Sual (151) : Ailə qurmuş şəxslər üçün şəhvət yaradan kinolara baxmaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onlara baxmaq şəhvəti təhrik etmək məqsədilə olarsa, yaxud onun təhrik olunmasına səbəb olarsa, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (152) : Televizorda diktorun bəzənmiş və başı-sinəsi açıq olan halda tüklərinə baxmaq caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ona sadəcə baxmaq əgər ləzzət üzündən olmazsa və harama, fəsada düşmək qorxusu olmazsa, eləcə də birbaşa (canlı) şəkildə efirə buraxılmazsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (153) : Televiziyalar, yaxud peyk antenalardan birbaşa yayınlanan kanallar qərb cəmiyyətinin ictimai məsələlərini bəyan edən və azğın fikirlərin yayılmasına səbəb olan bir sıra ictimai proqramları və verilişləri efirə buraxır, o cümlədən qadınla kişinin açıq-saçıq bir-birinə qarışması, qanunsuz əlaqələrin yayılması da bu qəbildəndir. Belə ki, bu verilişlər möminlərin bəzilərinə təsir qoyur. Onlardan təsirlənəcəyi ehtimal verilən bir şəxs üçün onlara baxmağın hökmü nədir? Bu hökmdə həmin verilişləri araşdırıb tənqid etmək, mənfi və nöqsanlı cəhətlərini bəyan etmək və camaata, onlara baxmasınlar deyə, nəsihət etmək məqsədilə baxanlar arasında fərq vardırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu kimi verilişlərə baxmaq əgər ləzzət üzündən olarsa, yaxud ondan təsirlənib fəsada düşmək qorxusu olarsa, caiz deyil. Lakin onları tənqid etmək, onun törədəcəyi təhlükə və mənfi cəhətlərini camaata çatdırmaq üçün səlahiyyəti olan, o proqramlardan təsirlənməyəcəyinə və fəsada düşməyəcəyinə xatircəm olan şəxslər üçün bu işin işkalı yoxdur. Əlbəttə əgər bu barədə müəyyən qayda-qanunlar olarsa, riayət edilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (154) : Şəhvətin təhrik olunmasına səbəb olan qeyri-əxlaqi şer və kitabları oxumağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onlardan çəkinmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (155) : Filmlərin (xarici və ya daxili), eləcə də İran İslam Respublikasının televiziyasından verilən musiqilərin keyfiyyətinə diqqət yetirməklə onları görməyin və onlara qulaq asmağın hökmü nədir?
Ad: Mahammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər görən və baxan şəxs radio-televiziyadan efirə buraxılan musiqinin mütrib, ləhv və günah məclislərinə münasib olan bir musiqi olmasını ayırd etsə, yaxud televiziyadan efirə buraxılan filmi görmək fəsada səbəb olsa, onları eşidib qulaq asmaq onlar üçün caiz deyil. Sadəcə olaraq radio-televiziyadan efirə verilməsi onun caiz olmasına şəri əsas hesab olunmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (156) : Videoya çəkmək məqsədilə musiqi çalınan və bəzilərinin oynadığı şadlıq mərasimlərində iştirak etməyin hökmü nədir? Kişinin kişi məclislərində, qadının qadın məclislərində video çəkməsinin hökmü nədir? Toy mərasimlərində çəkilən şəkillərin kişi vasitəsilə çıxarılması, göstərilməsinin hökmü nədir, istər o ailəni tanısın, istərsə də tanımasın? Həmçinin onun qadın vasitəsilə zahir edilməsinin hökmü nədir? O filmlərdə musiqidən istifadə edilməsi caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şadlıq mərasimlərində iştirak etmək, kişilərin kişi məclislərində, qadınların qadın məclislərində video çəkməsi ğinaya, yaxud haram musiqiyə qulaq asmağa səbəb olmasa, yaxud hər hansı bir başqa haram əmələ mürtəkib olmaqla nəticələnməzsə, eybi yoxdur. Lakin kişinin qadın məclisində, qadının da kişi məclisində video çəkməsi fəsad və reybəyə səbəb olarsa, caiz deyil. Həmçinin, günah və ləhv məclisləri ilə münasib olan ləhv mütrib musiqilərdən filmlərdə də istifadə etmək haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (157) : Hicabsız qadının öz məhrəmləri arasında şəklini çəkməyin hökmü nədir? Əgər o şəkilləri çıxaran zaman naməhrəm kişinin onları görməsi ehtimalı verilsə, hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ona baxıb şəkil çəkən şəxs onun məhrəmlərindən olsa, onun şəklini çəkməyin eybi yoxdur və onun şəklini də onu tanımayan bir şəkil çəkənin yanında çıxartdırmağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (158) : Qadınların kişilərin güləşməsinə baxması caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onu müşahidə etmək güləş meydanında hazır olub birbaşa görməklə olsa, yaxud onu televiziyadan canlı yayımla efirə verilərkən müşahidə etsə, yaxud ləzzət və reybə qəsdi ilə olsa, yaxud da günaha və fəsada düşmək qorxusu olsa, caiz deyil. Bundan başqa hallarda işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (159) : Peyk antenalarından alınan televiziya verilişlərinə baxmağın hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qərb ölkələrinin peyk antenalarının vasitəsilə efirə buraxılan, eləcə də qonşu dövlətlərdən çoxunun televiziyasından verilən verilişlər azdırıcı fikirlərə malik olub həqiqətləri təhrif etdiyindən, ləhv və fəsada səbəb olduğundan, həmçinin əksər hallarda onların müşahidə edilməsi insanın yoldan azmasına, fəsada və haram işlərə düşməsinə səbəb olduğundan onlara baxmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (160) : Naməhrəm və hicabsız olan qadının şəklinə baxmağın hökmü nədir? Televiziyada qadının üzünə baxmağın hökmü nədir? Müsəlman qadınla qeyri-müsəlman qadın arasında, eləcə də onun canlı yayımla, yaxud sonradan efirə buraxılması arasında fərq varmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Naməhrəm qadının şəklinə baxmaq naməhrəm qadının özünə baxmaq hökmündə deyil. Deməli, əgər ona baxmaq ləzzət üzündən olmazsa və günaha düşmək qorxusu da olmazsa, şəkil də tamaşaçının tanıdığı şəxslərdən olmayan müsəlman bir qadına aid olarsa, eybi yoxdur. Vacib ehtiyata görə təsviri televiziyadan birbaşa (canlı şəkildə) efirə buraxılan naməhrəm qadının şəklinə baxmaq olmaz. Lakin, televiziyadan canlı olmayan şəkildə efirə buraxılsa, əgər reybə və günaha düşmək qorxusu olmazsa, ona baxmağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP