Sual (151) : İnsanın sünnət olunması təvafda şərtdir. Buna əsasən, əgər bir şəxs naqis şəkildə sünnət edilmişdirsə, yəni alətinin başı tamamilə deyil, az hissəsi (dəridən) çıxmışdır və nuuz halında (fəal, təhrik olan zaman) kamil şəkildə çıxır. Bu şəxs sünnət olunmuş sayılırmı və təvafı səhih olacaqmı? Əgər sünnət olunmuş sayılmırsa, təvaf üçün o şəxsə ikinci dəfə sünnət etmək lazımdırsa və o isə yaşının çox olduğuna görə sünnət etməyə xəcalət çəkirsə, təvafla əlaqədar vəzifəsi nədir?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat vacib budur ki, təvafı və onun namazını, habelə səyi də sünnət edəndən sonra yenidən yerinə yetirsin. Belə məsələlərdə utanmağın mənası yoxdur. O, gizli şəkildə həkimə müraciət və sünnət etdirə bilər. Lakin bu halda talaq verməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (152) : Yanımda bövl üçün məxsus kisə olduğunu və bədənin hərəkəti ilə bövlün çıxdığını nəzərə alsaq, təvaf və onun namazı üçün nə etməliyəm?
Ad: Vahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təvaf və namazın hər biri üçün bir dəstəmaz kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (153) : Bir şəxs təməttö həccinin əməllərini yerinə yetirəndən sonra bir məss-meyyit qüslünun ona vacib olduğunu, habelə digər vacib bir qüslü yerinə yetirmədiyini başa düşsə, həcci səhihdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun həcci səhihdir. Lakin ehtiyat vacib budur ki, təvafları (və səyi, təqsiri) yenidən yerinə yetirsin, qadir olmasa naib tutsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (154) : Dırnaqlarının üstünə və barmaqlarına dırnaq boyası qalmış qadın bu vəziyyətdə həcc əməllərini yerinə yetirmişdirsə və bu boyanın dəstəmaz və qüsl üçün mane olmasını bilmirdisə, əməlləri səhihdirmi? Əgər həcc əməllərini yerinə yetirəndən sonra bunu başa düşsə, vəzifəsi nədir?
Ad: Vahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun təvafı və namazı səhih deyil. Buna görə də bu iki əməli yenidən yerinə yetirməlidir. Ehtiyat vacibə əsasən, səy və təqsiri də təzələməlidir və onun digər əməlləri səhihdir. Şəxsən yerinə yetirə bilməsə, naib tutmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (155) : Təvaf olunan yer mütləq Kəbə ilə İbrahim (ə) məqamının arası hüdudunda olmalıdır, yoxsa qeyri-zəruri hallarda da bu hüduddan xaricdə təvaf etmək olar?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Mütləq şəkildə caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (156) : Qadınlar üçün təlbiyəni naməhrəm kişilərin eşidəcəyi şəkildə ucadan demək caizdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (157) : Tikişi olan və ayaqların üstünü örtməyən ayaqqabı ilə ehram bağlamaq caizdirmi?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli, caizdir. Lakin yaxşı olar ki, kişilər ehram halında belə ayaqqabı geyməsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (158) : Ehram halında tikilmiş dəri parça ilə bədənə bağlanan süni ayaq və əllərdən istifadə etməyin kəffarəsi varmı?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və kəffarəsi də yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (159) : “Ehtiyatən qadınlar da kişilər kimi ehram bağlamalıdırlar”- buyuran müctəhidlərin fətvası əsasında qadınlar ehram parçalarını bağlayandan sonra bu parçaları kənara qoyub öz adi paltarları ilə həcc əməllərini yerinə yetirə bilərlərmi?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qadınlar həmin adi paltarlarla ehram bağlaya bilərlər və ehram parçalarını bağlamaq lazım (vacib) deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (160) : Ehram paltarını zəkatı və ya xümsü verilməmiş puldan almışlarsa, onunla bağlanan ehram səhihdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onunla ehram bağlamaq haramdır.

Go to TOP