Sual (1) : Salam Hac vacibdi bes qonsuda usag xesdedi pul lazimdi Haca gedmelisen yoxsa usaga komey elemelisen ?
Ad: Rehman, Ölkə: Aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Həccə getməlidir. Xəstə üçün həcc xərcindən əlavə malından, yaxud başqalarından kömək almaqla yardım edə bilər və bu məsələnin onun həccə getməsi ilə bir ziddiyyəti yoxdur.
http://sual.nur-az.com/az/30/H%C9%99cc-v%C9%99-%C3%BCmr%C9%99/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Allahın salam olsun sizə , Mənim sualım Həcc Ziyətərində olan nisə təvəfı barədədir , beləki eşitdiyim qədərilə hər kim Həccə gedə və o təvəfı etməyə Həyat yoldaşı ilə yaxınlıq edə bilməz, subaydırsa evlənə bilməz , xaiş ediəm bunu cavanlıyın , əyər bir şəxs ora gedibsə və unudub bu təvəfı və ya ona demiyiblər , və bu şəxsdə ikinci dəfə getməyə imkanı yoxdur , bu şəxs neynəməlidir ? ümumən bu hökmün hikməti nədir ? niyə bu qədər vacibdur ? başka hansı İlam əqidəsi bunu yerinə yetirir?
Ad: , Ölkə: Bakı Saatlı ,Amid sadiqi, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu hal təkcə nisa təvafına aid deyil. İnsan ehram bağlayandan sonra bir çox işlər ehramdan çıxana qədər ona haram olur. Əgər onun əməlləri səhih olmasa, ehramdan çıxa bilmir və bu məsələ ümrədə problem yaradır. Amma insanın həcci batil olarsa, zilhiccə ayı sona çatmaqla ehram pozulur. Amma bütün həcc əməlləri düzgün olsa, yalnız nisa tavafını yerinə yetirməsə ya da düzgün olmasa, təvaf edənə qədər cinsi ləzzətlər ona haramdır. Bunu edə bilmirsə naib tutmalıdır.
http://sual.nur-az.com/az/30/H%C9%99cc-v%C9%99-%C3%BCmr%C9%99/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salam aleykum. 1. Nisa tevafin yerine yetirmeyene oz qadini haram olur yoxsa butun qadinlar? 2. Uzurlu sebebe gore yerine yetirmeyende hemin hokmdedir? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
1. "Nisa təvafı" yerinə yetirilmədən, öz arvadı ilə cinsi yaxınlıq etmək, ondan ləzzət almaq və başqa qadınla əqd kəsdirmək, caiz deyildir. 
2. Fərq etməz, əgər onu yerinə yetirmək mümkün olmazsa, naib tutmalıdır.
http://sual.nur-az.com/az/30/H%C9%99cc-v%C9%99-%C3%BCmr%C9%99/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.HECCDEN GELEN GELIRLERI SEUD HOKUMETI SIONIST ISRAILE YARDIM,IRAQ,SURIYE,YEMEN,FELESTIDE MUSELMENLARI OLDURMEK VE ISRAILI QORUYUB GUCLENDIRMEK,SIELER ELEYHINE IFRACI KITABLAR YAZMAQ UCUN ISTIFADE EDIR.BELE OLDUQDA HECCE GEDENIN PULU ONLARA XIDEMET EDIR.BU HALDA HERBIR IMKAN OLAN HALDA HECCE GETMEMEK OLARMI?ALLAH SIZI QORUSUN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İmamlarımız (ə) Allahın möhtərəm evinə və onun əməllərinə o qədər önəm veriblər ki, oranın zalım hakimlərin əlində olmasına baxmayaraq, ziyarətə getməyi qadağan etməyiblər. İndi də o cürdür.
http://sual.nur-az.com/az/30/H%C9%99cc-v%C9%99-%C3%BCmr%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : esselamun Aleykum Aga her il muselmanlar hec ziyaretine gedirler onlarin xeclediyi maliye vesaitini seud deyilen dovletin bucesine gedir o pullari yaratdiqlari vehabi teskilatina verirler dunya muselmanlarini isid adiynan qetliam edirler ve onlarinda meqsedleri dunyada olan imamlarin ve peygemberlerin ve axirda da Allahin evin dagidacaqlar bu is bunlarin meramnamesinde ve nizamnamesindedir menim oz sexsi fikrimdir bu pullari muveqqetide olsa her olkenin ac musellmanlarina vermek olarmi? Tesekkur edirem.
Ad: Rahil, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İmamlarımız (ə) Allahın möhtərəm evinə və onun əməllərinə o qədər önəm veriblər ki, oranın zalım hakimlərin əlində olmasına baxmayaraq, ziyarətə getməyi qadağan etməyiblər. İndi də o cürdür.

http://sual.nur-az.com/az/30/H%C9%99cc-v%C9%99-%C3%BCmr%C9%99/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Namaz qılmayan və oruc tutmayan şəxs həccə getmək istəyir. Belə şəxsin həcci qəbul olar yoxsa xeyr?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Namaz və orucu tərk etməyin günah olmasına baxmayaraq, əgər bir şəxs həcci yerinə yetirərsə, düzgündür və bəndələrin ibadətinin qəbul olub-olmaması Allah-taalaya aiddir və heç kimin ondan xəbəri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Salam. Mənim əlimdə 3200 manat pul var bu pulda Məkkəyə gedmək ücündür yəni Həcc mənə vacib olub o biri tərəfdəndən qonşum agır xəstədir ölüm ayağındadır əməliyyat puluna ehtiyacı var mən Həccə getmək üçün aylrdığım pulu Həccə getməyib ona verə bilərəmmi?
Ad: Elxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər həcc üçün lazım olan imkanlı statusu (müstətii) sizə aid olunursa və həmin pul təməttö həcci üçün kifayət edirsə, ilk fürsətdə həcci yerinə yetirməlisiniz, əks təqdirdə eybi yoxdur (başqasına verə bilərsiz).
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Salamun aleykum. Təvaf zamanı daimul-hədəsin hökmü nədir? Biz bildiyimizə görə, təvafda təharət şərtdir, əgər bir şəxs adətən 1 neçə dəqiqədən artıq dəstəmazını saxlaya bilmirsə, belə bir şəxsin təvafının hökmü nədir? Təşəkkür edirik, Allah yardımçınız olsun.
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bir dəstəmazla təvaf və namazını yerinə yetirə bilər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : İsmayıl qurbanında nə heyvani kəsilməlidi? Birdə ki ismayıl qurbanında kəsilmiş heyvanın pulnan satılması nə dərəcədə doğrudur? Və bunun şəryətlə bir əlaqəsi varmi bu qurbanlıq saylirmı? Xaiş edirəm bu haxda ətraflı məlumat yazın
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qurban bayramı günü həcdə olanların qurbanlıq kəsmələri vacibdir və həcdə olmayanlar üçün qurbanlıq kəsmələri vacib deyil və bu onlar üçün müstəhəb bir əməldir. Yaxşı olar ki, qurbanlıq kəsərək onu fəqirlər arasında paylasınlar. Kəsilmiş qurbanı satmaq icazəli deyil, onu fəqirlər arasında paylamalıdılar.
Qurbanlıq heyvan dəvə, inək, qoyun və keçi ola bilər.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Salam. Mən 25 ildir ailə həyatı qurmuşam. 24 yaşlı bir oğlum və 20 yaşlı bir qızım var. Həyat yoldaşım tələbədir. Özüm də ailə qurduğum vaxtdan işləyir, ailə xərclərində yoldaşıma kömək edirəm. Belə ki, o sadəcə evi ərzaqla təmin edir, mənsə uşaqlara əyin-baş, ev əşyaları və bu kimi vəsait alıram aldığım maaşla. nHətta uşaqların ailə həyatı qurması üçün belə heç bir pulumuz yoxdur. Mən bu neçə il ərzində aldığım məvacibdən son 5 ildə kredit və borcla 60 kvadrat metrlik ev almışam və krediti bir neçə ildir ki, kirayə verməklə bitirmişəm. İndi evin ən yuxarı qiyməti 70 milyon tüməndir. Sualım bundan ibarətdir ki, mənə həcc vacibdirmi? Daha dəqiq desək, indi mənə o evi satıb həccə getmək vacibdirmi? Onu da qeyd edim ki, mənim həyatda yeganə maddi güvənc yerim sadəcə bu mənzildir. Əvvəlcədən təşəkürümü bildirirəm
Ad: Metin, Ölkə: Iran, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində evinizə ehtiyacınız olduğu üçün onu satmaq lazım deyil və həcc sizin üçün vacib olmur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP