Sual (31) : Azərbaycanda şadlıq saraylarında toy məclisi adətən spirtli içkilərlə ve haram musiqilerle kecirilir. İnsanlar içirlər. Həmin məclislərdə spritli içki olmayan stolda oturmaq və o süfrədən nəsə yeməyin hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin məclisin əhllindən sayılsanız, icazəli deyil.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (32) : uzu lezva ile qirxmaq haramdirmi?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata görə üzü saqqal qalmayacaq həddə qırxmaq haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (33) : wahmat haqqinda nezeriniz necedir
Ad: vuqar, Ölkə: azerbaycan , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər mükəlləfin nəzərincə şahmat hal-hazırda qumar alətlərindən sayılmasa, hеç bir şərt еdilmədən şahmat oynamağın еybi yoxdur. Əks təqdirdə (yəni qumar alətlərindən sayılsa,  yaxud şərt bağlanması ilə oynanılsa) haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (34) : Salam aleykum domino oynamaq olarmi?
Ad: Sübhan sadıqov , Ölkə: Salam aleykum , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Hərçənd udub-uduzmaq şərt edilməsə də və sizin yaşadığınız məntəqədə domino qumar aləti olaraq düzəldilməmiş olsa da domino oynamağın iradı vardır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (35) : Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. 1. Sualım bundan ibarətdir ki, mənim atam da işləyir, özüm də işləyirəm. Gündəlik yemək içməyimizi də təmin edə bilirik. Amma evimizin tə`mirdən ehtiyacı var və tə`mirə maddi durumumuz çatmır. Bilmək istəyirəm ki, bu halda bangdan kredit pul götürüb evimizi tə`mir edə bilərəmmi ? Və yaxud bangdan pul götürüb ev tikə bilərəmmi ? 2. İkinci sualım da budur ki, bildiyiniz kimi Azərbaycanda istər yol üstü olsun, istər belə olsun, restoranların 98 faizində içki (şərab) verilir. Biz namaz qılanlar da səfərə çıxanda həmin restoranlarda çay da içirik, çörək də yeyirik. Ruhanilərin bəziləri deyir xeyr olmaz haramdır, bəziləri isə deyir olar. Amma çəkinsəniz yaxşı olar. İndi qalmışıq belə ki, bizim vəzifəmiz nədir bu halda ? Hərə bir söz deyir, bizdə qalmışıq çaşqınlıqda. 3. Üçüncü sualım da budur ki, qohum əqrəbada toy şənliyi olur və bizi də həmin şənliyə dəvət edirlər. Şənlik də fəsad məclisidir. Həm içki verilir həm də musiqi ilədir. Getməsək qohumluqda böyük narazıçılıqlar baş verir. Odur ki, bu halda vəzifəmiz nədir? Heç olmaya xərc göndərə bilərikmi? Və yaxud nədir vəzifəmiz? Öncədən təşəkkür edirik.
Ad: Əmin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Ümumiyyətlə, borc almaq faizli olsa da qanunvericiliyə əsasən doğrudur, lakin faizlə götürmək isə təklifi (şəri vəzifə) baxımından haramdır. Yalnız o vaxt halal olar ki, bu haram işi icazəli edəcək həddə çarəsiz olasan. Hətta bu halda da harama düşməkdən qorunmaq mümükündür. Belə ki, pulun faizini ondan alacaqlarını bildiyi halda, gərək götürülən pulun faizini ödəməyəcəyini niyyət etsin.
2. Şərab içilən məclisdə iştirak etmək heç kəsə icazəli deyil.
3. Həmin məclislərə getmək icazəli deyil, pul göndərməyə gəldikdə isə qeyd olunmalıdır ki, əgər məclisin xərclərini ödəmək üçün olmasa və o məclisə dəstək vermək sayılmasa, iradı yoxdur.

http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (36) : Nərd,domino , kart və s oyunlar onlayn və yaxud kompyuterlə oynamaq caizdirmi?
Ad: Salman, Ölkə: Az'rbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nərd və kart oyunları haramdır - istər kompüter vasitəsilə olsun, istərsə də real, istər başqasıyla oynasın, istərsə də tək.

Eyni şəkildə digər bəhsli oyunlar da haramdır. Vacib ehtiyata əsasən, xalq arasında qumar aləti kimi tanınan oyunlarda bəhs edilməsə də oynamaq haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (37) : Əssalamu Aleykum.Biz çayxanada vaxt keçirmək üçün nərd oynayırıq,lakin nə mərc nə də ortada heç bir maraq yoxdu.Bunun hökmü nədir?
Ad: roma_n_amor@mail.ru, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nərd oynamaq mütləq şəkildə haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (38) : Salam. nərd oyunu və stolüstü oyunlar haqqında fətvani bilmək istərdik?
Ad: cəmşid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Şahmat və nərd oynamaq haramdır. Eyni şəkildə digər bəhsli oyunlar da haramdır. Vacib ehtiyata əsasən, xalq arasında qumar aləti kimi tanınan oyunlarda bəhs edilməsə də oynamaq haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : SaLaM. { ata oglun icqi almaga gonderse gedmelidi birdeki ata evde icqi icirse biz o usdulda oturub corek yeye bilerik}
Ad: RehmaN, Ölkə: SaLyaN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Əgər ata-ana övladı günah işə əmr etsələr, yaxud Allahın vacib etdiyi bir işi tərk etməyə əmr etsələr onlara itaət etmək olmaz.
2. Əgər həmin, məclisin adamından hesab edilsəniz, vacib ehtiyata görə icazəli deyil.

http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (40) : SaLaM. { sualim buduki namehrem anam yasda olsa onunla goruse bilerem.? Birdeki men icqili musiqili toya gedib ayrica icqi olmayan usdulda otura bilerem.? hemde musiqi neycin haramdi?}
Ad: RehmaN, Ölkə: SaLyaN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Naməhrəmlə əl verib görüşmək icazəli deyil, yalnız bu şərtlərlə icazəlidir ki, əlin-ələ dəyməsinə mane olacaq bir parça və ya əlcəyin üzərindən olsun; bir-birlərinin əlini sıxmasınlar; ləzzət qəsdi olmasın; harama düşmək qorxusu olmasın.
2. Vacib ehtiyata görə spirtli içkilər içilən məclisə daxil olmaq haramdır. Əgər həmin məclisin üzvündən sayılacaqsınızsa, ora girməyiniz icazəli deyil.
Habelə, əgər əmr be məruf və nəhy əz münkər edə bilməyəcəksinizsə, haram musiqilər ifa edilən məclisə daxil olmayın.
3. Hər musiqi haram deyil. Kef və eyş-işrət məclislərinə uyğun olan musiqilər haramdır. Bunun da haramlığına fiqhi dəlillər vardır.

http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP