Sual (21) : Salamun alaykum.usdol usdu oyunlarln hansl halaldl? Ve hansl haramdl?
Ad: Sadir, Ölkə: Abdullayev, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Şahmat və nərd oynamaq haramdır. Eyni şəkildə digər bəhsli oyunlar da haramdır. Vacib ehtiyata əsasən, xalq arasında qumar aləti kimi tanınan oyunlarda bəhs edilməsə də oynamaq haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : Salam . Üzü lezva ile qırxmaq düzgündürmü? Allah razı olsun
Ad: Ayaz, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata görə haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Salam qardas menim size syalim var skumbiriya baligini yemek olar ?? 2 qardas men tez tez istimna edib tovbe etmisem ve pozmusam texmini bir ay indi pesmanam Allah meni bagislayar ???
Ad: mamed, Ölkə: azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Balığın halal-yaxud haram olması barəsə meyar budur: Əgər pulcuqlu olsa, onu yemək olar, əgər pulcuqlu balıqlardan olmasa, onun yeyilməsi haramdır.
2. Əgər bir kəs etdiyi günahdan peşaman olaraq həqiqi tövbə etsə, Allah onun günahını bağışlayar, hətta bu günah nə qədər ağır olsa da və sanki heç bir günah etməmişdir. 
Mütəal Allah buyurur: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).
Digər bir ayədə buyurur: “Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun”. (“Zumər” 54).
Bəqərə surəsində isə tövbə edənləri (bağışlamaqdan əlavə) sevdiyini də bəyan edərək buyurur: “Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir”. (“Bəqərə” 222).
Allah bəndələrinin tövbəsini çox sevər. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Allah, bəndəsinin tövbəsindən, gecəninin qaranlığında öz miniyini və azuqəsini itirib, sonra da onu tapan insanın sevincindən də çox şad olar”.
Əgər insan xeyir işlər görərək tövbə edərsə, şübhəsiz ki, İlahi lütfə şamil olar. Belə ki, Allah buyurur: “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar)”. (“Furqan” 70). 

http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : Facebook dan istifade haramdırmı?
Ad: resul, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Diqqət etmək lazımdır ki, belə sosial şəbəkələrdə üzv olmaq əxlaqi, ictimai və siyasi fəsadlara səbəb olduğu üçün icazəli deyil.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (25) : salamun aleykum. Sualim şahmatla baglidir? halal ve haram olmagi barede, ve tefsilati ile mumkunse, haramdisa niye, yeni mumkumse aciqlamasinda yazasiz
Ad: Sadiq, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Şahmat oynamaz mütləq şəkildə haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : Salamun aleykum Demino seri cehetden harammi
Ad: Azer, Ölkə: Baki , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər camaat arasında qumar alətləri sayılmazsa, udub-uduzmaq şərt olmadan oynamağın eybi yoxdur.
Amma qumar aləti sayılsa, yaxud şərt bağlmaqla yanaşı olsa, haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (27) : Salam aleykum. Pis seyler haqqinda meselen sehvetli fikirler,kiminlese zina etmek, livat etmek, kimise oldurmek,, kimese pislik etmek haqqinda fikirlewmek gunahdir? Hercend o fikirlewdiyini gerceklewdirmesede..... Allah siden razi olsun
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Günah mövzunu fikirləşmək günahla nəticələnməyənə qədər günah hesab olunmur. Lakin, sözsüz, insanın ruhuna mənfi təsir qoyur.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : SalaM{bayag yazmisdim siqarete tobe edib sonra pozmag isdeyen adam nece edmelidi possam gunah olmaz xais edirem etrafli yazardiz}
Ad: RehmaN, Ölkə: AzerbaycaN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər siqaretin sizin canınıza ciddi zərərli olması (gələcəkdə də olsa belə) sübuta yetsə, tövbəniz keçərlidir və onu pozmayın. Əgər pozsanız da yenidən tövbə edin. Amma siqaret çəkməyin sizin sağlamlığınıza ciddi zərəri yoxdursa, tövbəniz keçərli deyil və onu pozmağın eybi yoxdur.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : Ülgüc ilə üz vurmaq olarmi ya yox?
Ad: Əli, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata görə icazəli deyil.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Əvvəla sizdən bir dindar kimi xahiş edirəm ki, sualı diqqətlə oxuyub sonra cavablandırasınız. Sizə sual ünvanlamışdım ki, bildiyiniz kimi Azərbaycan İslam ölkəsi deyil və bu səbəbdən də Azərbaycanda bütün yol üstü yeməkxanaların 98-faizində içki (şərab) verilir. Biz dindarlar da səfərə çıxarkən həmin yeməkxanalarda yemək də yeyirik, çay da içirik. Bir daha nəzərinizə çatdırıram ki, olunan sualda söhbət məclisdən getmir, yolüstü yeməkxanalardan gedir. İçki məclisində (toy, ad günü və s.) iştirak etmək bəlli məsələdir ki, olmaz. Sualda söhbət yeməkxanalardan gedir. Bəzi ruhanilər deyirlər ki, yolüstü yeməkxanalarda yemək və içməyin işkalı yoxdur. Çox az qismi isə deyir ki, olmaz. İndi bilmək istəyirik bizim vəzifəmiz nədir? Səfərə çıxarkən və ya ümumiyyətlə həmin yeməkxanalarda yemək və içməyin hökmü nədir? Öncədən təşəkkürümü bildirirəm.
Ad: Əmin., Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şərab içilən məclisdə iiştirak etmək heç kimə icazəli deyildir. Bu cür məclisdə iştirak etməyin ki, müsəlman olduğunuza görə şərab məclisində iştirak etmədiyinizi və şərab içmədiyinizi insanlar anlasınlar.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP