Sual (41) : Nişanlılıq günlərində oğlan nişanlısı ilə gəzintiyə çıxa bilərmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Şəri əqd oxunmazdan öncə o, naməhrəm hökmündədir və olmaz.
http://sual.nur-az.com/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (42) : Es Salamu aleykum.Hekime gederken kişi olması yeni,kişi hekiminin yanina getmek gunahdirmi?????Allah razi olsun
Ad: Metanet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qadın xəstəliyini müalicə etmək üçün kişi həkimin yanına getməyə məcbur olsa və həmin həkim ixtisas baxımından daha yaxşıdırsa və yaxud daha diqqətlə xəstəni müayinə və müalicə edirsə, bu halda kişi həkimin yanına getməyin eybi yoxdur. Həmçinin, əgər müalicə üçün qadının bədəninə baxmaq və ya bədəninə əl vurmaq lazım gələrsə, icazəlidir. Əgər onlardan (baxmaq və əl vurmaq) biri ilə kifayətlənmək mümkün olsa, ikincisi icazəli deyil. 
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (43) : Cəmiyyətdəki geyim növlərinə islamın münasibəti necədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tarix əsasən ki, insanlar həmişə geyimdən istifadə edib. Zaman keçdikcə müxtəlif məkanların şəraitinə uyğyn olaraq geyim növləri də həddən artıq çeşidlidir.
Keçmişdə geyim daha çox isti- soyuqdan qorunmaq, habelə zinət və dəbdəbə vasitəsi idi. Onun təhlükəsizlik xarakteri o qədər də böyük əhəmiyyət kəsb etmirdi.
Müasir dövrümüzdə isə çox sahələrdə geyimin qoruyucu və təhlükəsizlik aspektindən də əhəmiyyət daşıdığı ön plandadır. Kosmonavtlar, yanğınsöndürənlər, mədən işçiləri, dalğıclar və digər peşə sahibləri özlərini müxtəlif təhlükələrdən qorumaq üçün xüsusi geyimlər geyməli olurlar. Geyim istehsal edən vasitələr günümüzdə olduqca rəngarəngdir. O, keçmişlə müqayisəolunmaz dərəcədə inkişaf edib.
8-ci cildli "Əl-Mənar" təfsirinin müəllifi, "Əraf" surəsinin, 26-cı ayəsinin təfsiri əsnasında belə yazır:
"Almaniyanın ölkə rəhbərlərindən biri bir gün parça istehsal edən fabriklərindən birini görməyə getmişdi. Fabrikə daxil olan zaman yunları qırxılan qoyunları ona göstərirlər. Fabriki nəzərdən keçirəndən sonra oradan çıxmaq istədikdə ona hədiyyə olaraq parça hədiyyə etdilər və bu parçanın fabrikə girən zaman gözünüzün qarşısında qoyunlardan qırxılan yundan olduğunu dedilər. Yəni, qoyunların yununu qırxılmış yun 1-2 saat içində ölkə rəhbəri üçün geyimə çevrildi.
Təəssüf ki, əsrimizdə geyimin, qeyri-zəruri hətta arzuolunmaz və çirkin yönlərinə o qədər əhəmiyyət verilir ki, onun fəlsəfəsini öz təsiri altına salıb.
Geyim dəbdəbə, əxlaqsızlığı yaymaq, ehtiras yaratmaq, özünü göstərmək, təkəbbür, lovğalıq, israfçılıq və s. amilinə çevrilmişdir. Hətta bəzən bəzi insanların, xüsusilə də qərbi yamsılayan gənclərin əyinində elə geyimlər görürük ki, onun dəlilik yönü məntiqi yönündən daha güclüdür və o, geyimdən başqa hər şeyə bənzəyir.
Əslində belə qəribə geyim növlərini nümayiş etdirməyin amillərindən biri ruhi çatışmazlıqdır. İnsanların diqqətini çəkə biləcək bir əhəmiyyətli işlə sahib olmayan gənclər, belə ekzotik və qəribə geyimlərlə cəmiyyətdə varlıqlarını sübut etməyə çalışırlar. Lakin şəxsiyyətli və cəmiyyət içində gözükölgəli olmayan şəxslər belə geyimlərə nifrətlə yanaşırlar.
Bu gün müxtəlif çeşidli geyimlər, müxtəlif dəblər və bu sahədə olan rəqabətlər böyük məbləğdə sərvəti sıradan çıxarır ki, o da, son dərəcə ciddi rəqəmləri təşkil edir. Halbuki qənaət vasitəsi ilə ictimai problemlərin çoxu həll olar, aztəminatlı və yoxsul insanların yaralarına məlhəm qoyulardı.
Geyim dəbləri məsələsi iri həcmli sərvətləri məhv etməklə yanaşı insanın vaxtını və enerjisinin böyük hissəsi də puç edir.
İslam Peyğəmbərinin (s) və böyük rəhbərlərin tarixində nümunə götürmək olar ki, onlar dəbdəbəli və təmtəraqlı geyimlər geyməklə sərt müxalif idilər. Belə ki, hədislərin birində oxuyuruq:
Nəcran xristianlarından bir qrupu Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Onların əynində çox gözəl ipək parçalardan tikilmiş libaslar var idi. O zamana kimi ərəblər belə paltar görməmişdi. Onlar Peyğəmbərin (s) hüzuruna çatıb salam verdilər. Peyğəmbər (s) onların salamlarını almadı. Hətta onlarla bir kəlmə belə kəsməkdən imtina etdi.
Əli (ə) dedi: "Güman edirəm ki, onlar bu dəbdəbəli paltarları və bahalı üzükləri çıxarıb Peyğəmbərin (s) hüzuruna gəlməli idilər." Onlar belə də etdilər. Peyğəmbər (s) onların salamını aldı və onlarla söhbət etdi, sonra buyurdu:
وَ الَّذِی بَعَثَنِی بِالْحَقِّ لَقَدْ أَتَوْنِی الْمَرَّةَ الأُولى وَ إِنَّ إِبْلِیسَ لَمَعَهُمْ
"And olsun məni göndərən haqq Allaha! Onlar birinci dəfə mənim yanıma gələndə şeytanın da onlarla birgə daxil olduğunu gördüm.

http://sual.nur-az.com/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (44) : salam..salvar geyinmek gunahdir? ve birde namaz zamani meselen 3cu reketde subhanallahi duasini oxuyacaqken casib hemdsure oxumaq meqsediyle bismillahir rehmanir rehim ve ya bu besmelenin bir hissesini casib demek..sonra aniden dayandirib subhanallahi duasini demek olar ? yoxsa..namaz batildir ve basdan baslamaliyiq?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. İradı yoxdur.
2. Həmin vaxt təsbihatı deyib namaza davam etsin və namazı yenidən başlamaq lazım deyil.

http://sual.nur-az.com/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (45) : aga salamun aleykum ve rehmetullah ve beraketuh aga sualim budur ki hicabli qadin rengbe reng geyinir harasa gedirse ama hec bir nalayiq hereketi yoxdur ayaqqabisinin sesi cixmir zinet ewyasi taxmirsa sadece geyinir bu geyim haramdir mi olarmi aga zehmet olmasa sualimi etrafli izah edin
Ad: eqidem sie, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hicab və geyim qadının bütün bədənini (üz və biləyə qədər əllər istisnadır) örtməsindən əlavə, naməhrəmin nəzərini də cəlb etməməlidir.
http://sual.nur-az.com/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (46) : salam....men oz bibim qizlari dayim qizlari ile elle gorusmek istemirem....cox vaxt da elimni cekirem..amma bu ise gore ailede ve tanislar arasinda cox tenqidlere meruz qaliram...deli deyen kim basdan xarab deyen kim...menim vezifem nedi bu halda
Ad: ehed, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Naməhrəmə əl verib görüşmək haramdır. Sizin üçün dindən məlumatı olmayanların sözü deyil, Allahın əmr və qadağaları, sizə verdiyi dəyər önəmli olmalıdır. Siz onları sadə və mülayim dillə başa salmağa çalışın.
http://sual.nur-az.com/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (47) : Salam olsun dinin ali mәqamlı ağasına. Ağa bir tanışım var qızın mәktәbә hicabla buraxmırlar özüdә savadlı qızdı mәktәbdә yaxşı elm öyrәdәn mәktәbdi mәcburәn başın açıb girir mәktәbә bu icazәlidirmi? Birdә namazda tәşәhhüd vә salamları deyәrkәn möhürә baxmağ lazımdı yox iki ayağın arasına?
Ad: Kәnan, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Şəriət baxımından həddi-buluğa çatmış qız özünü naməhrəmdən örtməlidir. Orta və ali məktəblərdə təhsil almaq hicabsızlığa əsas vermir. Amma əgər həqiqətən bəzi ibtidai təhsil mərhələləri zərurət sayılarsa, belə ki, onu tərk etməklə məktəbli ağır zərər və dözülməz məşəqqətə düşəcəksə, məktəbdə öz başını süni saçlarla örtməsi icazəlidir. Eyni zamanda çalışmalıdır ki, imkan daxilində bu saçlar zinət sayılmasın. Boyun və bu kimi yerləri libas və s. ilə örtməlidir.
2. Müstəhəbdir ki, namaz qılarkən insan ayaq üstə olarkən səcdə yerinə baxsın və rukuda iki qədəminin arasına baxsın və səcdədə burnunun ətrafına baxsın və təşəhhüddə ətəyinə (budlarına) baxsın və qunutda əllərinin içinə baxsın.

http://sual.nur-az.com/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (48) : Əgər qadın yoldaşının icazəsi və xəbəri olmadan hicaba keçibse, yoldaşıda buna narazılığını bildirirsə, qadın nə etməlidir?
Ad: irade.ibrahimli@mail.ru, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Hicab Allahın zəruri əmrlərindəndir və bu məsələdə Allahdan başqa heç kimdən itaət etmək olmaz.
http://sual.nur-az.com/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (49) : Allahin salami bereketi olsun sizin uzerinize eziz hormetli Sistani agama Allahin salami olsun Allah onu gorusun sualim beledi men namaz giliram amma ki hicab baglamiram bu gildigim namaz adiyati var yeni ola biler ki basim aciq olduguna gore namaz gebul olmasin ?birde men her defe mescitde namaz gilanda men ixtiyarsiz agliyiram bu ancaq mescide gedende olar niye bele olur ? Allah razi olsun sizlerden
Ad: Sevinc, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Hicab məsələsi İslam şəriətinin mühüm vacibatındandır və Qurani-Kərimin ayələri aydın şəkildə müsəlman qadınlarına hicabı vacib etmişdir. Söz yox ki, hicabın faydaları çoxdur, hicabsızlığın və çılpaqlığın ictimai və ailəvi ziyanları hamıya məlumdur. Çünki ictimai və ailəvi fəsadların çoxu hicabsızlığa və pis geyinməyə qayıdır ki, ilk mərhələdə qadınların özləri ondan ziyan görürlər. İkinci mərhələdə insan ictimaiyyəti bu səbəbdən əxlaqsızlığa və pozğunluğa çəkilir. Buna görə də Qurani-Kərimə etiqadı olan müsəlman bir qadın hicaba riayət etməlidir. İslam cəmiyyətində hamının vəzifəsi budur ki, təsiri olduğu təqdirdə qadınları hicaba dəvət etsin və hicabsızlıqdan və yaxud pis geyinməkdən çəkindirsin. Çünki “əmr be məruf və nəhy əz münkər” vaciblərdən biridir. Hicab saçları və bütün bədəni – üz və biləyə qədər əllər istisna olmaqla - örtməkdən əlavə elə olmalıdır ki, bədənin qabarıq hissələrini örtsün və zinət sayılmasın. Demək, çadranın yerinə istifadə olunan geyimlər onun kimi olsa, eybi yoxdur. Lakin hər bir halda müsəlman qadın yaxşı olar ki, çadra geyinsin.Hər halda əgər qadın namaz halında hicabını gözləyərsə namazı səhihdir. Buna baxmayaraq namazdan başqa vaxtlarda hicab geyməmək günahdır.
2. Ağlamaq əgər Allah qorxusundan ona şövq bəsləməkdən və ya axirət üçün ucadan və ya səssiz olaraq ağlasa, maneəsi yoxdur, üstəlik əməllərin də ən yaxşılarından sayılır. Hətta əgər Allahdan özünün dünyəvi hacətlərini istəmək üçün onun dərgahında zəlillik göstərib ağlasa, eybi yoxdur.

http://sual.nur-az.com/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (50) : Qadın paltarlarının kişi dərzi tərəfindən tikilməsinin hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu, toxunmağa və başqa haram əməllərə səbəb olmasa, eybi yoxdur.

Go to TOP