Sual (181) : Gəlinciklərin əl, ayaq və baş kimi üzvlərini düzəltmək heykəl düzəltməyin haram olduğu hökmə şamildirmi? Ona heykəltəraşlıq aid edilirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu üzvlərin sadəcə olaraq düzəldilməsi heykəl düzəltmək hesab olunmur, buna görə də işkalı yoxdur. Amma istər insan, istərsə də başqa bir şey kimi ruhu olan varlığın üzvlərini şəkli kamil olana qədər birləşdirmək heykəltəraşlıq işi hesab olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (182) : Bəzək əşyalarını heykəl şəklində düzəltməyin hökmü nədir? Heykəllərin düzəldildiyi maddə haramlığa olan hökmdə təsirlidirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ruhu olan varlıqların heykəli kamil heykəl şəklində olarsa və bir nəfər onu düzəldərsə onu düzəltməyin işkalı vardır. Bu halda heykəlin düzəldildiyi maddənin nədən olmasında heç bir fərq yoxdur. Eləcə də zinət üçünmü, yoxsa başqa şey üçün işlədilməsində də fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (183) : Xüsusi dəzgah vasitəsilə ruhu olan varlıqların, istər insan, istərsə də başqa şeylərin formalarının və ya heykəllərinin düzəldilməsi caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dəzgah vasitəsilə heykəl düzəldilməsi birbaşa insanın işinə istinad edilməzsə, işkalı yoxdur. Əks halda işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (184) : Quranda nəql olunan əhvalatların uşaqlar və yeniyetmələr tərəfindən rəsm əsəri şəklində işlənməsinin hökmü nədir? Məsələn, uşaqlardan tələb edirlər ki, misal üçün “Əshabi-fil” hadisəsinin, dəryanın Həzrəti Musa (ə) üçün yarılmasının və s. kimi şeylərin şəklini çəksinlər.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işin öz-özlüyündə eybi yoxdur, lakin həqiqətlər və hadisələrlə uyğun olmalıdır. Gerçəkliyə müxalif olan, yaxud hörmətsizliyə səbəb olan işlərin bəyan edilməsindən çəkinməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (185) : Yeni təhsil sistemində “özünə etimad” adlı bir dərs vardır ki, onun bir hissəsi də heykəltəraşlığa məxsusdur. Müəllimlərdən biri şagirdlərə parça və yaxud başqa şeylərlə itin, dovşanın və s. kimi heyvanların heykəlini və formasını əl işləri kimi düzəltməyi göstəriş verir. Bu kimi əşyaları düzəltməyin hökmü nədir? Müəllimlərin şagirdlərə onları düzəltmək barəsində göstəriş verməsinin hökmü nədir? Onların hissələrinin kamil olub-olmamasının hökmə təsiri varmı?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər camaat arasında “hissələri kamil olan heyvan heykəli” ünvanı aid olunmazsa, yaxud şagirdlər təklif həddinə çatmamış olsalar işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (186) : Bitkilərin, heyvanların və insan kimi canlı varlıqların gəlinciklərini, heykəllərini düzəltmək və şəkillərini çəkməyin hökmü nədir? Onların sərgilərdə al-ver edilməsi, saxlanması və camaata göstərilməsinin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ruhsuz varlıqların heykəlini düzəltmək, şəklini çəkmək və rəsmini işləməyin işkalı yoxdur, eləcə də ruhu olan varlıqların üzünün rəsmini çəkmək əgər çıxıntılı olmazsa, yaxud kamil olmayan heykəllərin düzəldilməsi olsa, işkalı yoxdur, amma insanın, yaxud heyvanın heykəlini kamil surətdə düzəltməyin işkalı vardır. Lakin rəssamlıq və heykəltəraşlıq işlərini al-ver etmək və saxlamaq caizdir, onların sərgilərdə göstərilməsi də işkalsızdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (187) : Qadınların, kişilərin də vasitəsilə görünən teatrlarda və səhnələrdə müxtəlif kremlərdən və bəzək vəsaitindən (qrimdən) istifadə etməsinin hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bəzədilmə (qrimlənmə) işi onların özü vasitəsilə, yaxud qadınların, yaxud da onlara məhrəm olan bir şəxsin vasitəsilə baş verərsə, öz ardınca da fəsad gətirməzsə işkalı yoxdur. Bundan qeyri hallarda caiz deyil. Əlbəttə, bəzədilmiş sifət naməhrəmlərdən örtülməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (188) : Kinolarda və teatrlarda oynamaq üçün kişilərin qadın paltarı və əksinə geyilməsinin hökmü nədir? Qadınların vasitəsilə kişilərin səsinin təqlid edilməsi və əksinə, hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həqiqi bir şəxsin xüsusiyyətlərini bəyan edib oynayarkən müxalif cinsin paltarını geymək və onun səsini təqlid etməyin, fəsada səbəb olmazsa, caiz olması uzaq nəzər deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (189) : Biz əbədi Kərbəla faciəsini canlandıran bir inqilabi film hazırlamağı qərara almışıq ki, İmam Hüseyn (ə)-ın, yolunda şəhid olduğu böyük hədəfləri bəyan etsin. İmam Hüseyn (ə)-ın şəxsiyyətinin bu filmdə adi və gözlə görünən bir şəxs şəklində təqdim edilmədiyini, kino çəkilişinin bütün mərhələlərində nurani bir şəxsiyyət kimi göstərildiyini nəzərə alaraq bu filmin hazırlanması və İmam Hüseyn (ə)-ın şəxsiyyətinin bu qaydada göstərilməsi caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər film mötəbər sənəd əsasında, eləcə də mövzunun müqəddəsliyini hifz etməklə, İmam Hüseyn (ə), o həzrətin səhabələri və əziz əhli-beytinin yüksək məqam və mənzilətinə riayət etməklə hazırlansa eybi yoxdur. Lakin mövzunun müqəddəsliyi ona layiq olacaq tərzdə, həmçinin İmam Hüseyn (ə) və onun səhabələrinin hörmətinin (lazım olan şəkildə) saxlanması çox çətin olduğundan bu barədə ehtiyat etmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (190) : Kino çəkilişində lazım gələrsə din alimlərinin və qazilərin rəsmi paltarlarından istifadə etmək caizdirmi? Keçmiş, yaxud müasir alimlərin həyatı barəsində, onların ehtiramına riayət etməklə, islamın hörmətini saxlamaqla, eləcə də onlara hörmətsizlik və ədəbsizlik edilmədən irfani və dini məzmunlu kino çəkmək (hazırlamaq) caizdirmi? Xüsusilə bunu nəzərə alaq ki, bu işdə əsas məqsəd mübarək İslam dinində bəyan olunmuş dərin və yüksək məzmunları, biz İslam ümmətinin imtiyazlarından hesab olunan köklü mədəniyyəti və irfani məfhumları bəyan etmək, eləcə də düşmənlərin əxlaqsızlıq və açıq-saçıqlılıq mədəniyyəti ilə qarşılaşmaqdır, onların bəyan edilməsi kino dili ilə xüsusilə gənc nəsildə daha artıq təsir qoyur və cazibə yaradır.
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kinonun agahlıq və təbliğat üçün bir vasitə olduğuna nəzər yetirməklə həm gənclərin, həm də qeyrilərinin təfəkkür və düşüncə səviyyəsinin yüksəldilməsi və İslam mədəniyyətinin yayılması yolunda istifadə oluna biləcək hər bir şeyi təsvirə çəkmək işkalsızdır. Bu yollardan biri də alimlərin, xüsusilə din alimlərinin və yüksək məqam sahiblərinin şəxsiyyətini təqdim etmək, onların özünəməxsus həyatlarını bəyan etməkdir. Lakin onların malik olduqları ehtiramı, özlərinə məxsus həyatlarının toxunulmazlığını qoruyub saxlamaq vacibdir. Həmçinin bundan İslama zidd olan məfhumların yayılmasında istifadə etmək olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP