Sual (201) : Bir kəs, məsələn, beş il bundan öncə istitaətli olmuş və həcc üçün növbəyə yazılmışdır. İndi isə fəqirdir. Belə bir şəxsə həcc vacibdirmi? Əgər seyiddirsə, Məkkəyə getmək üçün Ali Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) xümsündən ona vermək olarmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Növbəsi çatan zaman şərtlərin bəzisi onda olmazsa, həcc ona vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (202) : Bir qadının mehriyyəsi onun istitaətindən bir neçə dəfə artıqdır. Qadının vəfatından sonra varislərinə, mirası bölməzdən əvvəl ondan həcc məxariclərinin kəsri (çıxması) lazımdırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Qadının əri sağ olan zaman camaatın nəzərinə və adətlərə görə mehriyyəni ərindən ala bilərdisə, istitaətli olmuşdur və bunu mirasından çıxmaq lazımdır. Amma ala bilməzdisə, istitaətli olmamışdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (203) : Şəxsi mənzilə ehtiyacı olan şəxs istitaətli olurmu?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Mənzilə ehtiyacı varsa, o pulu mənzil almağa sərf edə bilər, bu halda istitaətli olmayacaqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (204) : Həcc karvanlarında həccə gedən xidmətçilərin imkan baxımından istitaətli olmadıqlarını nəzərə alsaq, həcci necə yerinə yetirməlidirlər? Onlar vacib niyyəti etməlidirlərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Karvan xidmətçiləri müstətidirlər (bu şərtlə ki, həcc müddətində öz ailə və uşaqlarının xərcinə malik olsun) və vacib həcc niyyəti etməlidirlər. Onların birinci dəfələridirsə bir kəs tərəfindən naib olub həcc yerinə yetirə bilməzlər. Bir kəsə kömək etmək üçün həccə gedənlər də bu qəbildəndir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (205) : Vəzifəsi ifrad həcci olan qadın, müfrədə ümrəni üzürlü səbəb olmadan nə vaxta kimi təxirə sala bilər?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Ehtiyat vacib budur ki, həcdən dərhal sonra yerinə yetirsin. Əgər təxirə salmağa məcbur olsa, Zih-həccə ayı başa çatmamış, yerinə yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (206) : Aylıq adət halında olduğuna görə təməttö ümrəsinin əməllərini yerinə yetirməyən qadın, doqquzuncu günün səhəri Ərəfatda pak olur. Lakin təməttö ümrəsinin əməllərini yerinə yetirmək üçün Məkkəyə gəlmək yolda izdiham olduğuna və ya yoldaşı olmadığına görə mümkün deyil. Vəzifəsi nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Onun həcci ifrad həccinə çevrilir və davam etməyi lazımdır. Həcci tamamladıqdan sonra müfrədə ümrə yerinə yetirməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (207) : Namazı çox da kamil olmayan bir şəxs, özü üçün və ya başqasının tərəfindən naib olaraq həccə gedərsə, təvaf namazını qıldırmaq üçün başqasını naib tuta bilərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Özü üçün həccə gedərsə, bacardığı qədər yerinə yetirməli və çalışmalıdır ki, mümkün qədər namazının qiraətini islah etsin. Lakin qiraəti səhih olmadığı təqdirdə digərlərinin yerinə naib olması işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (208) : Savadsız olan və namazı çox da kamil olmayan, yəni yaxşı öyrənməyən bir nəfər, bütün bunlarda indi mərhum atasının əvəzinə həccə gedir. Onun həcci düzdürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Təvaf namazına kimi olan bu müddət ərzində namazını kamil etsə, maneəsi yoxdur. Əks-halda onun naib olması işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (209) : Bir nəfər başqası tərəfindən həcc üçün əcir olmuşdur. Təməttö ümrəsini yerinə yetirəndən sonra ürək infarktı keçirmiş və həcc əməllərini yerini yetirməkdən üzürlü sayılaraq İrana dönmüş və gələn il getmək istəyir. Ona, tərəfindən naib olduğu şəxsin sahiblərinə vəziyyəti danışmaq, gələn il naib olduğu şəxsin tərəfindən yenidən naib olmaq üçün icazə almaq lazımdırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Müəyyən bir il üçün əcir olmuşdursa, vəziyyəti izah etmək və icazə almaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (210) : Bir nəfər mənim həcc üçün lazım olan bütün xərcləri öz öhdəsinə götürərək, məni həccə göndərmək istəyir. Amma mən bir kəsin minnətini götürmək istəmirəm. Bu üzdən onun təklifini qəbul etməyə bilərəm, yoxsa həcc mənə vacib olur?
Ad: hesen, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yol azuqəsi və miniyi olmayan bir şəxsə, başqa birisi "sən həccə get, sənin həcc səfərində olduğun müddətdə sənin və ailənin təminatını mən ödəyəcəyəm" deyərsə, onun bu sözünə əmin oluna bilərsə, həcc ona vacib olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP