Sual (11) : əgər bir nəfərin yanında başqasının qeybətini edirlərsə, həmin adama vacibdir ki, qeybəti olanı müdafiə etsin və onun qeybətinin olunmasının qarşısını alsın?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
İmkan olan surətdə, vacibdir.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Size yazmisdim qeybedden yazmisdiz qeybete qulaq asmaq haram deyil o nece olur QURANDA yazilmayibki qeybet edende qulaq asanda qardasinin olmus cesedin yemiskimidi. hemde yazmisdiz obiri mekdubda tanimadiginiz adamin qeybetine qulaq asmaq olar nece olur
Ad: Rehman, Ölkə: aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qurani Kərimdə belə bir ayə yoxdur. Quranda yalnız qeybət edənlər haqqında ayə vardır. Hərçənd ki, nəzərdə tutulan bu deyil ki, qeybət eşidən adamın şəri vəzifəsi yoxdur. O, nəhy əz münkər etməlidir.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Salam telvizordan praqrama baxiram orda birbirlerinin arxasican danisib qeybet edirler men ona telivuzordan baxsam qulaq assam gunah olar
Ad: Rehman, Ölkə: Aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qeybət etmək haramdır. Amma qeybətə qulaq asmaq öz-özlüyündə haram deyil.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : Salam aleykum.1)yaxin adamlarin ve 2) is yoldaslarin oldugu icki meclisinde oturmaq olarmi? zeruretden is seraitine gore uzu qirxmaq olarmi?
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
1. Şərab içilən süfrədən nə isə yemək haramdır. Həmçinin belə bir süfrədə əyləşmək ehtiyat vacibə əsasən icazəli deyil.
2. Saqqalı qırxmaq – ehtiyat vacibə görə - icazəli deyil. Ən azından o qədər olmalıdır ki, camaat arasında çənədə və yanaqlarda qalmış tüklərə saqqal deyilsin.
Yalnız iztirar (zərurət) hallarında, həmçinin saqqal saxlamaq adətən dözülməyən çətinliyə səbəb olarsa icazəlidir. Bu hallar o vaxt baş verə bilər ki, misal üçün belə bir iş yerində işləmək məcburiyyətində olsun.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (15) : Salam alaykum .men toy elemey isdeyirem inwallah .toyda isppirtli icgi olmasln isdemirem .ama ki atam menen hec razl deyil ne qeder desem ki haramdl bele meclis tewgil elemey xeyiri yoxdu .menim vezifem nedi indi ? Allah wahitdi ki men isdemirem haram meclisi . Allah razl olsun .
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Haram məclis təşkil etməyin.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Hərbi xidmətdə qırxılan saqqalın hökmü nədir ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, saqqalı qırxmaq və onu üzqırxan maşınla qırxmaq sayılacaq həddə azaltmaq, vacib ehtiyata əsasən, icazəli deyildir. 
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Salamun eleykum.ineyin quyruqun yemey olar?
Ad: Sadiq Abdullayev, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Haram deyil.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salam~~bir insan qeybet eliyen olub indi bu meselen 100ve yaxud 500yaxud 1000 neferin qeybetin ;edeib tovbe etse o insan bagislar AllaH?yoxsa butun qeybetin, etdikleri insanlarin Hamisindan halalliq ALMALIDIR?BU insanin Yadinda deyil AXI NECE NEFErin qeybetin edib ~mutleq butun Qeybetini Etdiyi insanlardan hAlaLlIq AlmAlIdir???
Ad: ramaL, Ölkə: azarbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Tövbə etsin. Qiybət və bu kimi işlərə görə əgər fəsadı olmasa, belə ki, halallıq istəmək baş verən hörmətsizliyin əvəzini çıxmaq sayılırsa, ehtiyata görə halallıq almaq lazımdır. Əks halda halallıq almaq vacib deyil.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Salam~Namehrem qadina mesaj yazmaq olar??oz ozluyunde haram niyyet olmadan
Ad: Ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Adətən günaha– tədrici şəkildə olsa da - düşmək təhlükəsi ilə müşayiət olunan belə münasibətlər icazəli deyil. Eləcə də zarafat etmək, qeyri-əxlaqi və sevgi-məhəbbət söhbətlərinə daxil olmaq haramdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Allahın salam və bərəkəti olsun üzərinizə. mənim dostlarım arasnda arq içən var xahiş edirəm buna aid nəsihət edəsiniz.
Ad: Sakit, Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Аrаq, pivə, hər cür məstеdici və yа istər mаyе, istərsə də quru hаldа оlаn еnеrji yаrаdаn yüngül məstеdicilərin qəbulu hаrаmdır. Аllаh-təаlа müqəddəs kitаbındа bеlə buyurmuşdur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Mаidə surəsi, аyə 90, 91).
Əziz Pеyğəmbərimiz Muhəmməd (s) isə bеlə buyurub: "Kim Аllаh-təаlа mənim dilimlə şərаbı hаrаm еtməsindən sоnrа аrаq icərsə, nişаnlıdırsа оnа qız vеrilməməli, şəfаət istəyərsə, şəfаət еdilməməli, bir söz dеyərsə təsdiqlənməməli və оnа əmаnət еtibаr оlunmаmаlıdır".
Digər bir hədisdə isə bеlə buyurduğu nəql оlunur: "Аllаh аrаğа, (bitkisini bu məqsəd üçün) əkənə, оndаn (həmin bitkidən) içki çəkənə, оnu içənə, оnu süzənə, оnu sаtаnа, оnu аlаnа, оndаn əldə оlunаn mаldаn yеyənə, оnu dаşıyаnа və оnun dаşınıldığı kəsə lənət еtmişdir".
Qеyd оlunаnlаrdаn əlаvə hədis və fiqh kitаblаrındа çохlu sаydа hədislər vаrdır.
http://sual.nur-az.com/az/28/G%C3%BCnahlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP