Sual (91) : Namazı çox da kamil olmayan bir şəxs, özü üçün və ya başqasının tərəfindən naib olaraq həccə gedərsə, təvaf namazını qıldırmaq üçün başqasını naib tuta bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Özü üçün həccə gedərsə, bacardığı qədər yerinə yetirməli və çalışmalıdır ki, mümkün qədər namazının qiraətini islah etsin. Lakin qiraəti səhih olmadığı təqdirdə digərlərinin yerinə naib olması işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (92) : Qadın başqasının tərəfindən naib olub təvaf namazını qıla bilərmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (93) : Bir kəs təməttö ümrəsində və ya müfrədə ümrədə təqsirdən sonra ehramdan çıxmışdır. İkinci ehramdan bir neçə gün qabaq başa düşmüşdür ki, təvaf və namazında təharəti olmamışdır. Bu halda yenidən ehram paltarı geyinməlidir, yoxsa təvaf və onun namazını adi paltarla təkrarən yerinə yetirməsi caizdir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehram paltarı geyinmək vacib deyil. Ehtiyat budur ki, səy və təqsiri də yenidən yerinə yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (94) : Təvafı kəsilən və ya vacib namaz üçün təvafını kəsən adamın hökmü iki halda: təvafın yarısından keçəndən və ya yarısına çatmazdan əvvəl, nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caiz, hətta müstəhəbdir ki, vacib namazın fəzilət vaxtına və ya camaat namazına nail olmaq üçün təvafı kəssin, və namaz tamam olandan sonra təvafı tamamlasın və yerdə qalan dövrələri yerinə yetirsin, (bu hökmdə) yarısından ötmək də əsas (şərt) sayılmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (95) : Bir şəxs təvaf halında qadın bədəni ilə təmasda olmağın (ona toxunmağın) haramlığını bilə-bilə, şəhvət üzündən bir qadının bədəninə toxunsa və bu təmasdan ləzzət alsa, təvafında işkal yaranırmı? Onun vəzifəsi nədir? (Bu məsələdə) Müstəhəb təvafla vacib təvafın fərqi varmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təvafa xələl gətirmir. Əgər paltarın üstündən toxunsa kəffarəsi yoxdur. Lakin günah etməsi qətidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (96) : Əgər bir kəs təvafın bir neçə dövrəsini (şovtunu) yerinə yetirsə və müəyyən üzürlü səbəbə görə onu sona çatdırmağa qadir olmayıb, naib tutmağa məcbur olsa, naib yerdə qalanını yerinə yetirməlidir, yoxsa təvafın hamısını?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Naib təvafının hamısını kamil şəkildə yerinə yetirməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (97) : Həcc mövsümündə Məscidul-həramın işçiləri qoca və xəstə adamları sərirlə (taxt, xərək) başları üzərində təvaf etdirirlər. Adətən, onlar təvaf edənlərin dairəsindən kənarda hərəkət edirlər. Bunların həcci səhihdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onların təvafının eybi yoxdur. Buna görə ki, təvafda məşhur hüdudlara riayət etmək (məsafəni saxlamaq) vacib deyil, ehtiyat müstəhəbdir və sıralara da qoşulmaq (izdihama birləşmək) şərt deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (98) : Həcc mövsümündə Məscidul-həramın işçiləri qoca və xəstə adamları sərirlə (taxt, xərək) başları üzərində təvaf etdirirlər. Adətən, onlar təvaf edənlərin dairəsindən kənarda hərəkət edirlər. Bunların həcci səhihdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onların təvafının eybi yoxdur. Buna görə ki, təvafda məşhur hüdudlara riayət etmək (məsafəni saxlamaq) vacib deyil, ehtiyat müstəhəbdir və sıralara da qoşulmaq (izdihama birləşmək) şərt deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (99) : İnsanın sünnət olunması təvafda şərtdir. Buna əsasən, əgər bir şəxs naqis şəkildə sünnət edilmişdirsə, yəni alətinin başı tamamilə deyil, az hissəsi (dəridən) çıxmışdır və nuuz halında (fəal, təhrik olan zaman) kamil şəkildə çıxır. Bu şəxs sünnət olunmuş sayılırmı və təvafı səhih olacaqmı? Əgər sünnət olunmuş sayılmırsa, təvaf üçün o şəxsə ikinci dəfə sünnət etmək lazımdırsa və o isə yaşının çox olduğuna görə sünnət etməyə xəcalət çəkirsə, təvafla əlaqədar vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat vacib budur ki, təvafı və onun namazını, habelə səyi də sünnət edəndən sonra yenidən yerinə yetirsin. Belə məsələlərdə utanmağın mənası yoxdur. O, gizli şəkildə həkimə müraciət və sünnət etdirə bilər. Lakin bu halda talaq verməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (100) : Yanımda bövl üçün məxsus kisə olduğunu və bədənin hərəkəti ilə bövlün çıxdığını nəzərə alsaq, təvaf və onun namazı üçün nə etməliyəm?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təvaf və namazın hər biri üçün bir dəstəmaz kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP