Sual (181) : Qadınlar ehram halında corab geyinə bilərlərmi, yoxsa onların da ayaqlarının üzü kişilər kimi açıq olmalıdır?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ayaqları örtməyin haram olması kişilərə məxsusdur və qadınların ayaqların üstünü örtməsi caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (182) : Cəddə şəhərindən təməttö ehramı caizdirmi?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Cəddə şəhərinin miqatların heç biri ilə bərabərliyi (paralelliyi) qəti olmadığına görə, ehram üçün ya miqata ya da miqatla bərabər (paralel) olan məkanlara getmək lazımdır. Bunların heç biri mümkün olmasa ehtiyat edərək nəzirlə ehram bağlaya, sonra ehtiyata əsasən Hərəmin başlanğıcında yenidən ehram bağlaya bilər.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (183) : Xəstəlik və s. səbəblər üzündən Mina əməllərini, təvafı, səy əməlini və Məkkə əməllərini yerinə yetirməyə qadir olmayan şəxsin vəzifəsi nədir?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu şəxs məhsur hökmündədir. Lakin naib tuta bilərsə, bu iş (naib tutmaq) həcci təkrar yerinə yetirmək əvəzindən kifayət edər və sonrakı il həcci təkrar yerinə yetirməsi lazım (vacib) deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (184) : Qadınlar bədənləri naməhrəmə toxunmasın deyə, rəmyi-cəmərat üçün kişiləri naib tuta bilərlərmi?
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qadının özü rəmy etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (185) : Rəmyi-cəməratda sağlam (qoca, xəstə olmayan) adamların əvəzinə naib olub rəmy əməlini yerinə yetirmək olarmı?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (186) : Təvaf namazı üçün naib tutmaq məsələsində, qiraətini tədricən düzəldə bilən şəxslə, qiraətini düzəltməyə qətiyyən qadir olmayan şəxs arasında fərq varmı?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər tədricən düzəltməyə qadirdirsə, ona vacibdir ki, tədrici şəkildə düzəltsin. Əks halda, namazı qadir olduğu miqdarda qılması caizdir və naib tutması, habelə namazını camaatla yerinə yetirməsi vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (187) : Əgər bir kəs təvafın bir neçə dövrəsini (şovtunu) yerinə yetirsə və müəyyən üzürlü səbəbə görə onu sona çatdırmağa qadir olmayıb, naib tutmağa məcbur olsa, naib yerdə qalanını yerinə yetirməlidir, yoxsa təvafın hamısını?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Naib təvafının hamısını kamil şəkildə yerinə yetirməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (188) : Gündüzlər rəmy edə bilən kişi, qadının tərəfindən rəmy etmək üçün naib tutularsa, qadının rəmyini gecə yerinə yetirə bilərmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yerinə yetirə bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (189) : Qadın başqasının tərəfindən naib olub təvaf namazını qıla bilərmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (190) : Sərurə (indiyə qədər həcc səfərinə getməyən şəxs), naib ola bilərmi?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sərurə, istər kişi olsun, istərsə qadın, istər kişinin tərəfindən getsin istərsə də qadının tərəfindən, caizdir. Amma qadının naib olması, xüsusilə əgər naibi olduğu şəxs kişi olarsa, məkruhdur.

Go to TOP