Sual (141) : Bir kişi onun üçün həcc yerinə yetirməyi vəsiyyət etmişdir. Qızı və ya arvadı onun əvəzinə naib olub həcci yerinə yetirə bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müəyyən bir şəxsi öz vəsiyyətnaməsində qeyd etməmişdirsə, qızı və həyat yoldaşı da onun əvəzində naib ola bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (142) : Fəqihlərin dediklərinə görə bir kəs istitaətdən neçə il sonra və ya istitaətinin birinci ilində Məkkəyə gedərsə və hərəm hüdudlarına daxil olandan sonra dünyasını dəyişərsə, onun tərəfindən naib tutmaq (əvəzində həcc yerinə yetirmək) lazım deyil. Sualımız budur ki, təməttö ümrəsini tamamlayandan sonra dünyadan gedərsə, yenə də naib tutmaq lazım deyildirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hərəmə daxil olandan sonra ehramla dünyasını dəyişsə və ya təməttö ümrəsindən sonra vəfat etsə, naib tutmaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (143) : Özü istitaətli olmayan şəxsin atası həcc növbəsinə ad yazdırmış və hal-hazırda dünyadan getmişdir. O, bank blankını öz adına keçirib onun yerinə həcc yerinə yetirirsə sonrakı əməllərin vəsaiti, o cümlədən valyuta tədarükünü görmək kimin öhdəsinədir? Onun malının üçdə birindən götürə bilərmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər atası istitaətin ilk fürsətində ad yazdırmış və həccə getməmişdən öncə vəfat etmişdirsə, onun əvəzinə naib olmaq vacib deyil. Yalnız varisləri razı olduqları təqdirdə (onun üçün) həcci yerinə yetirə bilər. Amma əvvəllər istitaətli olubsa və növbəyə yazılıb həccə getməkdə səhlənkarlıq etmişdirsə, onun yerinə “Miqat həcci” yerinə yetirməlidirlər. Amma əgər “Bələdi həccin” yerinə yetirilməsinə vəsiyyət etmiş olsa, gərək onu əncam versinlər. Əgər onun bank kağızlarını qanuni yolla satıb pulunun bir hissəsinə əcir tutmaq mümkündürsə, ehtiyat vacib budur ki, belə etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (144) : Həccə getmək üçün “Həcc və ziyarət idarəsi” istitaətli qadından ərinin rəsmi icazəsini tələb edirsə və əri buna icazə vermirsə, qadın nə etməlidir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onların vacib həcc üçün ərin icazəsini istəmələrinə inanmaq çətindir. Çünki şəri baxımdan ərin icazəsi lazım (vacib) deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (145) : Özü istitaətli olmayan şəxsin atası həcc növbəsinə ad yazdırmış və hal-hazırda dünyadan getmişdir. O, bank blankını öz adına keçirib onun yerinə həcc yerinə yetirirsə sonrakı əməllərin vəsaiti, o cümlədən valyuta tədarükünü görmək kimin öhdəsinədir? Onun malının üçdə birindən götürə bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər atası istitaətin ilk fürsətində ad yazdırmış və həccə getməmişdən öncə vəfat etmişdirsə, onun əvəzinə naib olmaq vacib deyil. Yalnız varisləri razı olduqları təqdirdə (onun üçün) həcci yerinə yetirə bilər. Amma əvvəllər istitaətli olubsa və növbəyə yazılıb həccə getməkdə səhlənkarlıq etmişdirsə, onun yerinə “Miqat həcci” yerinə yetirməlidirlər. Amma əgər “Bələdi həccin” yerinə yetirilməsinə vəsiyyət etmiş olsa, gərək onu əncam versinlər. Əgər onun bank kağızlarını qanuni yolla satıb pulunun bir hissəsinə əcir tutmaq mümkündürsə, ehtiyat vacib budur ki, belə etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (146) : Maddi imkan, səhhəti-bədən və yol baxımından istitaətli olan qadının südəmər körpəsi varsa və ondan başqasının əlində sakitləşmirsə, istitaətli sayılırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
O körpədən ayrılmaq onun canı üçün təhlükəlidirsə, yaxud ciddi xəstələnmək ehtimalı varsa, yaxud da digərlərinin məşəqqətə düşmələrinə səbəb olarsa, istitaətli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (147) : Birinin azad qiymətə həcc kartını əldə etmək imkanı varsa, lakin bu qiymətlə adi qiymət arasında olan fərq çoxdursa və başqalarının növbəsinin təxirə düşməyinə səbəb olacaqsa, həcc ona vacibdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qiymət arasındakı fərq, özünə külli-miqdarda ziyan dəyməsinə və ya digərlərinin haqqının tapdalanmasına səbəb olarsa, belə şəxs istitaətli sayılmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (148) : Bir qadının səfər yoldaşına ehtiyacı varsa və səfər yoldaşı zəhmət haqqı alırsa, amma onun bu zəhmət haqqını ödəməyə imkanı çatmırsa, istitaətli sayılırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İstitaətli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (149) : Həcc mövsümündə Məscidul-həramın işçiləri qoca və xəstə adamları sərirlə (taxt, xərək) başları üzərində təvaf etdirirlər. Adətən, onlar təvaf edənlərin dairəsindən kənarda hərəkət edirlər. Bunların həcci səhihdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onların təvafının eybi yoxdur. Buna görə ki, təvafda məşhur hüdudlara riayət etmək (məsafəni saxlamaq) vacib deyil, ehtiyat müstəhəbdir və sıralara da qoşulmaq (izdihama birləşmək) şərt deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (150) : Həcc mövsümündə Məscidul-həramın işçiləri qoca və xəstə adamları sərirlə (taxt, xərək) başları üzərində təvaf etdirirlər. Adətən, onlar təvaf edənlərin dairəsindən kənarda hərəkət edirlər. Bunların həcci səhihdirmi?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Go to TOP