Sual (71) : SALAM.evvala sualima gore cox cox uzur istyirem.bilmek isterdim,insan ozu spermani bilerekden gelmesine sebeb olursa gunahi varmidir.ALLAH RAZI OLSUN.
Ad: Riyad, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onanizm (kəfləmə) orqazm yaratmaq məqsədi ilə erogen nahiyələrin (çox vaxt cinsi orqanların) süni qıcıqlandırılması prosesinə deyilir. Bu əməl İslamda mütləq şəkildə haram və yasaq olunmuşdur.
Quranda bu haqda oxuyuruq: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”. Bu ayələr Quranda iki dəfə təkrar olunmuşdur. Nəql olunduğuna görə İmam Sadiqdən (ə) bu əməl haqqında soruşulduqda həzrət (ə) buyurdu: “Çox böyük günahdır. Bu işi görən özü ilə izdivac etmişə bənzəyir. Kimsənin bu işi gördüyünü bilsəm onunla bir süfrə arxasında əyləşmərəm”. Rəvayətçi soruşdu: Quranda bu haqda ayə varmı? Həzrət bu ayələri oxudu: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”. Qeyd: Sözügedən ayə ümumi bir hökm açıqlayır. Yəni cinsi tələbatını qeyri-adi üsulla təmin edənləri təcavüzkar adlandırır. Diqqətinizə çatdırılan rəvayətdə isə İmam (ə) bu təcavüzkarlığın nümunələrindən biri haqda söhbət açmışdır. Başqa sözlə desək, ayədə konkret onanizm deyə qeyd vurulmamışdır. Tibb elmləri üzrə mütəxəssis alimlər Onanizmin böyük fəsadlar törətdiyini bildirmişlər ki, aşağıda diqqətinizə çatdırırıq. 1. Psixi və etik fəsadları. Bəzi yazıçılar onanizmin törətdiyi zərərlər haqqında yazırlar: “İnsanın əxlaqı təsəvvür olunmaz dərəcədə mənfiyə doğru dəyişir. Paxıllıq (dargözlük), qəm-qüssə, malxülya (səbəbsiz ruh düşkünlüyü) və guşənişinlik cinsi pozğunluğun bu növünə qurşanmağın acı nəticəsidir”. 2. İctimai fəsadları. Bəzi alimlər “Cinsi zəiflik” kitabından sitat gətirərək yazırlar: “Onanizm cinsi aktın qeyri-normal keçməsinə - cinsi zəifliyə (impontesiyaya) səbəb olur. Fərdi qorxaq, süst edir, cəsarətini əlindən alır. Bəzən cinsi yetginlik dövründə davamlı Onanizmlə məşğul olmaq fərdi narkotik maddələrin belə bacarmadığı şəkildə zəiflədir”. 3. Fiziki (cismani) ziyanları. Doktor Hobin-in müşahidələri sübuta yetirmişdir ki, cinsiyyət orqanı ilə bağlı bütün xəstəliklər masturbasiya nəticəsində meydana gəlir. Bundan başqa gözün tor qişasında, eləcə də xovlu qişasında xəstəlik törədir. Bu iyrənc əməl davamlı olduqda üz öz rəngini itirir və solğun görünür. Çöhrədə tutqun hal yaranır. Göz yaşıl halqa ilə əhatə olunur. Bundan sonra müxtəlif üzvlərdə süstlük, əzginlik müşahidə olunur. Hafizə zəifləyir, iştah azalır, həzm çətinləşir, nəfəs təngiyir. Cinsi pozğunluğun məlum növünün digər əlamətləri isə qan azlığı, baş gicəllənmə, arıqlama süstləşmə və s.-dır”. Alimlərdən biri yazır: “Onanizm gənclik təravətini, yaraşığı azaldır. Davamlı olduqda isə impatensiya ilə nəticələnir. Saçlara dən salır, vaxtsız qocalığa yol açır. Orqazmın tezləşməsi onanizmin acı nəticələrindəndir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (72) : Salam aleykum. Bir qardas var namazdan evvel 4il idi kisiqaret cekirdi. Namaza geldikden sonra bu isin mekruh oldugunu oyrenerek hele de siqaret cekmeyi davam etdirir. Elmin de tesdiq etdiyi kimi siqaretin insan orqanizmasi ucun ne qeder zererli olmasini nezere alaraq qeti olaraq bilmek isteyirik ki bu is mekruhdu yoxsa haram ?
Ad: Farid Fateh, Ölkə: Gence, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Sistani: Siqaret çəkmək, insana zərər və ziyanlı olsa, baxmayaraq ki, bu zərər gələcəkdə olacaqdır və istər zərəri məlum olsun, istərsə də zərəri olacağı güman edilsin, ağlabatan surətdə insanın sağlamlığına zərəri olacağından qorxsalar, haramdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (73) : Hazırda toy mərasimlərinin çoxu, cürbəcür günahlarla birgədir. Bizim belə mərasimlərə dəvət etdikdə, yaxın qohumlardan olan halda bizim vəzifəmiz nədir? Bunu da nəzərə almaq lazımdır ki, dəvəti qəbul etməmək, qohumluq əlaqələrinin kəsilməsinə səbəb olur.
Ad: Məhəmməd, Ölkə: , Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Belə məclislərdə iştirak etmək, günah və haram məclisdə iştirakdır və müsəlman şəxs belə məclislərdə iştirak etməməlidir. Onun səbəbini deməldir. Əgər onun günah məclislərində hazır olmaması qohumluq əlaqəsinin kəsilməsinə səbəb olsa, iradı yoxdur. Çünki əslində, qohumluq əlaqəsinin kəsilməsinin səbəbi onlardır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (74) : salam aleykum Gurcustanda nert oynamag haramdimi yoxsa ???
Ad: ali, Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nərd qumar aləti hesab olduğu üçün oynanılması haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (75) : salam sualim musiqi haqqindadi. xarici POP REP ROCK mahnilarini dinlemey olar? halbuki men onlara dinleyerken oynamag ve yaxud menide deyiwiklik eylence hissi olamadan dinleye bilerem?
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Camaatın nəzərində ləhv (puç, faydasız, oynadıcı, batil), еyş-işrət və kеf məclisləri ilə münasib olan hər bir musiqi haramdır, istər klassik olsun, istərsə də sizin sualda qeyd etdikləriniz kimi. Əgər musiqi bеlə olmazsa öz-özlüyündə haram dеyil. Mövzunun ayırd еdilməsi mükəlləfin ürfi nəzərinə həvalə еdilir.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (76) : Artıq inistitutlarda yay imtahanları başlayır bununla əlaqədar olaraq tələbələr arasında yaxud müəllimləri tərəfindən kollеktiv şəkildə məclislər təşkil olunur. Əvvəlcədən də o məclisdə spirtli içkilər vеrilməsi məlumdur. O şənlikdə iştirak еtmək məqsədində olan tələbələrin şəri vəzifəsi nədir?
Ad: Sahin, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şərab içilən məclislərdə iştirak еtmək hеç kəs üçün icazəli dеyil. Siz əvvəlcədən bu məclislərdə iştirak еtməyin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (77) : Spirtli içki içmək insanın ağıl və şüurunun aradan getməsinə səbəb olurmu? Əgər olursa, bir şəxs belə bir çirkin iş görərsə, törətdiyi əməllər qarşısında zamindirmi? Tövbə etdiyi təqdirdə Allah-taala onu bağışlayarmı?
Ad: Kerim, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şərab içmək sözsüz, insanın ağlında öz mənfi təsirini qoyur, onu zəiflədir. Lakin həmişə dəliliyə səbəb olmur. Əgər tövbə etsə və bu işi tərk etsə, inşallah, günahları bağışlanar. Amma sərxoş halda etdiyi əməllərə görə məsuliyyət daşıyır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (78) : Salam. Bilirik ki, qadınlar lazımı islami geyim olmadan idman etsələr onların idmanına baxmaq haramdır. İstəyirdim bunu soruşum ki, əgər qadınlar geyimli halda idman edirlərsə onların idman kliplərinə baxmaq olarmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Belə filmlərə tamaşa etmək şəhvətin təhrik olmasına səbəb olduğu və günüha düşmək qorxusu yarandığı üçün icazəli deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (79) : Salam aleykum!Mən və mənim evlənmək istədiyim qız dindarıq.Ancaq hər ikimizin ailesi dindən cox uzaqdirlar.(Allah bizleri bağışlasın).Biz dini toy etmək istəyirik, ancaq her ikimizin ailəsi buna qarşı çıxır.Burda vəziyyət həqiqətən çox çətindir.Ona görə istəyirəm heç olmazsa sipirtli içkinin qarşısını alım, ancaq buna da her iki terefi razı sala bilmirem.bundan əlavə qız toyunda (bu toyu qız terefi edir) spirtli icki olacaq və mənim də orda olmağımı tələb edirlər.Yenə də əgər ailə qursam belə sonra qızın qohumlarının toyunda spirtli içki olacagı təqdirdə mənim orda istirak etməyimin vacib oldugunu deyirler, əks halda bu evliliyə razı deyillər.Mən bilmirem ne edim.Bu işdə mən nə edim?Xahiş edirəm mənə bir yol göstərin.Allah sizlərdən razı olsun.
Ad: Xəzər, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata görə şərab içilən məclisə daxil olmaq icazəli deyil. Habelə, haram əməl və günah işlər görülən məclislərdə insan nəhy əz münkər edə bilməyəcəksə, orada iştirak etməsi düzgün deyil.
Yalnız zəruri hallar istisna edilir və burda da mümkün həddə şərab stolunun arxasında oturmayın, musiqiyə ixtiyari halda qulaq asmayın, zikrlə məşğul olun, əmr be məruf və nəhy əz münkər üçün şərait yarandıqda bu ilahi vəzifəni yerinə yetirin və zəruri miqdardan artıq məclisdə qalmayın.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (80) : Məclisdə siqaret çəkmək orada iştirak edən digər insanların narazılığına və narahatçılığına səbəb olarsa və ya bu işin onların səhhətinə zərəri olarsa, bu icazəlidirmi? Belə ki, bəzi tibbi cəmiyyətlərin verdiyi məlumata görə siqaretin ziyanı onun tüstüsü ilə dolmuş yerdə olan adam üçün siqaret çəkən adamdan üç dəfə çoxdur. Buna görə də ticarət mərkəzlərinin və dövlət idarələrinin çoxunda siqaret çəkməyi qadağan etmişlər. Belə bir şəraitdə “siqaret çəkmək qadağandır” elanına qarşı çıxmaq icazəlidir, yoxsa mütləq ona əməl olunmalıdır?
Ad: Huseyn, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Başqalarına əziyyət vermək icazəli deyil və başqalarına zərər dəyməsinə səbəb olan hallarda da siqaret çəkmək icazəli deyil. Siqaret çəkməyi qadağan edən dövlət idarələrində və ya xüsusi idarələrdə, hətta heç kəsin əzab-əziyyətinə və narahatçılığına səbəb olmasa belə, bu iş haramdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP