Sual (111) : Qadınlar üçün ehram halında bəzi hissələri tor və ya güllərlə bəzədilmiş zinət paltarı geymək caizdirmi? Məqnə paltardan sayılırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat onu tərk etməkdədir. Məqnə də paltarın hissəsi sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (112) : Bir kəs təməttö ümrəsində və ya müfrədə ümrədə təqsirdən sonra ehramdan çıxmışdır. İkinci ehramdan bir neçə gün qabaq başa düşmüşdür ki, təvaf və namazında təharəti olmamışdır. Bu halda yenidən ehram paltarı geyinməlidir, yoxsa təvaf və onun namazını adi paltarla təkrarən yerinə yetirməsi caizdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehram paltarı geyinmək vacib deyil. Ehtiyat budur ki, səy və təqsiri də yenidən yerinə yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (113) : Cəddə şəhərindən təməttö ehramı caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Cəddə şəhərinin miqatların heç biri ilə bərabərliyi (paralelliyi) qəti olmadığına görə, ehram üçün ya miqata ya da miqatla bərabər (paralel) olan məkanlara getmək lazımdır. Bunların heç biri mümkün olmasa ehtiyat edərək nəzirlə ehram bağlaya, sonra ehtiyata əsasən Hərəmin başlanğıcında yenidən ehram bağlaya bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (114) : Məkkənin yeni salınmış məhəllərində qədim məhəllələr kimi həcc ehramı bağlamaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur, lakin ehtiyat vacib budur ki, hərəm xaricində yerləşən, Tənim məscidindən sonra yerləşən məntəqələrdə ehram bağlanmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (115) : Təməttö həcc ehramı qədim Məkkə ərazisində bağlanmalıdır, yoxsa Məkkənin hər yerində olsa, maneəsi yoxdur?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Fərqi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (116) : Həcc ehramını niyyət edən və niyyəti düz olan (gerçəkləşən, hasil olan) şəxsin müstəhəb təvaf etməsi caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, müstəhəb təvafı tərk etsin. Amma yerinə yetirsə həccə heç bir zərəri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (117) : Təməttö ümrəsindən sonra həcc karvanının məsul işçiləri hacıların çadırlarını təyin etmək və onların azuqələrini aparmaq üçün bir neçə dəfə təməttö həccinin ehramı olmadan Ərəfata və Minaya gedib gəlirlər. Onların hökmünü bəyan edin?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər məşəqqəti olmasa, həcc ehramı bağlasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (118) : Tikişi olan və ayaqların üstünü örtməyən ayaqqabı ilə ehram bağlamaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli, caizdir. Lakin yaxşı olar ki, kişilər ehram halında belə ayaqqabı geyməsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (119) : Qadın üçün də üzün bir hissəsini örtmək üzü tamamilə örtmək hökmündədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Üzün bir hissəsini örtmək, ona niqab və ya burqə (rübənd) deməsələr, caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (120) : Həzrət ustadın “Həcc əməlləri” kitabında “Hərəmin ağacını kəsmək” ehramın halında haram olan şeylər sırasında qeyd olunmamışdır. Bu məsələ ehramda haram olan şeylərdən deyilmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu məsələ ehramda haram olan şeylərə məxsus deyil; Hərəmin ağacını kəsmək hamıya haramdır.

Go to TOP