Sual (201) : Dərs mühitində üzü örtməyin olduqca çətin bir iş olduğunu nəzərə alsaq, bu iş vacibdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Üz və əllər hicabdan istisna olunmuşlar: onları örtmək vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (202) : Qadının əlində olan xınanı naməhrəm görsə və reybəyə də səbəb olmasa, hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zahirən, maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (203) : Lövhədə yazı yazdığı zaman qadının şəriətdə icazə verilən miqdardan artıq görünən üzünə, saçlarına və əllərinə baxmağın hökmü nədir? (Təbii ki, müəllimin başa salmağı və tələbələrin başa düşmələri üçün.)
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hicaba elə riayət olunmalıdır ki, üz və əllərdən artıq (miqdar) görünməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (204) : İslam baxımından hicab nəyə deyilir? Kişi və qadın üçün hansı növ geyim hicab sayılır? Bəzi qadınların başlarına qoyduqları süni saçlar onların təbii saçlarının hicabı sayılırmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şəriət baxımından qadınlar üçün hicab, bədəni bütövlükdə üz və biləyə qədər əlləri istisna etməklə- örtməkdir. Amma zahiri bəzək sayılan bir çox geyimlər (məsələn, süni saçlar) kifayət deyildir. Habelə, zinət və bəzək geyimi sayılan geyimlər də kifayət etmir. Kişilər üçün isə hicab, müsəlman camaat içində örtülməsi adət olan bədən hissələrini örtməkdir. Buna görə kişilərə üzü, əlləri, qolların bir hissəsini (qısa qol köynəklərdəki kimi) və bu kimi hissələri örtmək vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (205) : Hicab məsələsi İslamda önəmli bir məsələsi sayılır. Digər tərəfdən İslam qanun-qaydaları İslam respublikasında, xüsusilə də dindar şəhərlərdə, o cümlədən müqəddəs Qum şəhərində riayət olunmalıdır. Allaha şükürlər olsun, müqəddəs Qum şəhərində bu günə kimi bu qanunlara riayət olunmuşdur. Amma təəssüflər olsun ki, son günlərdə bu müqəddəs şəhərdə nalayiq əməllərin şahidi oluruq ki, bu müqəddəs şəhərin məqam və mənzilətinə layiq deyil. Dəfələrlə şahidi olmuşuq ki, bu nalayiq əməlləri nəqliyyat vasitələrində, xüsusilə də Həzrət Məsumənin (ələyha salam) mütəhhər hərəminin önündən keçən gəlin aparan maşın karvanlarında görürlər. Ümumiyyətlə, müqəddəs məkanlarda, o cümlədən Pərvərdigarın və həzrət Bəqiyyətullahil-əzəmin (əccələllahu taala fərəcəhuş-şərif) lütf və mərhəmətində olan “Cəmkəran” məscidində belə hadisələr baş verməkdədir. Bu hadisə olduqca təəssüfləndirici, kədərlidir. Çünki sözü gedən bu nalayiq hərəkətlərə yol vermək bu şəhərin məqam və mənzilətinə əsla layiq deyil. Böyük mərcəyi-təqlidlərin daim inqilab və İslamın köməyinə, fəryadına tələsdiklərinə və öz möhkəm cavabları ilə zülm və zorakılıq, haqsızlıq dünyasının cavabını qətiyyətlə verdiklərinə görə bu qərara gəldik ki, həzrət ustadın müqəddəs Qum şəhərində baş verən bu hadisələr barəsində olan aydın fitvasını öyrənək.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şübhəsiz, hicab İslamın danılmaz (zəruri) prinsiplərindəndir. İslam fəqihlərinin hamısı bu barədə yekdil nəzərdədir. Hər bir hicabsızlıq və ya pis hicablılıq halları müqəddəs şəriətə ziddir. Xüsusilə də dindar şəhərlərdə, daha çox müqəddəs şəhərlərdə bunlara daha artıq riayət olunmalıdır. Hicabsızlığın və naqis hicab geyməyin günahı bu məkanlarda daha çoxdur. Şübhəsiz, hər yerdə, xüsusilə bu məkanlarda çadra geyinmək daha yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (206) : İslami hicabı olmadan çəkilən fotoşəkli çıxarmaq üçün naməhrəm fotoqrafa verməyin işkalı varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Fotoqraf şəklin sahibini tanımasa, habelə xas bir fəsada səbəb olmasa, maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (207) : Naməhrəm qadınla söhbət etmək olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər ləzzət məqsədi olmasa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (208) : Nələrə baxmaq haramdır?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Haram baxış yeddi qisimdir.
1. İstər ləzzət məqsədi ilə, istərsə də belə bir məqsədsiz, kişinin naməhrəm qadının bədəninə baxması;
2. Ləzzət məqsədi ilə kişinin naməhrəm qadının üzünə və əllərinə baxması;
3. Üz və əllər istisna olmaqla qadının naməhrəm kişinin bədəninə baxması;
4. Ləzzət məqsədi ilə həddi-büluğ olmamış qızın üzünə, bədəninə və saçına baxmaq;
5. Ləzzət məqsədi ilə kişinin kişi bədəninə baxması;
7. Ləzzət məqsədi ilə qadının qadın bədəninə baxması.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (209) : İslam baxımından hicab nəyə deyilir? Kişi və qadın üçün hansı növ geyim hicab sayılır? Bəzi qadınların başlarına qoyduqları süni saçlar onların təbii saçlarının hicabı sayılırmı?
Ad: tural, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəriət baxımından qadınlar üçün hicab, bədəni bütövlükdə üz və biləyə qədər əlləri istisna etməklə- örtməkdir. Amma zahiri bəzək sayılan bir çox geyimlər (məsələn, süni saçlar) kifayət deyildir. Habelə, zinət və bəzək geyimi sayılan geyimlər də kifayət etmir. Kişilər üçün isə hicab, müsəlman camaat içində örtülməsi adət olan bədən hissələrini örtməkdir. Buna görə kişilərə üzü, əlləri, qolların bir hissəsini (qısa qol köynəklərdəki kimi) və bu kimi hissələri örtmək vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (210) : Xarici ölkələrdə İran filmlərinə və İran İslam respublikasının televiziyasında xarici filmlərə tamaşa etməyin hökmü nədir?
Ad: N, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim

Qeyri-şəri səhnələri və musiqiləri olmayan İran filmlərinə tamaşa etmək, istər ölkə daxilində, istərsə də xaricdə olan vətəndaşlara caizdir. Əks halda isə caiz deyil. Xarici filmlərə gəldikdə isə, onların qeyri-şəri səhnələri senzuradan keçirsə (filmdən çıxarılırsa), maneəsi yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Go to TOP