Sual (221) : salam, basa dusmek istediyim bir mesele vardir. Zinət dedikdə ne nezerde tutulur? saq olun
Ad: Famil, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zinətin fiqhdə xüsusi bir anlayışı yoxdur və camaatın zinət adlandırdığı şeylər fiqhdə də zinət hesab edilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (222) : Dindar bacılar adətən pis hicablı və bəzənmiş halda olduqları toy və nişan məclislərində fotoaparat qarşısında dayanıb fotoqraf bacılara şəkil çəkdirə bilərlərmi? Bunu da demək lazımdır ki, belə şəkillərin çıxarılması naməhrəm kişilər vasitəsi ilə baş verir.
Ad: Nazim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qadınların qadınlar vasitəsilə fotoşəkil çəkdirmələrinin eybi yoxdur, amma naməhrəm kişilərin əlinə düşərsə, onları tanıyarlarsa və fəsad mənbəyinə çevrilərsə, iradı var.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (223) : Hicabsız və bəzənmiş qadınların iştirak etdikləri – və bəzən televiziya vasitəsi ilə efirə gedən – filmlərə tamaşa etməyin hökmü nədir?
Ad: etibar, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Xüsusi bir fəsadlarla nəticələnərsə, haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP