Sual (171) : Tibbi kitablarda mövcud olan və tələbələrə tədrisi zəruri olan və bəzən də təhrik edici olan çılpaq şəkillərə baxmağın hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ləzzət və reybə qəsdi olmadan eybi yoxdur. Əgər belə halət öz-özünə meydana gəlsə, yalnız zəruri hallarda və zəruri olan miqdarda baxsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (172) : Qadın əlcəklə naməhrəm kişiyə əl verib görüşə bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zərurəti olmaca, bu işin tərk olunması daha yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (173) : Paltarın üzərindən naməhrəmlə əl verib görüşməyin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ləzzət və reybə qəsdi olmasa, libas üzərindən toxunmağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (174) : Harama batmayacağına əmin olsa, naməhrəm qadınla xəlvətdə olmaq caizdirmi? Naməhrəm ilə xəlvətdə olmağın hüdudları nə qədərdir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər adətən heç kəsin gedib gəlmədiyi bir məkandadırlarsa, “naməhrəm qadınla xəlvət yerdə olmaq” sayılır. Naməhrəm qadınla xəlvətdə olmaq, hətta günaha düşməyəcəklərini düşünsələr belə, işkallıdır
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (175) : Kişi dərzinin qadın paltarı tikməsinin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Fiziki toxunmaq və digər haram əməlləri tələb etməzsə, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (176) : Şəriətin vacib əməllərinə laqeyd və etinasız olan, qız tələbələr olan yerdə xəstə qadınların müayinəsini oğlan tələbələrə tapşıran bir müəllimin göstərişlərinə tabe olmağın hökmü nədir? Habelə, bu müəllimin göstərişlərindən boyun qaçırmağın özünü kafi və qeyri-kafi qiymətlərdə göstərməsi də mümkündür.
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zəruri olmayan belə bir halda ağlabatan bir şəkildə boyun qaçırmalıdır. Amma qadınların müayinəsi tibbi təhsilin təkmilləşməsi üçün lazım olarsa (qadınların həyatının xilas olunmasına səbəb olan elm və biliklər), bu halda caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (177) : Tarixi səhnələri nümayiş etmək üçün aşiqanə və ehtirası coşduran, təhrik edən söhbətlərlə yanaşı, müsəlman qadın və kişilərin qarışıq halda kafirlərin rolunda oynamaları caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İbrətamiz hədəflər üçün kafirlərin rolunu oynamağın maneəsi yoxdur. Lakin təhrik edici danışıqlar və ehtirası coşduran söhbətlər etmək caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (178) : Bəzən oğlan tələbə qız tələbələrin arasında və ya əksinə, qız oğlanlar arasında dərs oxuyur. Bu şəkildə dərs oxumaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər haram işə səbəb olmazsa, eybi yoxdur. Lakin yaxşı olar ki, İslam ölkələrinin rəhbərləri qız və oğlan tələbələrin təhsil aldıqları elm ocaqlarını bir-birindən ayırmaq üçün proqramlar tərtib etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (179) : Fəsada səbəb olmazsa, naməhrəm qadının gülüş səslərinə qulaq asmağın hökmü nədir? Habelə, fəsadı olan halda hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Xüsusi bir fəsadla nəticələnməsə, maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (180) : Bir qadın gələcəkdə özünə halal gəliri olan bir peşə seçmək üçün öz təhsilini davam etdirmək istəyir. Lakin hal-hazırda təhsili davam etdirmək naməhrəmlərlə qarşılaşmağı məsələn, naməhrəm kişinin yanında dərs oxumağı və ya kişilərlə bir sinfə getməyi tələb edir. Belə bir şəraitdə təhsil almaq caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Naməhrəm kişi ilə xəlvətdə olmaq və ya digər fəsadlar kimi, haram işlərlə yanaşı olmazsa, eybi yoxdur.

Go to TOP