Sual (81) : Məsciddə şəkil qoymaq, insan və ya heyvan şəkli çəkməyin nə hökmü vardır?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məsciddə namaz qılındığına görə şəkil qoymaq məkruhdur, ehtiyat vacib odur ki, ruhu olan canlıların təsvirini məsciddə çəkməsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Bir məscidi təzədən genişləndirib tikiblər. Mühəndis öz malından bir miqdar xərc edib, fəhlə və bənnanın haqqı da ödənilməyib. Onlar deyirlər ki, bizim pulumuzu ödəməyənə qədər o məsciddə namaz qılınmasına razı deyilik. Xahiş edirik öz mübarək rəyinizi bildirəsiniz.
Ad: Fariz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məsciddə namaz qılmaq kiminsə icazəsi ilə deyil. Məscidin vəqf olunmuş şeyləri varsa, borcu ondan versinlər, əgər yoxdursa möminlər ödəsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Məscidin eyvanında yaradılan kitabxananın pilləkənləri narahat tikilib, onu düzəltmək üçün sökdük. Əlbəttə yeni formada tikmək üçün məsciddin bir hissəsini sökməli olduq. İndi başa düşürük ki, bu iş hakimi şərin icazəsi ilə olmalıdır, Siz nə buyurursunuz?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Pilləkəni qanuni formada düzəldin və çalışın məsciddin sökülməsinin qarşısı alınsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Bir şəxs neçə il bir məsciddə camaat namazına pişnamazlıq etmiş və ölümündən sonra oğlu bu işi davam etdirmişdir. İndi şəhərin İmam cüməsi məscidi genişləndirib və oraya təzə İmam-camaat təyin etmişdir. Keçmiş İmam-camaat bu işə öz narazılığını bildirir. Bu məsciddə namaz qılmağın nə hökmü var?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məscidin İmamı olmaq barədə heç bir kəs hüquq tapmır, kiminsə razı ya narazı olması mötəbər deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Məsciddə mərsiyə oxunun zaman onu kasetə yazmaq üçün məscidin elektrik xəttindən istifadə etmək olarmı?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sərf etdiyi enerjinin pulunu verməmiş olsa caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Neçə il əvvəl 12 nəfər ziyarət üçün Kərbəlaya getmişlər. Müctəhid məscid heyətinə yadigar olaraq Həzrət Əbülfəzl (əleyhissalam) adının verilməsi hökmünü verir. Amma indi müctəhid və heyət üzvləri dünyalarını dəyişiblər, onların övladlarının məscidin heyəti olmağa iddiaları varmı?
Ad: Xalid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Onların övladlarının bir haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Qırx ildir məsciddə xidmətçiyəm, məscidin girişində dəfn olunmağımı vəsiyyət edə bilərəmmi?
Ad: Perviz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Bir yeri məscid tikmək camaatın ixtiyarına qoydum. Bu şərtlə ki, yerin qiymətinin yarısını mənə versinlər. Amma divar götürəndən sonra işi dayandırdılar. Namaz qılanların öhdəsinə qoyulmadığı və məscid siğəsinin oxunmamasını nəzərə alsaq, o yeri keçmiş vəziyyətinə qaytara bilərlərmi?
Ad: Kerim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan xüsusiyyətlərə diqqət etməklə daha yaxşıdır ki, tədricən məscid formasına gətirsinlər və ondan istifadə etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Bəzi məscidlərdə xətm və fatihə məclisləri zamanı səs paylayıcını çölə çıxardırlar. Nəzərə almaq lazımdır ki, xəstələr və qocalar səsdən əziyyət çəkirlər, bu iş düzgündürmü?
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Eybi var. (Xoşagəlməz haldır)
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Təmir etmək məqsədi ilə məscidin üzərində Quran ayələri olan yerləri sökməyin nə hökmü vardır? Sökülən halda onların torpağını və artığını hansı yolda istifadə etmək olar?
Ad: Hamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Təmir və təzədən tikmək lazım olan surətdə heç bir maneəsi yoxdur. Artıq qalan torpağını bir yerə töksünlər ki, ehtiramsızlıq olmasın, ya axar suya töksünlər və ya dəfn etsinlər və yaxud da əl çatmaz səhralara töksünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP