Sual (141) : Video kameraların alınıb-satılması caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Haram işlərdə istifadə etmək məqsədi olmayınca video kameraların alınıb-satılmasının işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (142) : Üzərində yad qadınların şəkli olan və paltar seçməsi üçün işlədilən qadın paltarlarını göstərən jurnalları alıb-satmaq və saxlamağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu jurnallarda sadəcə olaraq yad qadın şəklinin varlığı onun al-verinin və paltar seçmək üçün bəhrələnməsinə mane deyil. Amma əgər şəkillər insanın fəsada düşməsinə səbəb olarsa, bu hal istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (143) : İslam Orientasiyası Nazirliyi tərəfindən təsdiqlənən filmlərin göstərilməsinin və yayılmasının hökmü nədir? Həmçinin bu nazirlik tərəfindən təsdiq olunan musiqi lentlərini institutlarda yayılmasının hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər filmlər, yaxud lent yazıları mükəlləfin nəzərində ürfən ğinaya, yaxud mütrib musiqiyə, günah və ləhv məclislərinə münasib olan ləhv musiqiyə şamil olarsa, onları yaymaq, həmçinin onlara baxıb və qulaq asmaq həmin (mükəlləf) şəxs üçün caiz deyil. Sadəcə olaraq əlaqədar təşkilatlardan bəzilərinin təsdiqləməsi mükəlləfin mövzunu ayırd etməkdəki nəzərinin onu təsdiqləyənlərin nəzəri ilə müxalif olan vaxta qədər onun caiz olmasına şəri bir dəlil hesab olunmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (144) : İslam inqilabından sonra çəkilən və yarı hicablı qadınların iştirak etdiyi İran filmlərinə baxmağın hökmü nədir? Halbuki, bu filmlər bəzən qadınların təlim-tərbiyəsinə mənfi təsir qoyur.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu filmlərin özünə baxmaq əgər ləzzət və reybə məqsədi ilə olmazsa, insanın fəsada düşməsinə səbəb olmazsa, öz-özlüyündə işkalı yoxdur, lakin kino çəkənlər islamın dəyərli təlimləri ilə zidd olan kinoların hazırlanmasından çəkinməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (145) : Bəzi hallarda İslam respublikasının müqəddəslərinə və rəhbərlik məqamına təhqir və hörmətsizlik sayılan filmlərə baxmağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onlardan çəkinmk vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (146) : İslam dövlət qanunları əsasında qadağan olunan film və şəkillər heç bir fəsada səbəb olmazsa, onlara gizli şəkildə baxmağın hökmü nədir? Onun cavan ər-arvadla əlaqədar hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qadağan olunması fərz olunduqda işkallıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (147) : Ər və arvadın evdə cinsi məsələlərlə əlaqədar video filmlərə baxması caizdirmi? Onurğa beyni zədələnmiş şəxslərin, şəhvətin təhrik olunması və həyat yoldaşı ilə yaxınlıq etməyə qüdrət tapmaq məqsədi ilə bu kimi filmlərə baxması caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cinsi məsələlərlə əlaqədar video filmlər vasitəsilə şəhvətin təhrik edilməsi caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (148) : Bəzən əxlaqsız şəkilləri olan video filmlərinə başqalarına göstərmək üçün baxmaq, onlara nəzarət edib əxlaqsız yerlərini ixtisara salmağın hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu filmlərə, onları islah etmək və fəsada səbəb olan yerlərini ixtisara salmaq məqsədi ilə baxmağın eybi yoxdur, bu şərtlə ki, bu işləri görən şəxs harama düşməyəcindən əmin olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (149) : İslam orientasiyası nazirliyinin işçilərinin müxtəlif filmlərə, jurnallara, bülletenlərə və lent yazılarına, onların icazə verilən hallarını ayırd etmək məqsədi ilə baxmasının hökmü nədir? Bunu da nəzərə alaq ki, bu kimi nəzarət onların əyani olaraq müşahidə edib qulaq asılmalarını tələb edir.
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəzarət məmurlarının qanuni vəzifəni yerinə yetirmək məqamında onlara zərurət miqdarında qulaq asmağının və görməyinin işkalı yoxdur. Lakin ləzzət və reybə qəsdindən uzaq olmalıdırlar, nəzarət və təhqiqat üçün təyin olunan şəxslərin də fikri və ruhi cəhətdən məsul şəxslərin nəzarəti altında və onların yol göstərmələri əsasında olmaları vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (150) : Evli kişilər üçün hamilə qadınlarla düzgün yaxınlıq yolunu göstərən filmlərə baxmaq onların harama düşmələrinə səbəb olmadığını nəzərə almaqla caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həmişə şəhvətli baxışlarla yanaşı olan bu kimi filmlərə baxmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP