, təvafı və onun namazını, habelə səyi də sünnət edəndən sonra yenidən yerinə yetirsin. Belə məsələlərdə utanmağın mənası yoxdur. O, gizli şəkildə həkimə müraciət və sünnət etdirə bilər. Lakin bu halda talaq verməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) : Bir şəxs təməttö həccinin əməllərini yerinə yetirəndən sonra bir məss-meyyit qüslünun ona vacib olduğunu, habelə digər vacib bir qüslü yerinə yetirmədiyini başa düşsə, həcci səhihdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun həcci səhihdir. Lakin ehtiyat vacib budur ki, təvafları (və səyi, təqsiri) yenidən yerinə yetirsin, qadir olmasa naib tutsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP