Sual (171) : Qadın üçün də üzün bir hissəsini örtmək üzü tamamilə örtmək hökmündədir?
Ad: Vahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Üzün bir hissəsini örtmək, ona niqab və ya burqə (rübənd) deməsələr, caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (172) : Həzrət ustadın “Həcc əməlləri” kitabında “Hərəmin ağacını kəsmək” ehramın halında haram olan şeylər sırasında qeyd olunmamışdır. Bu məsələ ehramda haram olan şeylərdən deyilmi?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu məsələ ehramda haram olan şeylərə məxsus deyil; Hərəmin ağacını kəsmək hamıya haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (173) : Ehram halında tikilmiş dəri parça ilə bədənə bağlanan süni ayaq və əllərdən istifadə etməyin kəffarəsi varmı?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və kəffarəsi də yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (174) : Gecənin əvvəlində Şəcərə və ya Cohfə məscidində ehram bağlayan və gecə ikən Məkkəyə daxil olan hacılar, üstü örtülü maşınla gedə bilərlərmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caizdir və kəffarəsi yoxdur. Lakin soyuq və yağışlı gecələrdə olsa, bir qoyun kəffarə verməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (175) : Həcc karvanlarının məsul işçilərindən biri həcc mövsümündə bələdçi kimi qadınlarla birgə üstü örtülü maşınla Məkkəyə getsə kəffarə lazım (vacib) olurmu?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zəruri hallarda kölgə altına getmək caizdir. Lakin kəffarəsi var. Bunun kəffarəsi hər ehram üçün bir qoyundur. Yəni ümrə ehramının məcmusuna görə bir qoyun və həcc ehramının məcmusuna görə də bir qoyun kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (176) : Qadınlar ehram halında corab geyinə bilərlərmi, yoxsa onların da ayaqlarının üzü kişilər kimi açıq olmalıdır?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ayaqları örtməyin haram olması kişilərə məxsusdur və qadınların ayaqların üstünü örtməsi caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (177) : Gecə vaxtı üstü örtülü olan maşına minmək həccə və ya ümrəyə zərər yetirirmi, kəffarəsi varmı?
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Həcc və ümrəni batil etmir və əgər adi gecələr olsa kəffarəsi də yoxdur. Amma soyuq və yağışlı gecələrdə kəffarəsi var.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (178) : Dodaqlardan və barmaqların ətrafından çıxan artıq dərini bədəndən qoparmaq olarmı?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qan gəlməsə, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (179) : Qadınlar üçün təlbiyəni naməhrəm kişilərin eşidəcəyi şəkildə ucadan demək caizdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (180) : Təməttö həcc ehramı qədim Məkkə ərazisində bağlanmalıdır, yoxsa Məkkənin hər yerində olsa, maneəsi yoxdur?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Fərqi yoxdur.

Go to TOP