Sual (61) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.UZU ULGUCLE QIRXMAGIN HOKMU NEDIR?ALLAHIN BUTUN REHMETI DUNYA VE AXIRETDE UZERNIZE OLSUN INSHALLAH AMIN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata görə haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (62) : Salam. Qadınların televizor, ya internet vasitəsilə futbol oyununa baxmalarının hökmü nədir?
Ad: Nurcan Eliyeva, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Aşağıdakı şərtlərlə qadınların futbol oyununa baxmaları icazəlidir:
1. Canlı yayım olmasın.
2. Baxmaq ləzzət qəsdi ilə olmasaın.
3. Öz ardınca fəsad gətirmək ehtimalı olmasın.
Bundan qeyri surətlərdə icazəli deyil.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (63) : assalamu aleykum! musiqiye qulaq asmaq haramdir, men evde anam qulaq asqiqi ucun mende qulaq asmaq mecburiyyetinde qaliram! ne qeder de bunun haram olduqunu desemde esitmir hetta menden inciyir. men axi neynim?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində ixtiyari halda dinləməyin və siz istəmədiyiniz halda musiqinin səsi özü qulağınıza yetişsə, bunun sizə günahı yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (64) : SALAM NECE DEFE TOVBE ETMEK OLAR?
Ad: fedai, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sonsuz həddə tövbə etmək olar. Əgər tövbə etsəniz, sonra onu sındırsanız, yenə tövbə edin. Çünki Allahın rəhməti genişdir. Onun rəhmətindən məyus olmaq özü böyük günahdır.
Allah tövbələri çox-çox qəbul edən mərhəmətli və bağışlayandır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (65) : Əgər bir kəs şərab içmir, amma şərab içənə digər işlərində kömək edirsə, bunun hökmü nədir?
Bismillahir-rəhmanır-rəhim
Əgər bu onun günah və fasadına kömək edirsə, haramdır.
Bir maraqlı hekayə ilə şərab içənə kömək etməyin ağırlığını çatdırmaq istərdik:

Şərab içənlərə kömək etməyin aqibəti

Günlərin birində həzrət İsa (ə) bir qəbrin yanından keçirdi. Qəbirdən od qalxdığını gördü. Allahdan istədi ki, qəbir sahibini diriltsin. Elə ki, dirildi, onun boynu və ayaqlarında oddan zəncirlər olan bir qadın olduğunu gördü. Həzrət İsa (ə) ondan soruşdu: Dünyada nə günah etmisən ki, belə əzaba düçar olmusan? Qadın dedi: Günahım bu olub ki, bir gün qonşunun evinə getdim. Evdə bir dəstə adam toplaşıb şərab içirdilər. Qonşunun arvadı onlara çörək bişirirdi. Onun uşağı ağlayırdı. O uşağı mənə verdi ki, ona süd verim. Uşağa süd verdikdən sonra çörək bişirməsinə də kömək etdim. Həmin köməyə görə də bu əzaba düçar olmuşam və 70 ildir ki, mənim qəbrimdən od çıxır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (66) : assalamu aleykum! siye saqqalini saxlayib biqini qirxa bilermi?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bizim şəriətimizdə saqqal saxlamaq zəruri və onu ülgüclə (yəni saqqal qalmayacaq həddə) qırxmaq haram iş sayılmışdır.
Peyğəmbər  (s) buyurub: "Mənim Rəbbim bığı qısaldıb saqqal saxlamağa əmr etmişdir. ("Bihar əl-ənvar", c. 20, s. 389-390, "Məkatibur-Rəsul", c. 1, s. 90).
O həzrət digər bir hədisdə belə buyurmuşdur: Saqqalı qırxmaq müslə sayılır və hər kəs müslə edərsə Allah ona lənət etsin. (Vəsail əl-şiə, c.1 ,s. 59).
Qurani kərimdə həlak olmasından xəbər verilən tayfalardan biri də Həzrət Lutun (ə) qövmüdür. Peyğəmbər (s) buyurmuşdur ki, Allah taala onları 10 günahın ucbatından həlak etdi. Onlardan biri də saqqalı qırxıb bığı saxlamaq idi. ("Müstədrək əl-vəsail" , c. 1, s. 407)

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (67) : Salam olsun ALLAHIN Momin bendesine men size bir vacib sual vermek isteyirem muselman qadin toy meclisine gede bilermi?
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Spirtli içkilər içilən, yaxud haram musiqi və naməhrəmlərin bir-birinə qarışması nəticəsində harama düşəcəyiniz məclislərdə iştirak etmək icazəli deyil. Amma halal toy məclisləri olsa, orada iştirak etməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (68) : Allahın salamı olsun üzərinizə. Haram məfhumu ilə harama yaxın məkruh, məfhumu eyni məna daşıyırmı? Allah razı olsun
Ad: Günahkar bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, eyni mənanı daşımırlar. Haram, yəni bu işi etmək olmaz, qadağandır və əgər edilərsə, günahdır. Məkruh, yəni bu işi etmək bəyənilmir, xoşlanmır və əgər edilərsə, günahı yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (69) : salam bir qadin nikahdan qeyri yolnan usaqa qalib indi 6 ayliqinda bilinir usaq onu atdira biler
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Xeyir, uşağı saldırması icazəli deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (70) : Salam aleykum.Əvvəla Hz.Məhdi (ə.f)mövludu sizlərə və bütün əhli beyt sevərlərə mübarək olsun. 1)Açıq-aşkarda naməhrəmlərlə səmimi münasibətdə olan və bir çox insanların da onun günahlarına şahid olduğu halda,bir sözlə haqqında yaxşı sözlər deyilməyən bir kəsin əməlləri haqqında onu tanımayanları məlumatlandırmaq,ondan münasibətlərini kəsmələrini söyləmək qeybətdi?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər aşkara günah edirsə, yalnız etdiyi günahı demək olar. Ondan başqa əməllərini demək qeybət sayılır.
Bir neçə yerdə həqiqəti söyləmək qeybət sayılmır və bu icazəli yerlərdən biri də məşvərət zamanıdır. Önəmli şəxsi və ya ictimai məsələlərdə (evlənmək, alış-veriş, işçiləri, müdirləri işə götürmə və ya təyin etmə kimi yerlərdə) bir başqası ilə məşvərət edərkən nəzərdə tutulan şəxsin zəif cəhətlərini və eyiblərini söyləməyə ehtiyac olarsa, bunlar barədə məlumat verməyin heç bir zərəri yoxdur, əksinə, bəzən bunu söyləmək hətta lazım olur. Əmirəlmöminin Əli (ə) buyurur: "Məşvərətə çağırılan şəxs əmin olmalı və xəyanətə yol verməməlidir". Buna görə də məşvərət edənə bütün həqiqətlər bəlli olmalıdır ki, o, qabaqcadan xəbərdar olub işini düzgün qura bilsin. Əgər həqiqət deyilməsə, məşvərətçi tərəflərdən biri xəyanət etmiş olur. Şeyx Ənsari buyurur: "Qeybətin müstəsna hallarından biri də məşvərət edənin nəsihətidir, çünki məşvərət edilən şəxsin vəzifəsi, məşvərətçi tərəfin xeyrinə lazım olanları söyləməkdir, əgər həqiqəti deməsə, ona xəyanət etmişdir. Bəzi vaxtlar nəsihət etməməyin ziyanı qeybət etməkdən daha çox olur. ...Hətta əgər bir şəxs məşvərət etmədən haqqında heç bir məlumatı olmayan bir qadınla evlənmək istəyərkən onun yaxın adamı bu qadının eyiblərini bilib ona deməsə, bu, pis aqibətlə nəticələnə bilər. Burada qeybətə mübtəla olsa da, onu gerçəklikdən xəbərdar etməlidir. Şübhəsiz, belə qeybət möminə nəsihət etməməkdən yaxşıdır, xüsusilə bəzi rəvayətlərin zahiri mənası möminə nəsihət etməyin vacib olmasına dəlalət edir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP