Sual (41) : Salam ələkum livat edən bağışlanırmı?
Ad: Qalib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər bir kəs etdiyi günahdan peşaman olaraq həqiqi tövbə etsə, Allah onun günahını bağışlayar, hətta bu günah nə qədər ağır olsa da və sanki heç bir günah etməmişdir.
Mütəal Allah buyurur: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).
Digər bir ayədə buyurur: “Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun”. (“Zumər” 54).
Bəqərə surəsində isə tövbə edənləri (bağışlamaqdan əlavə) sevdiyini də bəyan edərək buyurur: “Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir”. (“Bəqərə” 222).
Allah bəndələrinin tövbəsini çox sevər. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Allah, bəndəsinin tövbəsindən, gecəninin qaranlığında öz miniyini və azuqəsini itirib, sonra da onu tapan insanın sevincindən də çox şad olar”.
Əgər insan xeyir işlər görərək tövbə edərsə, şübhəsiz ki, İlahi lütfə şamil olar. Belə ki, Allah buyurur: “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar)”. (“Furqan” 70).

http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (42) : assalamu aleykum! uzr isteyirem sualima gore. ehli sunne ikle siyeler arasinda bir sual yaranib, insanin eli ile ozunu bosaltmasini biz siyeler haram ve zina sayiriq, onlar ise bunun haram ve zina olmadiqini soyleyir. bu haram ve zinadir,yoxsa yox?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu əməl haram və günahdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (43) : men nefsime qalib gelmek isdiyirem istimna eliyirem sonra pewman oluram nefs meni cehenneme apara biler nefsime mudafie nece ederem pis iwlerden nece cekinim namaz qiliram ama udasini isdiyirem
Ad: ruslan, Ölkə: tiflis, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
A

dət etdiyiniz əməli tərk etmək üçün səbirli və hövsələli olmaq lazımdır. Öz iradənizi gücləndirməyinizə ehtiyac vardır. İradənizi gücləndirmək üçün bu işi tərk etdikdən sonra Allahın sizə verəcəyi mükafatı fikirləşin. Bilin ki, günah əməli tərgitmək və ondan çəkinmiək nə qədər çətin olsa, tərgitdiyiniz surətdə əcriniz də bir o qədər çox olacaq və təsəvvüredilməz dərəcədə kamala çatacaqsınız. Ona görə də heç vaxt məyus olmayın, bilin ki, siz bu işi tərgitməyə qadirsiniz.

Aşağıda deyəcəyimiz qeydlərə əməl etsəniz, inşaallah sizin bu bu əməldən yaxa qurtarmanıza daha artıq kömək edər.

1. Birinci olaraq, həqiqi tövbə etməli və bu işdən çəkinməyinizi doğrudan da qarşınıza məqsəd qoymalısınız. Hal-hazırda sizin vəzifəniz keçmişdə etdiyiniz günahla görə Allahdan bağışlanmaq tələb etmək və Allahla olan əlaqəni möhkəmləndirməkdir. Bil ki, O səni çox sevir və ona görə də bu işi tərk etməyi sənin zehninə salır və səni özbaşına buraxmamışdır. Öna görə də günaha qarşı etinasız olma və bundan ciddi surətdə çəkinməyə çalış bu işdə Allaha söz ver. Əlbəttə, çəkinə bilməyəcəyin təqdirdə, yenə də məyus olma. Yenidən tövbə et, günahını tərk edəcəyinə söz ver. Allah həmişə tövbələri qəbul edəndir. Bəs nə qədər gec deyil tövbə et və özünü bu batlaqdan kənara çıxar. Bundan yaxa qurtarmağı niyyət et və Allahın vacib etdiyi (namaz, oruc, xüms, camaat haqqı və s. ) əməlləri dəqiq surətdə yerinə yetirməyə çalış.

2.Bu əməlin nə qədər çirkin olmasına, Allahın bundan nə qədər qəzəblənməsinə diqqət et. Bu barədə hədislərə müraciət et. Nəql olunduğuna görə İmam Sadiqdən (ə) bu əməl haqqında soruşulduqda həzrət (ə) buyurdu: “Çox böyük günahdır. Bu işi görən özü ilə izdivac etmişə bənzəyir. Kimsənin bu işi gördüyünü bilsəm onunla bir süfrə arxasında əyləşmərəm”. Rəvayətçi soruşdu: Quranda bu haqda ayə varmı? Həzrət bu ayələri oxudu: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”. Bu ayə iki dəfə Quranda təkrar olumuşdur. Bu da həmin günahın nə qədər ağır olmasını göstərir. Peyğəmbər (s) buyurur: “Hər kəs öz əli ilə zina etsə, məlundur”.

3. Bu əməlin həm qadın, həm də kişiyə olduqca ağır psixi və cismi cəhətdən mənfi təsirləri olması barədə həkim məsləhətlərinə qulaq as. Tibb elmləri üzrə mütəxəssis alimlər onanizmin (istimna və ya kəfləmə) böyük fəsadlar törətdiyini bildirmişlər ki, aşağıda diqqətinizə çatdırırıq. Bəzi yazıçılar onanizmin törətdiyi zərərlər haqqında yazırlar: “İnsanın əxlaqı təsəvvür olunmaz dərəcədə mənfiyə doğru dəyişir. Paxıllıq (dargözlük), qəm-qüssə, malxülya (səbəbsiz ruh düşkünlüyü) və guşənişinlik cinsi pozğunluğun bu növünə qurşanmağın acı nəticəsidir” . Bəzi alimlər “Cinsi zəiflik” kitabından sitat gətirərək yazırlar: “Onanizm cinsi aktın qeyri-normal keçməsinə - cinsi zəifliyə (impontesiyaya) səbəb olur. Fərdi qorxaq, süst edir, cəsarətini əlindən alır. Bəzən cinsi yetginlik dövründə davamlı Onanizmlə məşğul olmaq fərdi narkotik maddələrin belə bacarmadığı şəkildə zəiflədir”  Bundan başqa gözün tor qişasında, eləcə də xovlu qişasında xəstəlik törədir. Bu iyrənc əməl davamlı olduqda üz öz rəngini itirir və solğun görünür. Çöhrədə tutqun hal yaranır. Göz yaşıl halqa ilə əhatə olunur. Bundan sonra müxtəlif üzvlərdə süstlük, əzginlik müşahidə olunur. Hafizə zəifləyir, iştah azalır, həzm çətinləşir, nəfəs təngiyir. Cinsi pozğunluğun məlum növünün digər əlamətləri isə qan azlığı, baş gicəllənmə, arıqlama süstləşmə və s.-dır” . Alimlərdən biri yazır: “Onanizm gənclik təravətini, yaraşığı azaldır. Davamlı olduqda isə impatensiya ilə nəticələnir. Saçlara dən salır, vaxtsız qocalığa yol açır. Orqazmın tezləşməsi onanizmin acı nəticələrindəndir.
İnsanın əsəblərində o qədər narahatlıq yaradır ki, hətta, gözünün qabağında bir milçək gördükdə belə narahat olur, əsəbləri gərginləşir. Hətta gözlərini bağladıqda belə milçəyin ona əziyyət edəcəyindən qorxur, başı gicəllənir yerə yıxılır.

3. Qabaqda da dediyimiz kimi əgər bu əməldən bir dəfə çəkinə bilmədinizsə, bir daha özünüzü yoxlayın. Təkrar-təkrar tərk etməyi yoxlamaqdan qorxmayın. Amma bir şeyə diqqət edin. Görün ki, nə vaxt və hansı şəraitdə siz onanizmlə məşğul olmaq fikrinə düşürsünüz və nə vaxtlar özünüzdə buna səbəb olacaq xəyallar yaradırsınız. Bunları özünüz üçün yazaraq qeyd edin və çalışın ki, belə bir şəraitə düşməyəsiniz. Məsələn, əgər gördünüz ki, tək qaldıqda bu hisslər sizdə yaranır, onda tək qalmayın, əgər hansısa səhnələrə tamaşa etdikdə olursa, həmin səhnələrə baxmaqdan çəkinin. Hansısa dostlarınız, tanışlarınızla yoldaşlıq etdikdə bu fikirlər sizdə yaranırsa, onlardan uzaq olun.

4. Bunun tərk olunması üçün başqa təhrikedici səbəbləri də tanımalıyıq və onlar ibarətdir:

a). Təhrikedici yeməklər yemək; o cümlədən acı bibər və soğan, və s.

b). İşsizlik

v). Təhrikedici səhnələrə baxmaq.

q). Təhrikedici hekayə və dastanlar oxumaq.

ğ). Yumşaq alt paltarları geyinmək.

d). Yuxu gəlməzdən öncə yatağa girmək və yuxudan gec oyanmaq, ayıldıqdan sonra lazımsız yerə öz-özünə fırlanmaq, dolanmaq.

e). Bədən üzvlərinə şəhvətlə əl çəkmək.

5.  Bütün boş vaxtlarınızı doldurun və həmişə işlə məşğul olmağa çalışın. Vaxtınızı dəqiq surətdə tənzimləyin. Əgər başınız işə qarışsa, zehniniz də həmin işə yönələr və şeytanın sizin zehninizə daxil olma yolları bağlanar.

6. Özünüzə imanlı dostlar tapın, onlarla oturub-durun ki, həmişə Allahı sizin yadınıza salsın.

7. Hər vaxt bu işlə məşğul olmaq istəsəniz, bir az gecikdirin. Özünüzə xatırladırn ki, “daha bəsdir bu işlə məşğul olduğum”. əlinizin üstünə vurun ki, bunun ağrısı bəlkə sizi oyatdı.

Onanizmdən yaxa qurtarmaq üçün aşağıdakı tövsiyələrə də diqqət etmək lazımdır:

a) Əgər evlənməmisinizsə, tezliklə evlənməyə çalışın.

b). Yatmaq vaxtı çox yemək yeməyin və gecələr həmişə yüngül və yatmazdan qabaq yemək yeyin.

v). Dar və yapışqan paltarlar (xüsusilə də alt paltarları) geyinməkdən çəkinin.

q). Şəhvəti təhrik edən film və şəkillərə tamaşa etməkdən ciddi surətdə çəkinin. Belə hallarla təsadüfi üzləşdikdə tez gözünüzü yumun, həmin səhnədən uzaqlaşana qədər yerə və ya göyə göz dikin.

ğ). Cinsi məsələlər barədə fikirləşməyin. Hətta, bu barədə məlumat toplamağa da çalışmayın.  

d). Başqalarının cinsi zarafat və hərəkətlərinə da baxmayın.

e). Təhrikedici yeməklər yeməyin. O cümlədən acı bibər, soğan, xurma, yumurta, sosiska, kalbasa, qırmızı ət (mal-qoyun əti), yağlı yemək və s. Bunları yemədikdə sizin bədəniniz üçün bir problem yaranacağından qorxmayın. Həmişə bir az aclıq hiss edin. Yəni az yeyin ki, bir az aclıq hiss edəsiniz.

e). Su və başqa maye şeyləri çox içməyin. Xüsusilə də, gecələr, yatamzdan qabaq və yeməyin arasında.

j). Artıq enerjinin boşalması üçün idmanla məşğul olun. Lakin sadə və uzun müddətli idmanla məşğul olun, belə ki, bədəninizdəki su sidik və tər vasitəsilə çıxsın.

z). Bütün boş vaxtlarınızda dua, ziyarət, mütaliə və s. bunun  kimi işlərlə məşğul olun.

i). Heç vaxt xəlvət yerlərdə qalmayın və həmişə camaat çox olan yerlərdə olun.

k). Cinsi fikirlər zehninizə gələn kimi namaz qılmağa başlayın və pis fikirləri özünüzdən uzaqlaşdırmaq üçün mənəvi və müsbət şeylər barədə fikirləşin. Allahdan kömək istəyin. Hətta, əgər küçədə, xiyabanda, avtobusda, camaatın çoxlu toplaşdığı yerdə də bir müstəhəb namaz niyyəti edərək, ayaq üstə, ya oturduğunuz yerdə, ya yol gedərkən namazınızı qılın. Əgər xəlvət yerdəsinizsə, tez oradan camaat olan bir yer çıxın, söhbət etmək üçün özünüzə yoldaş tapın.

l). Müstəhəb oruc tutun, əgər buna gücünüz çatmasa, əxlaqi oruc tutun, yəni öz yeməynizi azaldın və ac qala bilənə qədər bir şey yeyib-içməyin, ya yemək vaxtları arasındakı fasiləni uzadın.

m). Müxalif cinslə çox əlaqə saxlamayın, onlarla lazım olmasa söhbət etməyin və söhbət etdikdə zərurət miqdarı ilə kifayətlənin və heç vaxt onlarla məhəbbətlə söhbət etməyin.

n). Quran və dua çox oxuyun və onlaırn mənasına fakir verin. Dini mərasimlərdə iştirak edin və öz mənəvi ruhiyyənizi artırmağa çalışın.

o). Sizdə şəhvət hissi və belə xəyyallar yaranmasına səbəb olan dost-tanışlarınızdan uzaq olun.

p). Ölümü və axirəti həmişə zehninizdə saxlayın və fikirləşin. Hər gün iyirmi səhifə ölüm və axirət barədə yazılmış kitabları mütaliə edin, onların mənası barədə fikirləşin.

r). Heç vaxt üzü üstə yatmayın və əgər tövbə etməyinizin yaddan çıxması üzündən onanizmlə məşğul olsanız, yadınıza düşən kimi özünüzə söz verdiyinizi xatırlayın və bu əməli tərgidənə kimi özünüzə cərimə və şəri riyazətlər (bir neçə gün oruc tutmaq kimi) təyin edin.

Sonda isə bunları diqqətinizə çatdırırıq ki:

a). Bu deyilən əməllərin hamısını yerinə yetirmək lazımdır və bunları davamlı surətdə həyata keçirin. İyirmi gün əməl etdikdən sonra bunun nəticəsi barədə bizə xəbər verin.

b). Əgər arada günaha mürtəkib olsanız, Allahın rəhmətindən məyus olmayın və bu əməli tərgidəcəyiniz surətdə sizi necə bir paklığın gözlədiyini fikirləşin. Sizi bu əməlin əncamına sövq verən səbəbləri özünüzdən uzaqlaşdırın, belə fikirlri boğun ki, bir daha sizi sövq edə bilməsin.

v). Bütün mərhələlərdə Allahdan sizə kömək etməsini istəyin, həmişə Ona yalvarın, Onunla sadiqanə söhbət edin.
2. Musiqi eyş-işrət məclislərinə uyğun olsa, ona qulaq asmaq və onu ifa etmək haram, əks təqdirdə icazəlidir.
3. Öz əməlinizdən peşiman olub, həqiqi tövbə etdiyniz surətdə Allah günahınızı bağışlayar və əməllərinizi qəbul edər.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

http://sual.nur-az.com/az/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Sual (44) : Salamun aleykum. Qadin oruclu oldugu halda yoldasi mecbur ve ya zorla cinsi elaqeye girse, qadinin orucunun hokmu nedir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə, yaxud onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma əgər cima halında yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülərsə, gərək dərhal cima halından çıxsın, əgər çıxmasa, onun orucu batildir.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (45) : salam. Men ehli kitab olkesinde yashayiram burda olan muselmanlarin toy merasiminde adet olaraq sherab verirler. ve toy iki yerede olar bir xanimin evinde bir kishinin evinde. qadinin atasi sherab verdikde men bey olaraq qadinimin yaninda otura bilerem? menim Öz toyumdur. qadinim terefde olan toyda bey olaraq sherab meclisinde otura bilerem ?
Ad: drongo, Ölkə: gürcüstan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Şərab içilən və ləhv-ləib məclislərində iştirak etmək heç kəs üçün caiz deyil və bu əməl günahdır, hətta istər öz toyunuz olsa belə.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (46) : Salam {birde bilmek isteyirdimki saxta sened duzeldib xesde adiyla dovletden pensiye almaq olar O pul haramdi?}
Ad: RehmaN, Ölkə: AzerbaycaN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Bu əməl günahdır və alınan pul da haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (47) : Salam. Mənim üçün önəmli olan bir məsələ haqqında sual vermək istərdim. Allah qismət etsə İnşAllah sentyabr ayının 25-də toy etmək istəyirəm. Yəni şadlıq sarayı danışılarkən həmin günün Qurban bayramına təsadüf edəcəyini bilmirdim. İndi isə artıq məlumdur ki, bu il 24-25 sentyabr Qurban bayramı elan olunub. 25 sentyabr həmçinin cümə gününə təsadüf edir. Bilmək istərdim ki, dini cəhətdən Qurban bayramı günü toy etməyə icazə varmı ? Əsas maraqlandıran sual isə həmin gün toyda içki verilməsi məsələsidir. Təbii ki, məndən olsa həmin gün içki verməzdim ama toya gələcək insanlara görə içki də vermək məkburiyyətində qalıram. Mümkünsə bu məsələyə bir aydınlıq gətirin. Əlbət ki, içki tək Qurban bayramında deyil, hər zaman üçün haram buyrulub ama sırf Qurban bayramı günü içki verilməsi daha da ağır günahlara səbəb olarmı ? Tarixi dəyişmək istəyirəm ama digər tərəfdən də mənim adım da Qurban bayramı ilə əlaqədar bir addır, fikirləşirəm bəlkə qismətdir belə olmağı…
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Allah təala hər bir insanı azad və ixtiyarlı yaratmışdır. Belə ki, ona seçim qüvvəsini bəxş etməklə seçimi onun öz ixtiyarına qoymuşdur. Deməli, insan hər hansı bir vacib, yaxud haram bir əməli yerinə yetirməkdə məcbur deyildir. Haram toy və məclis təşkil etmək günahdır. Allah bütün insanları bu dünyada imtahan edir. Müsəlman olan şəxsə vacibdir ki, Allahın vaciblərini yerinə yetirib haramlarından çəkinsin. Əks halda gühankardır və etdiyi hər bir əmələ görə cavab verəcəkdir. Bilmək lazımdır ki, Allahın razılığı insanların razılığından üstündür.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (48) : salam aleykum.. qumarxanada oturmaq olar? hem cayxanadi hemde qumarxana..cay icmek ucun orda oturmaq olar? Allah sizden razi olsun
Ad: nicat, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İcazəli deyil.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (49) : salamun aleykum ve rehmetullah ve beraketuh agam suallarimi cavablandirdigin ucun twkler aga men ickili meclislere getmirem ne toya nedeki ag gunlerine ailem menim ustume cox gelirler ve men onlara sozumu catdiriramki olmaz haramdir menim orda iwtirak etmeyim anamin bacimin xetrine deyir inciyirler onlarin sozune qulaq asmadigim ucun indi men gunaha girirem agam Allah razi olsun sizdem
Ad: eqidem sie, Ölkə: sualim , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şərab içilən məcllislərə, habelə əmr be məruf və nəhy əz münkər etmək mümkün olmayacağı digər haram məcllislərdə iştirak etmək icazəli deyil.
Belə məsələlərdə Allahdan başqa heç kimdən itaət etmək olmaz.

http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (50) : salam aleykum aga.sualim budirki uzu uz qirxan masinla berbere qirxdirmagin hokmu nedir? qarsiliginda alinan pulun hokmu nedir? yani saqqali berberde ulgucle deyil. uz qirxan masinla qirxdirmagin hokmu nedir? nezere alagki saqqali tam qirxmag deyil sadec qisaltmag nezerde tutulur aga.
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər saqqal qalmayacaq həddə qırxılsa, vacib ehtiyata görə haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP